Son dəqiqə
31-03-2021, 18:20
5 011

Nazarbayev Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib

Nazarbayev Qələbə münasibətilə Azərbaycan Prezidentini təbrik edib


Qazaxıstanın birinci Prezidenti - Elbası, Türk Şurasının fəxri sədri Nursultan Nazarbayev martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında qeyri-formal Zirvə görüşündəki çıxışında Azərbaycan Prezidentini Qələbə münasibətilə təbrik edib.

N. Nazarbayev “Bu gün mən həm də Azərbaycan Respublikasının Prezidenti İlham Heydər oğlu Əliyevi təbrik edirəm. Xüsusilə qeyd etmək istəyirəm ki, ərazi bütövlüyünün bərpa edilməsi məsələsində Türkiyə önəmli rol oynamışdır”, - deyə bildirib.

N. Nazarbayev 2019-cu ildə Bakıda keçirilən VII Zirvə görüşündə Türk Şurasının fəxri sədri seçildiyini və bundan böyük şərəf duyduğunu qeyd edib. O, budəfəki Zirvə toplantısının keçirilməsinin səbəblərindən biri kimi dünyada baş verən dəyişikləri, xüsusilə pandemiya ilə mübarizəni qeyd edərək, “Türk dünyasının gələcəyi - 2040” adlı sənədin hazırlanmasını təklif edib. O, Türküstan şəhərinin yüksək səviyyəli tədbirlərə ev sahibliyi etməyə hazır olduğunu bildirib. Qazaxıstanın ilk Prezidenti iqtisadi əlaqələrin əhəmiyyətinə də toxunub: “Biz hamımız bu prosesləri həyəcanla izləyir və nəticələri gözləyirdik. Əlbəttə ki, Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi və Rusiyanın dəstəyi ilə Bakı və Yerevan arasında imzalanmış sülh razılaşması böyük İpək Yolunun çiçəklənməsi üçün yeni imkanlara yol açır və Çinin “Bir kəmər-bir yol” təşəbbüsündən istifadə etməklə Xəzər dənizinin rolunu artırır”.

XəbərTv.info

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}