Son dəqiqə
14-04-2021, 10:42
3 912

Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)

Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)


Azərbaycanda 2016-cı ildə özünü müflis elan edərək bağlanan "KredoBank” ASC-nin sədri, əmanət və maliyyə fırıldağı ilə bağlı qalmaqal yaşayan Müşfiq Vəkilovun qardaşı Kamran Vəkilov ilə birgə Almaniyada yeni şirkətlər qurduqları və özünün isə otellər satın aldığı üzə çıxıb.

"Report"un əldə etdiyi məlumata görə, Vəkilov qardaşları Türkiyədə olduğu kimi Almaniya və Avstriyada da turizm və otel biznesinə girişiblər. Lakin yenə də maliyyə fırıldaqçılığı iddiası ilə qalmaqal yaşayırlar.

Belə ki, Vəkilovların "Credo İnvest” və "VEK Tourism” MMC kimi qeydiyyatdan keçən yeni şirkətləri fəaliyyətə başlayıb. M.Vəkilov dəyəri 30 milyon avro civarında Almaniyanın Hannover şəhərində mərkəzi vağzal yaxınlığında "Lavesstraße 77, 30159" ünvanında "Grand Palace” və "Nikolaistr. 12" ünvanında "Yours Hotel City” obyektlərini alıb. Hazırda isə Hannoverdə "Schiffsgraben 29" ünvanında daha bir obyekt inşa etdirir. Vyanada (Avstriya) "Taborstrasse 11" ünvanında özünə məxsus otelini isə artıq satışa çıxarıb.

Lakin obyektlərlə bağlı Müşfiq Vəkilovun Almaniyada yerli alman, o cümlədən azərbaycanlı iş adamlarına qarşı maliyyə qalmaqalının olduğu üzə çıxıb. Belə ki, onun yerli iş adamlarını aldatdığı iddia olunur. Onun başqa eyni şirkətlərin adına Türkiyədə də turizm obyektlərinin satın aldığı məlumatı var. Şirkət və obyektlər ilə bağlı fotoları aşağıda təqdim edirik.

Xatırladaq ki, 2016-cı ildə "KredoBank” ASC-nin qalmaqallı şəkildə müflis elan edilərək bağlanmasından sonra M. Vəkilovla bağlı mətbuatda maliyyə fırıldağı və FETÖ terror təşkilatına yaxınlığı barədə məlumatlar dolaşırdı.

Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)Bakıda bank batırdı, Türkiyə və Almaniyada hamıya "atdı" (FOTOLAR)
XəbərTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}