Son dəqiqə
10-08-2024, 14:14
237

Rayona fayda verə bilməyən sabiq icra başçısı millətə necə vəkillik edəcək?

Rayona fayda verə bilməyən sabiq icra başçısı millətə necə vəkillik edəcək?





2024-cü il sentyabrın 1-də Milli Məclisə keçiriləcək növbədənkənar seçkilərdə Nəsimi rayonunun icra başçısı Asif Əsgərov da iştirak edəcək. Onun namizədliyi 112 saylı Zaqatala seçki dairəsindən irəli sürülüb.

A.Əsgərov Azərbaycanda uzun müddət icra başçısı vəzifəsində çalışan şəxslərdən biridir. Əsgərov 2006-2009-cu illərdə Zaqatala və 2009-2015-ci illərdə Bakı şəhər Səbail rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışıb. 2015-ci ildən isə o, Bakı şəhəri Nəsimi rayon icra hakimiyyətinin başçısıdır. Əsgərovun deputatlığa namizədliyi qeydə alındığından hazırda seçkiqabağı təşviqatla əlaqədar icra başçısı səlahiyyətlərini icra etmir.

Əsgərov icra başçısı kimi fəaliyyətinə artıq 18 ildir ki, davam edir. Bu müddətdə onun fəaliyyətində müsbət mənada yadda qalan faktlar az olub. Əsgərov daha çox korrupsiyalaşmış, vəzifəsindən öz fərdi məqsədləri üçün istifadə edən şəxs kimi yadda qalıb. İcra başçısı olduğu dövrdə onun fəaliyyəti çox tənqid edilib, Əsgərovun rəhbərliyi həm rayon sakinləri tərəfindən, həm də media orqanlarında tənqidi qiymətləndirilib.

A.Əsgərov oğlu İlham Əsgərli ilə də tez-tez gündəmə gəlib. Oğlu intizamsız hərəkətlərinə, cinayət əməllərinə görə də dəfələrlə xatırlanıb.

2014-cü il sentyabrın 27-də məhz İ.Əsgərlinin idarə etdiyi "Mercedes S 500” markalı avtomobilin Türkan-Zığ yolunda qəza törətməsi nəticəsində "McDonalds Azərbaycan”ın rəhbəri Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev dünyasını dəyişmişdi.

Həmin dövrdə məhkəmə araşdırması zamanı aydın oldu ki, A.Əsgərovun oğlu avtomobili sürücülük vəsiqəsi olmadan idarə edib. Hadisə ilə əlaqədar İ.Əsgərli məsuliyyətə cəlb olundu və o, üç il müddətinə azadlıqdan məhrum edildi, lakin İ.Əsgərli cəmi 6 ay sonra azadlığa çıxa bildi.

A.Əsgərov təkcə oğlu ilə gündəmə gəlməyib. İcra başçısının adı rəhbər olduğu rayonlarda yaşıllıqların məhv edilməsi, ağacların qırılması ilə də bağlı hallandırılıb, hətta başçını “yaşıl soyqrımı”da ittiham ediblər. İcra başçısı yaşıllıqları məhv edərək yerini bina tikənlərə, qaraj sahiblərinə satıb. Sakinlər dəfələrlə bu ağac qırğınına etiraz etsələr də, icra başçısı etirazlara məhəl qoymayıb.

A.Əsgərovun adı rüşvət qalmaqalında da hallanır. İcra başçısı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevin Nəsimi rayonu ərazisində apardığı tikintinin hasarlarını sökdürüb. Sabiq komitə sədri isə mətbuata müsahibə verərək açıq şəkildə bəyan edib ki, icra başçısı ondan 300 min manat rüşvət istəyir.

İndi belə bir şəxs, siyasi reputasiyası müsbət olmayan icra başçısı parlamentə düşməyə, vaxtı ilə rəhbərlik etdiyi Zaqatala rayonunu Milli Məclisdə təmsil etməyə çalışır. Yerli icra orqanlarına uzun müddət rəhbərlik etdiyi dövrdə işi ilə özünü sevdirə bilməyən şəxsin millət vəkili kimi müsbət mənada fərqlənəcəyi inandırıcı deyil...

Xebertv.info

Digər xəbərlər

Azərbaycanda devalvasiya gözlənilir?
Bayram günlərində avtomobillərin texniki baxışı necə təşkil olunacaq? (AÇIQLAMA)
BNA: 1 400-dən çox avtobusda şəffaf arakəsmələr quraşdırılıb
Õtən il bu qədər tələbə vəfat edib
Azərbaycanda 4 uşaq anası özünü öldürdü
5 deqiqəyə gözəl salat resepti
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Holand rekorda bir addım qaldı
Barəsində cinayət işi açılan şəxs “Azərişıq”dan 766 min manatı necə alıb? — FOTOFAKT
Azad olunmuş ərazilərin minalardan təmizlənməsi üçün BMT Azərbaycana 1 milyon dollar ayırıb
Masallı rayon Mərkəzi xəstəxanasının sabiq direktorunun məhkəməsi başlayır
İlham Əliyev: “Biz heç vaxt mülki əhalini vurmayacağıq, biz erməni deyilik”
Sabirabadın icra başçısının ev hədiyyə etdiyi xanım kimdir?
Bu ölkədə boş evin kilidini qırıb yerləşmək cinayət DEYİL
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Müdafiə Nazirliyinin 2 yüksəkvəzifəli şəxsi vəzifəsindən azad edildi
Prezident İlham Əliyev Rusiyanın fövqəladə hallar nazirini qəbul edib
Tofiq Yaqubluya hökm oxundu
Texas sahillərində iki barja və tanker toqquşub, neft sızması baş verib
Umayra Tağıyeva: “Fevralın 24-də bu qışın ən soyuq günü gözlənilir”
Paris Olimpiadasında hansı ölkənin medalı çoxdur? - SİYAHI
Düşmən yaşı 60-dan yuxarı olan qocaları döyüşə göndərir
Mikayil Cabbarov bizi küçələrdə qoyub! -
Yeni qanun: Qadınlar təca  ? Tarih:GÜçünü öldürsə də, cəza almayacaq
Trampı zəhərləməyə cəhd etdilər
Bu da İqbal Məmmədovun sərvəti... - SİYAHI
Azərbaycan ordusu cəbhənin Xocavənd istiqamətində üstünlüyünü artırır
Saç salonunun rəhbəri jurnalist vəsiqəsiylə saxlanıldı - Foto
Milli Məclis Sədrinin köməkçisi vəzifəsindən azad olunub
Xoşqədəmin verilişi bağlandı