Son dəqiqə
Dünya / Manset
19-03-2021, 09:19
4 984
Ermənistanda nazir jurnalisti döydü
Ermənistanın yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyan jurnalist Paylak Faxradyana hücum edib.
Bu barədə sosial şəbəkə hesabında erməni jurnalist özü məlumat paylaşıb.
O bildirib ki, insident Yerevandakı kafelərdən birində baş verib. Belə ki, jurnalist günorta saatlarında nazirə yaxınlaşaraq iş vaxtı kafedə olmasının səbəbini soruşub.
Arşakyan cavabında gecələr də işlədiyini deyərək jurnalistdən kameranı söndürməyi xahiş edib. Daha sonra tərəflər arasında mübahisə yaranıb. Faxradyan kafenin ikinci mərtəbəsinə qalxaraq noutbukda işləməyə başlayıb. Bu zaman nazir ona hücum edərək, yumruq zərbəsi endirib.
Jurnalist faktla bağlı Ermənistanın Baş Prokurorluğunun Xüsusi İstintaq Xidmətinə şikayət edib.
Bir az əvvəl prokurorluqdan bildiriblər ki, Ermənistanın Xüsusi İstintaq Xidməti yüksək texnologiyalar sənayesi naziri Akop Arşakyanın jurnalist Pilak Faxradyana hücumu ilə bağlı materiallar hazırlayır.
XeberTv.info