Son dəqiqə
30-04-2019, 11:02
1 042

Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama

Bakıda marşrutların hərəkət sxemi nə vaxt bərpa ediləcək? – Açıqlama


Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar paytaxtda hərəkət sxemində dəyişiklik edilən 17 marşrut xəttinin əvvəlki sxemi hələ bərpa edilməyib.
Bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib. Onun sözlərinə görə, marşrutların hərəkət sxeminin əvvəlki vəziyyətə qaytarılması üçün yolda hərəkət tam təmin olunmalıdır:

“Yolda hərəkət bərpa ediləndən sonra avtobuslar əvvəlki istiqamət üzrə hərəkət edəcək. Eyni zamanda Lökbatan dairəsindən Funikulyor istiqamətinə 5A adı altında təşkil edilən müvəqqəti marşrut xəttinin fəaliyyətinə də xitam veriləcək”

Xatırladaq ki, Bakıda keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışları ilə əlaqədar aprelin 22-dən etibarən Bakı Şəhər Halqası və ona yaxın küçələrdən keçən 17 marşrut xətti üzrə (1, 2, 4, 5, 6, 18, 31, 37, 46, 53, 61, 65, 77, 88, 125, 205, H1) avtobusların hərəkət sxemində dəyişiklik edilib. Qeyd edilən marşrut xətləri üzrə avtobuslar alternativ küçələrdən keçməklə hərəkət edirlər.

Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov isə Trend-ə bildirib ki, bu gündən etibarən Bakı Şəhər Halqası kimi tanınan ərazi üzrə – “Azneft” meydanı istiqamətində – Bayıldan 20-ci sahə istiqamətində və cənub tərəfdən, eyni zamanda, Hökumət evi istiqamətində – Üzeyir Hacıbəyov küçəsi ilə Afiyyəddin Cəlilov küçəsi, Yusif Səfərov küçəsinin kəsişməsindən, həmçinin Lermontov küçəsi ilə Axundov adına park və onun ətrafı, xüsusilə də Əhməd Cavad küçəsi ilə İstiqlaliyyət və Bünyat Səfərov küçələri istiqamətində, Şeyx Şamil küçəsi istiqamətində, Dənizkənarı Milli Park boyunca, Neftçilər, Bülbül prospektləri, Azadlıq meydanı, Puşkin, Xaqani, Zərifə Əliyeva, Rəsul Rza, Əziz Əliyev küçələri, Qoşa Qala qapısı, Gənclər meydanı, İstiqlaliyyət, Niyazi küçələri, eləcə də həmin küçə və prospektlərlə kəsişən digər yollarda avtomobillərin hərəkətinə məhdudiyyət aradan qaldırılacaq.

Digər xəbərlər

4 yaşlı qızı döyərək boyunbağısını oğurladılar
Qorbaçov yaşı ilə rekorda imza atdı
Əbülfəs Qarayevin də yola salınacağı deyilir... - İDDİA
Mehriban Əliyeva Azərbaycan xalqını təbrik etdi - FOTO
Polis rəisinin müavini vəfat etdi: Vəzifəyə yenicə təyin olunmuşdu
Ölkədə son sutkada COVID-19 əleyhinə peyvənd vurulmayıb
Məşhur jurnalist Malaxov da azərbaycanlılara çağırış etdi: “Evdə qalın!”
Mustafa Babanlı HƏBSDƏN NECƏ QURTULDU...
Bakı metrosu 15 fevralda açıqlacaq?
Baş Prokurorluq: Gəncənin atəşə tutulması nəticəsində 5 nəfər həlak olub
Günün qoroskopu - 04.12.2019
Bu kəndlər də işğaldan azad edildi
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Ayaz Mütəllibov dünyasını dəyişdi
“Aman ayrılıq” əbədi həsrət gətirdi: “Hər gün o mahnını oxuyurdu, fərqinə varmırdım ki...” - VİDEOREPORTAJ
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Vətəndaş özünü yandırdı
May ayının birdəfəlik ödənişinə başlandı
Prezident internetə qoyulan məhdudiyyətdən danışdı
Bakıdakı dəhşətli qəza ilə bağlı bəzi məqamlar üzə çıxdı - - VİDEO
Prezident Bakıdakı Qarabağ yürüşündən danışdı
Hansı məhbuslar əfv olunacaq?– Komissiya üzvü AÇIQLADI
Nikol Paşiyan: “Bəyanatı imzalamaqdan başqa çıxış yolu yox idi”
Ramil İsmayılov Quba rayon İcra başçısı olacaq?
Bakıda idman arenasında 16 yaşlı gənc qətlə yetirildi
Bakıda DƏHŞƏT: Oğul anasını öldürdü
Kəmaləddin Heydərov Qəbələdəki yanğın yerinə getdi - VİDEO
İcra başçısı şöbə müdirini işdən çıxardı
Magistraturaya sınaq imtahanının nəticələri açıqlandı
{sape_links}{sape_article}