Son dəqiqə
17-03-2021, 07:05
3 692

Gündəlik Bürclər - 17.03.2021

Gündəlik Bürclər - 17.03.2021



Qoç - çoxdankı planınızı reallaşdırmağınız baş tutmur. Lakin diqqətinizi cari işlərə yönəldə və onların öhdəsindən uğurla gələ biləcəksiniz. Bu gün enerjinizi dinc məcraya yönəldəcəksiniz. Bilikli insanların və təcrübəli qohumlarınızın məsləhətləri də köməyinizə çatacaq.

Günün ikinci yarısında çoxdan arzuladığınız görüşün baş tutması ehtimalı var.

Buğa - çox yaxşı və xoş keçirə biləcəyiniz əla gündür. Çətin işdən qorxmayın. Bu gün istənilən məsələni həll etmək gücündəsiniz. Gün yaradıcı insanlar - musiqiçilər rəssam və yazıçılarla ünsiyyət üçün münasibdir. Onlardan biri sizi də şah əsər yaratmağa ruhlandıra bilər.

Sizə əziz olan insanları sevindirməyin yolunu tapacaq, yaxınlarınıza hədiyyələr və xoş sürprizlərlə sevinc bəxş edəcəksiniz. Əhəmiyyətli xərclər mümkündür. Lakin buna görə təəssüflənməyəcəksiniz.

Əkizlər - nə istədiyinizə qərar vermədən heç nəyə nail ola bilməyəcəksiniz. Tərslikdən, öz arzularınızı müəyyənləşdirmək olduqca çətindir.

Yaşlı nəslin nümayəndələri ilə mübahisələr mümkündür. Nüfuzlu şəxslərlə münaqişələr də istisna deyil. İndi siz əminsiniz ki, onların köməyi və dəstəyi olmadan da keçinə bilərsiniz. Amma bir qədər sonra hədsiz lovğalığa görə özünüzü məzəmmət edəcəksiniz. Günün ikinci yarısında qida və dərman zəhərlənmələri mümkündür. Ehtiyatlı olun!

Xərçəng - bu gün tələsiklik tələb edən işlər alınmayacaq. O işlərlə məşğul olun ki, onları yavaş və fikrinizi bir yerə cəmləşdirərək görmək mümkün olsun. Günün birinci yarısı gəzintilər üçün əlverişlidir. Bunu tək və ya sizi ağzınızı açan kimi başa düşən yaxınınızla birlikdə də edə bilərsiniz. Axşam isə böyük məclislərə yollanmaq və əylənmək olar.

Pul barədə düşünməyə dəyər. Maliyyə məsələlərinin həlli üçün heç vaxt olmadığı qədər əlverişli gündür.

Şir - bu gün nə qədər az planlar qursanız, o qədər yaxşıdır. Beyninizə gələn gözlənilməz ideyalar çox yaxşı olacaq və dərhal onları həyata keçirməyə girişmək lazımdır. Ətrafınızdakıları qəhrəmanlıqlara ruhlandırmağa qadirsiniz. Bu imkandan məqsədinizə çatmaq üçün yararlana bilərsiniz.

Gün olduqca güclü emosiyalarla yadda qalacaq. Bu emosiyaların müsbət və ya mənfi olması sizin özünüzdən asılıdır. Sizə sevinc gətirəcək romantik məşğuliyyət mümkündür. Amma bu məşğuliyyətin həyəcanı da az olmayacaq.

Qız - çox yaxşı gündür. Hadisələr sizin gözləntilərinizə uyğun inkişaf edəcək, uğurlarınız isə nəzərdə tutduğunuzdan da böyük olacaq. Gözlənilməz görüş çox xoş olacaq. Yeni dost tapmağınız və ya sözün həqiqi mənasında vurulmağınız mümkündür.

İstənilən səfərlər, eləcə də ictimai və ya kübar tədbirləri ziyarət etmək üçün çox əlverişli gündür. Günün ikinci yarısında uzaqdan maraqlı xəbərlər alacaqsınız. Əvvəlcə buna necə reaksiya verəcəyinizi bilməyəcəksiniz. Lakin bir qədər sonra nəyin nə olduğunu aydınlaşdırıcaqsınız. Ən maraqlısı da bundan sonra başlayacaq.

Tərəzi - bu gün hadisələrdən daha çox əhval-ruhiyyə ilə əlamətdar olacaq. Ətrafda baş verənlərə fəlsəfi yanaşma sizə çətin vəziyyətlərdə sakitliyinizi qorumaqda köməklik edəcək.

Qeyri-formal görüşlər və ünsiyyət üçün əlverişli gün deyil. Siz və həmsöhbətləriniz bir-birinizə köklənə bilməyəcəksiniz. Amma iş, maliyyə və mülk məsələlərini müzakirə etmək olar. Bu gün əldə olunan razılaşmaları sonradan yenidən nəzərdən keçirməyə ehtiyac qalmayacaq.

Əqrəb - düşünülməmiş və tələsik hərəkətlər günüdür. Bəzən hansısa addımı niyə atdığınızı özünüz özünüzə də izah edə bilməyəcəksiniz. Kənardan eşitdiyiniz məsləhətlərə çox etibar etməyə dəyməz.

Emosional fon sabit deyil. Günün birinci yarsında tez qızışan və əsəbi olacaqsınız. İkinci yarıda isə ovqatınız düzələcək və ürəyiniz açılacaq.

Oxatan - gün istədiyiniz kimi keçməyəcək. Planlar ayaqüstü dəyişəcək və şübhəli ümumi fayda naminə şəxsən sizin üçün vacib olan nədənsə imtina etməli olacaqsınız. Lakin buna görə məyusluğunuz uzun çəkməyəcək.

Tükənməz həyat enerjiniz qeyri-sağlam maraq kəsb edə bilər. Kimsə sizdən öz maraqları üçün istifadə etməyə çalışacaq. Buna yol verməməyə çalışın.

Oğlaq - ulduzlar hələ də sizin tərəfinizdədirlər. Odur ki, müsbət tendensiyaların təsirindən faydalanmaq olar. Əvvəllər başladığınız bir çox çətin işləri bu gün yekunlaşdıra, eləcə də, problemləri həll edə bilərsiniz. Ətrafdakılara köməklik və xeyriyyə tədbirlərin iştirak üçün münasib gündür.

Həyat enerjisi ehtiyatınız hədsizdir. Sizi yorğunluq və taqətdən düşmək gözləsir. Günün ikinci yarısında ürəkdən şənlənə, gecə yarısınadək əyləncə məclislərində iştirak edə bilərsiniz.

Dolça - günün birinci yarısında xoşunuz gəlməyən işlə məşğul olmaq məcburiyyətində qalacaqsınız. Xoşbəxtlikdən bu iş o qədər çətin olmayacaq və çox vaxtınızı almayacaq. Yeni təəssüratlar həvəsi sizi düşünlməmiş addımlara doğru itələyir. Məlum olacaq ki, düşünmədən atdığınız addımlar doğru olacaq. İntuisiyanıza güvənin. O, sizi səy göstərdiyiniz yerə aparacaq.

Bu gün səliqə-səhman yaratmaq çox faydalıdır. Əgər ev yığışdırmaq sizin üçün xoş deyilsə, başqa işlə məşğul olun. Məsələn, arzularınızı, səylərinizi və prioritetlərini "rəflərə düzün".

Balıqlar - deyəsən, bütün dünya sizə qarşı səfərbər olub. İncikliklər yaranacaq, onları aradan qaldırmaq cəhdləri isə uğursuzluqla nəticələnəcək. Siz kompromislərə hazırsınız. Lakin qarşı tərəf sizdən ağılabatan hesab etdiklərinizdən daha böyük güzəştlər tələb edəcəklər. Ən ciddi fikir ayrılıqları maliyyə və mülk məsələlərinin müzakirəsi zamanı yaranacaq.

Ağır işlərlə məşğul olmaq məsələhət deyil. Tez yorulacaq və ehtiyatsızlıq nümayiş etdirəcəksiniz. Bu, bəd hadisələrə səbəb ola bilər. İdmanla məşğul olmaq üçün yalnız səhər saatları münasibdir. Amma həmin vaxt da tərcübəli adamın nəzarəti altında məşq etmək lazımdır.

XeberTv.info

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}