Son dəqiqə
1-03-2021, 18:31
4 651

Sarkozi 1 il həbsdə qalacaq

Sarkozi 1 il həbsdə qalacaq


Fransanın keçmiş Prezidenti Nikolya Sarkozi korrupsiya və nüfuz alverində ittiham olunur. Eyni zamanda prokurorluq, Nikolya Sarkozinin kassasiya məhkəməsinin bir əməkdaşına rüşvət verməyə çalışdığını iddia edir.

Paris məhkəməsi keçmiş Fransa Prezidenti Nikolya Sarkozini korrupsiya və nüfuz alverində təqsirləndirərək üç il həbs cəzasına məhkum edib. Həbs cəzasının bir ili həqiqi bir müddət, ikisinin isə təxirə salınmış müddət olacağ bildirilib.

Bununla yanaşı Sarkozi, prezidentlik kampaniyasının qanunsuz maliyyələşdirilməsinə dair istintaq məlumatlarını Fransa kassasiya məhkəməsinin əməkdaşı olan Jilber Aziberdən qanunsuz şəkildə əldə etməyə çalışmaqda günahlandırılır. Belə ki, Sarkozi vəkili Tierri Erzog vasitəsi ilə Aziberə Monakoda prestijli vəzifə almasına kömək edəcəyinə söz verib. Sübut kimi isə Sarkozi ilə Erzog arasında 2013-2014-cü illərdə tutulan telefon danışıqlarının səs yazıları göstərilib. Bu söhbətlər zamanı həmsöhbətlər heç vaxt bir-birlərini əsl adları ilə çağırmayıblar və Sarkozi Pol Bismut təxəllüsündən istifadə edib. Lakin, ekspertiza danışan şəxsin keçmiş prezident olduğunu müəyyənləşdirə bilib.

Sarkozinin vəkili Jaklin Laffont, telefon danışığına qanun pozuntusu kimi qiymətləndiriləcək faktın olmadığını bildirərək "Bu, sadəcə səmimi söhbət idi",-deyə qeyd edib.

Xatırladaq ki, 2012-ci ildə prezidentlikdən ayrılan Sarkozi korrupsiya ittihamları ilə üz-üzədir. Fransa, Sarkozinin 2007-ci il prezidentlik kampaniyasının Liviya lideri Müəmmar Qəddafi tərəfindən maliyyələşdirilməsini araşdırmağa davam edir.

XeberTv.info

Digər xəbərlər

Rusiyadan gələn 33 nəfər azərbaycanlıda COVİD-19 aşkar edildi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Prezident: "Artıq bizə qaytarılmalı olan 5 rayondan 2-nin böyük hissəsi bizdədir"
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Kamerunda qəza 53 nəfərin ölümü ilə nəticələndi
Hikmət Hacıyev: “Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”
Mask və Zukerberq döyüşlə bağlı razılığa gələ bilmirlər
Bakıda qonşu qonşunu bıçaqladı
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Zəngilana gətirilən suriyalıların siyahısı - FOTOLAR
PSJ “Barselona”nı darmadağın etdi
Deputatla başçı əl-ələ verib... - GİLEY
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Ağdamda 1 mülki şəxs həlak oldu
Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Ali Baş Komandan: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?”
Bakıda market yandı - FOTO
MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var
Prezidentin Köməkçisi: “Ermənistan tərəfinə necə etibar edə bilərik?”
Türkiyədə ənənəvi təhsil bərpa olunur
Teymur Rəcəbov finalda: Rəqibi ermənidir
Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
Azərbaycan əhalisinin sayı açıqlandı
İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad Əhmədovdan şikayət
Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
“Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-off-a yüksəldi
FHN əhaliyə güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
{sape_links}{sape_article}