Son dəqiqə
Səhiyyə
7-05-2021, 14:54
3852
TƏBİB-dən bütün şagirdlərin vaksinasiyası ilə bağlı - XƏBƏRDARLIQ - VİDEO
Məktəblərdə bütün sinif şagirdləri və işçilər peyvənd olunmalıdır.
Bunu ARB24-ün “İşgüzar səhər” verilişinə açıqlamasında TƏBİB nümayəndəsi Fərrux Sədirov deyib.
O bildirib ki, müəllimlərə peyvənd vurulub, şagirdlərə vurulmaması riskdir:
“İki tərəfdən birinin peyvənd olunmaması eyni riski daşıyır. Yəni sinifdə bir nəfərin belə peyvənd olunmaması digərləri üçün təhlükəlidir. Bu səbəbdən bütün siniflər və məktəbdəki digər şəxslər də peyvənd olunmalıdır”.
XəbərTv.info