Son dəqiqə
14-04-2021, 14:25
4 094

Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır (FOTO)

Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır (FOTO)


Azərbaycanda mağazalarda açıq-aşkar marixuananı təbliğ edən geyimlər satılır. Xüsusən də 3-14 yaşlı uşaqlar üçün özünü dərketmə dövründə belə geyimlərin daha çox satıldığını görmək mümkündür.

Bu geyimlər "Instagram” üzərindən də satılmaqdadır.

"Sputnik Azərbaycan” həmin geyimlərin açıq-aşkar satıldığı mağazalarla əlaqə saxlayıb. Adlarının çəkilməsini istəməyən mağaza satıcıları bu geyimlərin nəyi təbliğ etdiyindən xəbərdar olsalar da, "dəbdir” deyirlər.

Bakıdakı firma mağazalarından birinin satıcısı isə deyir ki, geyimin üzərində marixuananın təsvirinin olub-olmaması elə bir əhəmiyyət daşımır, onlar sadəcə bu geyimin satılmasında maraqlıdırlar.

Mağaza satıcıları bu geyimlərin Türkiyədən gətirildiyini və çox satıldığını, hətta artıq sayının azaldığını deyirlər. Bu isə o deməkdir ki, bir çox hallarda valideynlərin diqqətsizliyi, məlumatsızlığı gələcəkdə ailələrdə özünü göstərəcək.

Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov açıqlamasında vurğulayıb ki, bu gün bütün dünya marixuana ilə mübarizə aparsa da, ondan külli miqdarda pul qazanan ölkələr də var:

"Geyimlərin üzərində belə təsvirlərin olması isə çox az yaşdan insanların beyinlərini yuyaraq gələcəkdə buna meyilləndirməyi hədəfləyib. Vaxtilə siqaret formasında saqqızlar satılırdı. Burada da məqsəd uşaqları siqaretə alışdırmaq, onu təbliğ etmək idi. Təəssüflər olsun ki, mövcud qanunlar bu kimi halları qadağan etmir. Bu kimi halların qadağası üçün dövlət qurumları da fəal iş aparmır. İstehlakçı hüquqları arxa plana keçib, biznes qurumları isə nə istəsə, edə bilirlər”.

Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır (FOTO)Bakıda narkotik və əxlaqsızlığı təbliğ edən uşaq geyimləri satılır (FOTO)

XəbərTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}