Son dəqiqə
7-04-2021, 12:00
5 373

Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…

Elmar Vəliyev bu yolla canını qurtarmağa çalışır — Guya anlaqsızdır, heç kimi tanımır…


Sabiq nazir Səlim Müslümovun həbsi vəzifədə işləyərkən dövlət əmlakını talan etmiş, rüşvət və korrupsiyaya bulaşmış keçmiş məmurların başı üzərində "qara buludların” dolaşdığını ortaya çıxardı. Səlim Müslümovdan sonra Milli Qəhrəman, sabiq briqada komandiri Rövşən Əkbərovun dəmir barmaqlıqların arxasına göndərilməsi bu kateqoriyaya daxil olan insanlar üçün təhlükənin artdığını göstərdi. Hacıbala Abutalıbovun "sağ əli” kimi tanınan BŞİH-in keçmiş Aparat rəhbəri Rasim Quliyevin ardınca vaxtilə MTN-də yüksək post tutmuş generallar Mövlam Şıxəliyevin və Nizami Şirinovun həbsi bu prosesin dönməz xarakter aldığını göstərdi.

Müxtəlif dövrlərdə vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş şəxslərin məsuliyyətə cəlb olunması bundan sonra da davam edəcək. Mənbələrimizin iddialarına görə, Azərbaycan cəmiyyəti qarşıda daha səs-küylü həbslərə şahidlik edəcək.

Aldığımız məlumatlara görə, taleyilə bağlı ciddi narahatlıq keçirən şəxslərdən biri də Gəncənin sabiq icra başçısı Elmar Vəliyevdir. Elmar Vəliyevin karyerasının başa çatmasıyla nəticələnən məlum güllələnmə olayına dair məhkəmə prosesi yekunlaşsa da, onun öz personası ətrafında başlanmış müzakirələr hələ də davam edir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, külli miqdarda sərvət toplamış sabiqlərlə haqq-hesab çəkildiyi bir vaxtda Vəliyev yaxasını kənara çəkə biləcəkmi?

Yaxın ətrafının dediyinə görə, Elmar Vəliyev təhlükənin günbəgün artdığını hiss etdiyi üçün ağlasığmaz üsula əl atıb. Qohumlarının sözlərinə görə, o, sağlıq durumu ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yaymaqla məşğuldur. Məhz onun öz istəyinə uyğun olaraq, yaxın ətrafındakı insanlar hər yerdə Elmar Vəliyevin anlaqsız vəziyyətdə olduğunu, heç kimi tanlmadığını danışır. Keçmiş icra başçısı bu yolla hüquq-mühafizə orqanlarının diqqətini öz üzərindən yayındıra biləcəyinə ümid edir.

Mənbə sonda onu da deyib ki, əslində Elmar Vəliyevin səhhəti qənaətbəxşdir. O, gözdən-könüldən uzaq bir yerdə, Göygöl rayonunun Dəyirmanlar kəndindəki villasında istirahət edir. Onun bu ünvanı təkcə dincəlmək deyil, həm də kənar şəxslərlə ünsiyyətdən yayınmaq üçün seçdiyi bildirilir.(yenisabah.az)

Digər xəbərlər

Rusiyadan gələn 33 nəfər azərbaycanlıda COVİD-19 aşkar edildi
Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yeni baş həkim təyin olunub
Prezident: "Artıq bizə qaytarılmalı olan 5 rayondan 2-nin böyük hissəsi bizdədir"
Mənzil alınarkən ƏDV-nin geri qaytarılması bütün MTK-lara şamil olunur?
Kamerunda qəza 53 nəfərin ölümü ilə nəticələndi
Hikmət Hacıyev: “Vaşinqtonda keçiriləcək görüşlərdə hər hansı bir irəliləyiş gözləmirik”
Mask və Zukerberq döyüşlə bağlı razılığa gələ bilmirlər
Bakıda qonşu qonşunu bıçaqladı
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Zəngilana gətirilən suriyalıların siyahısı - FOTOLAR
PSJ “Barselona”nı darmadağın etdi
Deputatla başçı əl-ələ verib... - GİLEY
Ölkədə bu gün peyvənd olunanların sayı açıqlandı
Ağdamda 1 mülki şəxs həlak oldu
Tələbəni təhqir edən kollec direktoru cəzalandırıldı
AVRO-2020-nin bütün iştirakçıları müəyyənləşdi
Ali Baş Komandan: "Deyir ki, məsələnin hərbi həlli yoxdur. Kim deyir ki, yoxdur?”
Bakıda market yandı - FOTO
MN və DTX-dən ermənilərin terror hücumları ilə bağlı RƏSMİ AÇIQLAMA: Həlak olanlar var
Prezidentin Köməkçisi: “Ermənistan tərəfinə necə etibar edə bilərik?”
Türkiyədə ənənəvi təhsil bərpa olunur
Teymur Rəcəbov finalda: Rəqibi ermənidir
Kabla Musadan Naxçıvana çeşmə qalıb, Vasif Talıbovdan nə qalacaq?
Dünya bazarlarında Azərbaycan nefti bahalaşıb
Azərbaycan əhalisinin sayı açıqlandı
İcbari Sığorta Bürosunda NƏ BAŞ VERİR? - Rəşad Əhmədovdan şikayət
Biləcəri yolunun bağlanması bəzi marşrutların gecikməsinə səbəb ola bilər
“Mançester Siti”, PSJ, “Real” və “İnter” pley-off-a yüksəldi
FHN əhaliyə güclü küləkli havada bayıra çıxmamağı tövsiyə edib
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
{sape_links}{sape_article}