Son dəqiqə
5-09-2024, 21:43
131

Diplomu gec alan məzunlar əsgərliyə necə gedirlər? - RƏSMİ

Diplomu gec alan məzunlar əsgərliyə necə gedirlər? - RƏSMİ





Universitet təhsilini başa vuran məzunların diplom alması xeyli zaman tələb edir.

Həmin ərəfədə isə məzunlar hərbi xidmətə çağırılırlar. Həmin dövrdə məzunlar diplomu ala bilmədikləri üçün onların neçə müddət hərbi xidmət çəkəcəkləri maraq doğurur. Yəni diplomu hələ almayan məzunlar hərbi hissəyə ali təhsilli olmalarını hansı sənəd əsasında sübut edə bilərlər?

Digər bir məsələ isə odur ki, Türkiyə və digər xarici ölkələrin universitetlərindən məzun olan azərbaycanlı tələbələr də diplomlarını gec alırlar. Onlar ölkəyə “məzuniyyət bəlgəsi” ilə qayıdırlar. Üstəlik, diplom hazır olanda gedib onu təsdiqlənmək üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə təqdim etməlidirlər ki, bu proses də xeyli müddət apara bilər.

Yəni xaricdə təhsil almasına baxmayaraq, diplomlarını hələ almayanların hərbi xidmət müddəti necə müəyyən olunur?

Məsələ ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə iş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov bidlirib ki, iniversitetdən məzun olan tələbələr hərbi hissəyə göndəriləndən sonra onların hərbi biletində ali təhsilli olmaları haqqında qeyd yazılır:

“Yəni hərbi hissə artıq bilir ki, o, ali təhsillidir. Diplomun gec verilməsi problem deyil. Belə ki, diplom veriləndə valideyn gedib diplomu götürür, notariusda onun surətini təsdiqlədir, əslini özündə saxlayır, həmin surəti isə hərbi hissəyə göndərir.

Yaxud da əsgər özü 6 aydan sonra məzuniyyətə gələndə həmin prosesi edir və diplomun surətini hərbi hissəyə təhvil verir. Yəni hərbi hissədə onun ali təhsilli olduğunu artıq bilirlər. Sadəcə diplomun təsdiqlənmiş surətini vermək lazımdır ki, o sənəd şəxsin işinə tikilsin”.

Xaricdə təhsil alanlara gəldikdə isə o bildirib ki, burada da proses eyni formadadır:

“Yəni ali təhsil haqqında sənədin surəti notariusda təsdiqlənir və hərbi hissəyə təhvil verilir. Hərbi biletə də ali təhsilli yazılır. Bir ilin tamamına qədər diplom hərbi hissəyə təqdim edilməlidir. Təqdim edilmədiyi təqdirdə şəxsin ali təhsilli olması barədə sənəd olmadığı üçün 6 ay daha artıq xidmət etmiş olacaq.

Digər tərəfdən, xarici ölkədə təhsil alan şəxs təhsil barədə hər il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin qeydiyyatda olduğu yerli bölməsinə sənəd təqdim edir, yəni onun artıq ali təhsilli olması barədə müvafiq məlumat olur. Hərbi xidmətə çağırıldıqda isə diplomunu tərcümə və təsdiq etdirib hərbi hissəyə təqdim etmək lazımdır”./“Cebheinfo.az"

Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"