Son dəqiqə
12-04-2021, 17:09
5 377

Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”

Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”


“Bugünkü təntənəli mərasimin yeri təsadüfən seçilməyib. Biz bu mərasimi yeni bulvarda keçiririk. Yeni bulvar mənim təşəbbüsümlə bir neçə il əvvəl salınıb və yeni bulvarın uzunluğu 12 km-dir. Müqayisə üçün deyə bilərəm ki, köhnə bulvarın uzunluğu cəmi 3 km-dir”.

Bunu bu gün Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Hərbi Qənimətlər Parkının açılışında hərbi qulluqçularla görüşdə bildirib.

Dövlət başçısı bildirib ki, bu bulvarın salınması dövlətimizin qüdrətini, xalqa olan qayğını göstərirdi: “Bu, yenilik idi, inkişaf idi. Bu, bizim gücümüzün təzahürüdür. İkinci Qarabağ müharibəsi də bizim gücümüzü, müasirliyi göstərdi. Çünki biz XXI əsrin müharibəsini apardıq. Bu gün artıq sirr deyil ki, dünyanın aparıcı hərbi məktəblərində İkinci Qarabağ müharibəsindəki əməliyyatlarımız, bizim uğurlarımız, qələbəmiz öyrənilir. Dünya mətbuatında artıq dəfələrlə məlumat verilib ki, dünyanın aparıcı ölkələri, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya və digər inkişaf etmiş ölkələr İkinci Qarabağ müharibəsinin bütün aspektlərini öyrənirlər, öz ordularını müasir standartlara, müasir tələblərə uyğunlaşdırmaq istəyirlər. Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq. Çətin relyef şəraitində düşmənin bir neçə istehkamı qarşısında biz peşəkarlıq, məharət, güc, hərbi elm qoyduq və istədiyimizə nail olduq, düşməni torpaqlarımızdan qovduq. Biz inkişaf edərək torpaqlarımızı azad etdik. Çünki inkişaf bizim qələbəmizin əsasıdır. Əgər iqtisadi inkişaf olmasaydı, əgər bizim iqtisadi müstəqilliyimiz olmasaydı, biz bunu təmin etməsəydik, biz lazımi dərəcədə lazım olan müasir silahlar əldə edə bilməzdik. Ona görə burada bu təntənəli mərasimin keçirilməsində böyük rəmzi məna var. Yenilik, inkişaf, güc əsas faktorlardır. Bir də Vətən sevgisi. Çünki bu bulvarın ərsəyə gəlməsinin də təməlində Vətən sevgisi durur. Çünki bu zona əvvəllər sənaye zonası idi. Burada bir çox köhnəlmiş, sıradan çıxmış, köhnə müəssisələr fəaliyyət göstərirdi. Bütün bu ərazi təmizləndi, yeni bulvar salındı və sağ tərəfdə olan boş yer də təmizlənib sərəncama götürüldü”.

XəbərTv.info

Digər xəbərlər

“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Evinə gələn müdirini arvadına qısqandı, öldürdü -
Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb
“Neftçi” “Qalatasaray”a qarşı - Start heyətlər
Parkda görüntüləri yayılan cütlük sərxoş vəziyyətdə imiş - VIDEO
Bu gün Soçidə üçtərəfli görüş keçiriləcək
Vilayət Eyvazov rəisi yeni vəzifəyə
Belarusda referendum keçiriləcək, ölüm cəzasının olub-olmamasına səs veriləcək
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Suraxanı Rayon Prokurorluğunun əməkdaşları təltif olundu - Fotolar
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Almaniya səfiri "Azərsu"nu şəffaflığa çağırır
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Acunun klubu “Fənərbaxça”ya məğlub oldu
Naxçıvanda yenidən zəlzələ oldu
Narkotik satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyat keçirilib -
Gecə ən aşağı temperatur bu bölgədə olub
56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?
Prezident yarımstansiyanı işə saldı
İcra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir
Bakı üzrə pensiyaların ödənilmə vaxtı AÇIQLAND
Türkiyədə səkkiz min adamın iştirakı ilə nəhəng iftar süfrəsi açılıb -
“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”
İstanbulda orta məktəbdə partlayış-Yaralı var
Evdən çıxan iki koronavirus xəstəsi vəfat edib
Gülbəniz Əzimzadənin doğum günüdür.
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Gəlin qaynanasından belə İNTİQAM ALDI - Dəhşətli PLAN
Prezident "Facebook"da Heydər Əliyevə həsr edilmiş videoçarx PAYLAŞDI - VİDEO
Gəncə sakinləri yol problemindən əziyyət çəkirlər -
{sape_links}{sape_article}