Son dəqiqə
Dünya
16-04-2021, 11:15
4 073
ABŞ-da atışma olub, səkkiz nəfər ölüb
ABŞ-da xeyli insanın həlak olması ilə nəticələnən atışma baş verib.
Bu barədə ABC telekanalı məlumat yayıb.
Məlumatda İndianapolis şəhərində atışma nəticəsində səkkiz nəfərin öldüyü bildirilir.
Hadisə "FedEx" daşıma şirkətinin İndianapolisdəki təsisatında baş verib.
Atəş açan şəxsin özünü öldürdüyü bildirilir.
XəbərTv.info