Son dəqiqə
26-07-2024, 10:58
143

Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran

Açıq geyinən müğənnilərə görə efirdən getdim – Aparıcı Ceyran





“Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim instaqram hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan.

Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə.. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim”.

Bu sözləri aparıcı Ceyran Rəhimova “O üz” verilişində qonaq olarkən deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətlərdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib: “Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxartmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar”.

C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb: “Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da onların öhtəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını . Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir”.

Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də “Sən bir nəğmə” verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.

Aparıcının bir müddət əvvəl bacısı vəfat edib. (Axşam.az)

Xebertv.info

Digər xəbərlər

ADA Universitetində Diplomatiya həftəsi keçirilir -
Gürcüstanda vətəndaşların kommunal xərclərini hökumət ödəyəcək
Quş qripi ilə bağlı vətəndaşlara xəbərdarlıq edildi
"Kürd Elnur"un həbs müddəti uzadıldı
Türkiyəli general koronavirusdan öldü
Azərbaycanda son sutkada 2206 nəfər COVID-19-a yoluxub, 35 nəfər vəfat edib
Sosial şəbəkədə virus təxribatçıları peyda olub - onları cəza gözləyir
Nazirlər Kabineti Aparatının rəhbəri təyin edilib
Yaşar Əliyev TŞ-nın iclasında Ermənistan tərəfinin əsassız ittihamlarına cavab verib – TAM MƏTN
"Hoffenhaym"ın futbolçusu millimizdə
Prezident: Bu gün mənfəət neftinin 75-80 faizi Azərbaycana çatır
Əhaliyə TƏCİLİ XƏBƏRDARLIQ! – Bazar günü günortaya qədər...
Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?
Siniflərdə şagirdlərin sayına limit qoyulacaqmı?
“MƏRCAN” toyuq fabrikində ağlagəlməz fırıldaqlar...
Ermənistanda dövlət qurumlarını və vəzifəli şəxsləri tənqid etmək qadağan edildi
Azərbaycanda qeydiyyatda olan QİÇS xəsətələrinin sayı AÇIQLANDI
Azərbaycan vətəndaşları Gürcüstana bu tarixdən gedə biləcəklər
Xüsusi təyinatlıların döyüş təlimi davam edir
Düşmənin sıradan çıxarılan texnikaları - SİYAHI
“Microsoft” vəfat etmiş şəxslərlə ünsiyyətə imkan verən cihaz yaradacaq
Rusiyada "Twitter" də bloklandı
Lavrov: “Dağlıq Qarabağda atəş 10 oktyabr 12:00-dan dayandırılacaq”
Mağazadan qovulan qadınla bağlı QORXUNC AÇIQLAMA: “Onu zorla...”
Cəbhənin Xocavənd istiqamətində düşmən topları məhv edilib - VİDEO
AzTV-nin binasında bədbəxt hadisə: Bir nəfər öldü - FOTO
Bu gün neçə şagirddə koronavirus aşkarlanıb?
Yüksək peşə təhsili alanların universitetə daxil olmaq hüququ olacaq
Prezident: "44 gün ərzində bir gün də olmadı ki, biz haradasa geriyə çəkilək"
Ömər aşırımında hərbi maşın qəzaya düşdü - 2 hərbçimiz həlak oldu