Son dəqiqə
23-02-2021, 14:32
4 488

Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?

Cavid Qurbanovun “sağ əli” Qubadlıda nə axtarır?


“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanovun əsas adamlarından biri sayılan Qalib Məmmədov ölkə prezidentinin xəbərdarlığına məhəl qoymur.

“KDY Logistics” şirkətinin Azərbaycan qrupunun Direktorlar Şurasının sədri Qalib Məmmədov erməni işğalından azad edilmiş Qubadlıda qurduğu məclislə özünü diqqət mərkəzinə gətirib.

Qubadlıda zəngin süfrə qurduran və əsgərlərimizin qabağında hazır dayandığı Məmmədov bölgənin işğaldan azad olunmasını özünün və patronunun yeni biznes planlarının dəyərləndirilməsi fonunda “qeyd edib”.

“KDY Logistics” rəhbərinin bu təmtərağı prezident İlham Əliyevin azad edilmiş Şuşaya səfəri zamanı sərgilədiyi təvazökarlığı bir daha göz önünə gəririr. Dövlət başçısının Şuşada bəzi məkanlara baş çəkdikdən sonra Cıdır düzündə əyləşdiyi sadə çay süfrəsini hər kəs xatırlayır.

Yəni prezident belə müzəffər Ali Baş Komandan olaraq, Şuşada ehtiyac görmədiyi təmtərağı Cavid Qurbanovun “sağ əli” sayılan Qalib Məmmədov Qubadlıda özünə rəva görür. Bununla da dövlətə meydan oxumaqdan çəkinmir.

Prezident İlham Əliyevin Şuşada “şöbə açmaq istəyən” bir sıra nazirlərə məlum iradı hələ də müzakirə olunmaqdadır. Lakin buna baxmayaraq, Qalib Məmmədov kimi məmurlar dövlət başçısının xəbərdarlığına məhəl qoymayaraq, azad edilmiş bölgələrimizdəki füsunkar yerləri özlərinin “eyş-işrət zonaları”na çevirmək haqda düşünürlər.

Ancaq bu kateqoriyaya aid məmurlar və onların kölgəsində daldalanan iş adamları hər bir hərəkətlərinin ictimai nəzarət altında olduğunu və bu meydan oxuyan davranışlara görə cavab verəcəkləri saatın yetişəcəyini unutmasınlar! (yenicag.az)

XeberTv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"