Son dəqiqə
7-09-2024, 14:15
173

Oktyabrın 1-dən qiymətlər QALXIR

Oktyabrın 1-dən qiymətlər QALXIR






Oktyabrın 1-dən Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının tranzit daşınması zamanı yarana biləcək gömrük borcunun ödənilməsinin təmin edilməsi məqsədilə Gömrük Məcəlləsinin 258.1.4-cü maddəsinə əsasən təminat üsulu olaraq depozitin tətbiqinə başlanacaq.

Məlumata görə, təminatın məbləği tranzit daşımasını həyata keçirən hər nəqliyyat vasitəsinə münasibətdə minimum 200 000 ABŞ dolları ekvivalentində müəyyən edilib. Gömrük bəyannaməsi təsdiq edildiyi gün vəsaitin Azərbaycan Mərkəzi Bankının müəyyən etdiyi məzənnəyə uyğun olaraq manat ifadəsində banka depozit şəklində qoyulmasına dair təsdiqedici sənəd gömrük orqanına təqdim olunmalıdır.

Maraqlıdır, yeni qanun alkaqollu içkilərə və tütün məhsullarının qiymətinə necə təsir edəcək?

Məsələ ilə bağlı danışan iqtisadçı Akif Nəsirli News24.az-a bildirib ki, qanuna edilən dəyişikliklər alkaqollu içkilərə və tütün məhsullarına təsirsiz ötüşməyəcək: “Əlbəttə bu qanunun qəbul edilməsi sözsüz ki, əlavə xərclərə səbəb olacaq. Yeni qanuna görə hər bir sahibkar öz kapitalından 200 min ABŞ dolları ayırıb depozit qoymalıdır. Həmin ayrılan kapitalın yeri isə boş qalacaq. Bu isə sahibkarın imkanlarının zəifləməsinə səbəb olacaq. Ən azı onlar bu dövrüyyəni yenidən bərpa etmək üçün qiymətləri bərpa etmək məcburiyyətində qalacaq”.

İqtisadçı qeyd edib ki, 200 min ABŞ dolları məhsulun üzərinə müəyyən faizlərin gəlməsinə səbəb olacaq. Onun sözlərinə görə, bu məmulatların qanun qüvvəyə mindikdən sonra bahalaşması gözləniləndir: “Yeni qanunla alkoqollu içkilər və tütün məhsullarına tətbiq edilən vergi və aksiz dərəcələri artırıla bilər. Bu, istehsalçıların və satıcıların əlavə xərclərini qarşılamaq üçün məhsul qiymətlərini artırmasına səbəb ola bilər. Nəticədə, bu məhsulların bazarda qiymətləri yüksələcək. Qanunlar idxal olunan alkoqollu içkilər və tütün məhsullarına yeni tələblər və ya məhdudiyyətlər qoya bilər. İdxalın məhdudlaşdırılması yerli bazarda məhsulun qiymətini artıran təklif azlığına səbəb ola bilər”.

Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"