Son dəqiqə
28-04-2021, 16:15
2677

Azərbaycan "Boeing"dən beş yük təyyarəsi alacaq

Azərbaycan "Boeing"dən beş yük təyyarəsi alacaq


“Silk Way West Airlines” aviaşirkəti donanmasını genişləndirmək məqsədilə “Boeing” şirkəti ilə alqı-satqı razılaşması imzalayıb.

Aviaşirkətdən verilən məlumata görə, razılaşma 28 aprel 2021-ci il tarixində Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Rəşad Nəbiyev, “Silk Way Group” şirkətlər qrupunun prezidenti Zaur Axundov, ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Örl D. Litzenberger və “Boeing” Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru Sten Dilin iştirakı ilə Bakıda keçirilmiş mərasimdə imzalanıb. Bu yatırım “Silk Way West Airlines” şirkətinin yükdaşımalar üzrə artan tələbatın qarşılanması məqsədilə beynəlxalq hava şəbəkəsini genişləndirməsi istiqamətində atdığı növbəti addım çərçivəsində baş tutub.

Razılaşmaya əsasən, “Silk Way West Airlines” şirkəti 2023-2027-ci illərdə beş ən müasir “Boeing 777F” yük təyyarəsini almağı planlaşdırır.

Qeyd edək ki, “Boeing 777F” yük təyyarələrinin sifarişi Xəzər dənizi və Mərkəzi Asiya regionunda bir ilkdir. “Boeing 777F” hazırda bazarda olan ən böyük iki mühərrikli yük təyyarəsidir. 9 200 km uçuş məsafəsi olan təyyarənin maksimal yük götürmə qabiliyyəti 102 000 kq təşkil edir. Dünyanın ən effektiv və ətraf mühitin qorunması baxımından münasib təyyarəsi olmasını nəzərə alaraq, yeni hava gəmiləri “Silk Way West Airlines” donanmasının dayanıqlılıq hədəflərinə töhfə verməklə yanaşı, həmçinin xidmət və əməliyyat xərcləri baxımından xüsusilə sərfəli bir seçimdir.

“Dünyanın aparıcı təyyarə istehsalçısı olan “Boeing” ilə Azərbaycanın tanınan hava yolu yükdaşıma şirkəti “Silk Way West Airlines” arasında müqavilənin imzalanmasını alqışlayırıq. Azərbaycanda vahid nəqliyyat sistemi yaradılır və hava yolu nəqliyyatı burada önəmli rol oynayır. İnanıram ki, bu müqavilə regional nəqliyyat qovşağı və beynəlxalq ticarət və kommersiya əlaqələrində etibarlı hava yolu tərəfdaşı kimi Azərbaycanın mövqeyini möhkəmləndirəcəkdir”, - deyə nazir Rəşad Nəbiyev qeyd edib.

“Bu razılaşmanın imzalanması şirkətimizin inkişafı istiqamətində atılan növbəti bir addımdır. Əminəm ki, yeni təyyarələrin alınması və bu layihənin həyata keçirilməsi önümüzdəki 15-20 il ərzində şirkətimizin qlobal hava yolu ilə yükdaşıma bazarındakı aparıcı mövqelərini daha da gücləndirəcək”, - deyə “Silk Way Group”un prezidenti Zaur Axundov bəyan edib.

Öz növbəsində, “Boeing” Kommersiya Təyyarələrinin prezidenti və baş icraçı direktoru cənab Sten Dil qeyd edib ki, “Silk Way West Airlines” öz şəbəkəsinin coğrafi əhatəsini sürətlə genişləndirməkdədir. “Növbəti 20 il ərzində qlobal hava yolu yükdaşıma bazarının 60%-dən daha çox artacağı gözlənilir və yeni sifariş şirkətin MDB məkanı, Avropa, Yaxın Şərq, Asiya və Şimali Amerikadakı ticarət və elektron kommersiya əməliyyatları üzrə tələbatlara cavab vermə imkanlarını möhkəmləndirəcəkdir. “Silk Way West Airlines” ilə olan tərəfdaşlığımızdan məmnunuq və bazardakı ən mütərəqqi effektivliyə və tutuma malik olan 777F təyyarəsini şirkətin 747F yük təyyarələrindən ibarət mövcud donanmasına təqdim etmək üçün səbrsizlənirik”.

Anlaşma “Silk Way West Airlines” şirkətinin qlobal yükdaşıma bazarındakı iddialarını genişləndirməsi üçün yeni bir zəmin yaradacaq, Xəzər dənizi regionunun aparıcı yükdaşıma şirkəti ilə dünyanın ən böyük aerokosmik şirkəti arasında artıq mövcud olan münasibətləri gücləndirəcəkdir.

2012-ci ildə İpək Yolunun qəlbi sayılan Bakıda əsası qoyulmuş “Silk Way West Airlines” 350 min tondan ibarət illik yük dövriyyəsi ilə Xəzər dənizi regionunun ən böyük hava yolu ilə yükdaşıma şirkətidir. Heydər Əliyev Beynəlxalq Aeroportu mərkəzli aviaşirkət ayda dünyanın 40 istiqaməti üzrə 350 müntəzəm uçuş həyata keçirir.

“Boeing” dünyanın ən böyük aerokosmik şirkətidir və kommersiya təyyarələri, müdafiə, kosmik və təhlükəsizlik sistemləri və qlobal xidmətlərin aparıcı tədarükçüsüdür. Əsas ABŞ ixracatçısı kimi şirkət 150-dən artıq ölkədə hökumət və kommersiya müştərilərini dəstəkləyir, qlobal təchizatçı bazasının istedadlarından yararlanır. Aerokosmik liderlik mirasının təməlini qoymuş “Boeing” texnologiya və innovasiyalarda öncüllük edir, onları müştərilərinə çatdırır, habelə insanlara və gələcək inkişafa sərmayə qoyur.

XəbərTv.info

Digər xəbərlər

Moskvada İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyan arasında görüş başlayıb
Azərbaycanda əhalinin demoqrafik vəziyyəti açıqlanıb
Cəbrayılın Şıxalıağalı kəndindən görüntülər - VİDEO
Messiyə 500 milyon avroluq fantastik təklif
Luiz Suarez "Barselona" ilə vidalaşdı
Hərbi Hava Qüvvələrimiz gecə təlimləri həyata keçirdi - VİDEO
Bu gündən Azərbaycanda Ramazan ayı başlayıb.
Azərbaycanda vəzifəli şəxsdən “unikal” pul mənimsəmə üsulları: Cinayət işi açıldı, məhkəməlik oldu
Bügün dəyərli Bəstakarımızın doğum günüdür
Konfrans Liqası: Musa Qurbanlı İsveç klubunun start heyətində
Siraqəddin Cabbarovun Hacı İbrahim sevgisi... - Ümid Ali Məhkəməyə qalıb...
Prezident “Yüksəliş” müsabiqəsi üçün 1 milyon pul ayırdı
Mehdiyevin nəvəsinin toyuna gedən lisey direktoru töhmət aldı
Yunis Hüseynov istefa verdi
Azərbaycanla Türkiyə arasında vizasız rejim qüvvəyə mindi
Medianın İnkişafı Agentliyində görüş keçirilib - Fotolar
Xarici İşlər Nazirliyində struktur dəyişikliyi edilib
Daha iki kanalın yayımı dayandırılacaq
Ermənistan 1990-cı ilin yanvar hadisələri ilə bağlı uydurma təbliğat aparır - XİN
Fərəc Quliyev həbs oluna bilər – prokurorluğa müraciət edildi
Bu gün deputatlar 18 məsələ üçün toplaşır
Kərim Babayevin bazarlarına görə gərgin vəziyyət
Son sutkada daha 17 nəfər koronavirusa yoluxub
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etdi
Sabah qar yağacaq
Şamaxıda 9 yaşlı uşaq göldə batdı
Son sutkada koronavirusa yoluxanların sayı açıqlandı
190 manat birdəfəlik ödəmə vəsaitlərinin köçürülməsi başa çatdı
Bu gün onlar rəsmən deputat sayılacaq
Qızını döyməsi ilə bağlı ittihamlara cavab verdi
{sape_links}{sape_article}