Son dəqiqə
7-09-2024, 15:09
116

Ağadadaş Ağayev "Medera”nı buna görə məhkəməyə verib - Vəkil səbəbi açıqladı

Ağadadaş Ağayev "Medera”nı buna görə məhkəməyə verib - Vəkil səbəbi açıqladı






Ağadadaş Ağayevin “Medera” hospitalını məhkəməyə verməsi təbiidir. İlk gündən bəlliydi ki, bu qovğada tərs bir şeylər, əndazələrin aşılması hadisəsi var.

İyul ayının üçüncü ongünlüyündə baş verən dava-dalaşın tərəfləri tanınmış sənətçi və klinikanın gözətçisi olsa da, ölkəni başına götürmüş qalmaqalda bir ilk baxışdan gözə görünməyən tərəf də vardı.

Bu, məhz “Medera” klinikasıydı. Adi bir məişət hadisəsini ölkənin ictimai-siyasi gündəminə pərçim edən, 7-dən 77-yə qədər hər kəsin bildiyi, müzakirə etdiyi bir ixtilafa dönüşdürən klinika rəhbərliyi olmuşdu.

Söz yox, yaşadığı ağrı-acı üzündən əsəblərini cilovlaya bilməyən sənətçi də, ona artıqlaması ilə cavab göstərən mühafizəçi də qatıldıqları davaya görə məsuliyyət, özü də cinayət məsuliyyəti daşıyırlar, amma klinika rəhbərliyinin məsuliyyət payı daha böyükdür.

Ona görə də Ağadadaş Ağayevin vəkili baş vermis hadisənin videogörüntülərini, onun klinikada müayinə və müalicəsi ilə bağlı məlumatları razılığı olmadan, qanunsuz formada ictimailəşdirildiyini, bunun hüquq normalarına zidd olduğunu bəyan edərkən haqlıdır.

Vəkil düz deyir, həmin görüntülər gerçəkdən də A.Ağayevin şəxsi həyatının gizliliyini pozub, onun şərəf və ləyaqətinə, ictimai nüfuzuna ciddi, bərpaolunmaz zərər vurub.

Təsəvvür edin ki, 42 ildən bəridir ölkənin şou-biznes sferasında populyar olan, hər kəsin tanıdığı bir sənətçi klinika rəhbərliyinin səyi nəticəsində ictimaiyyətə cinayətkar kimi təqdim edildi və xalqda yaradılmış ilk rəy sona qədər eyni cür qaldı, hələ də elədir.

Hadisə barədə “Medera” tərəfindən müxtəlif media qurumlarına servis edilən ilk xəbərin başlığı beləydi: “Ağadadaş Ağayev adam baltaladı”.

Sonra onsuz da brend olan bu ad-soyadın sıradan birinə, Ağayev Ağadadaş adlı başqa və adi adama məxsus olmadığını göstərmək üçün müvafiq başlığa “müğənni” sözü də əlavə edildi.

Ardınca təfərrüatlar yayıldı, məlum oldu ki, müğənni heç də kimisə baltayla şaqqalamayıb, üstünə gələn adama 10-15 metrdən balta atıb və balta klinikanın qapısından içəri keçib.

Bütün bu hadisələrin hamısının klinikanın İT mütəxəssisləri tərəfindən montaj edilmiş videogörüntüləri gen-bol yayılırdı.

Sonra iddia olundu ki, A.Ağayevin atdığı balta klinikanın xadiməsini yaralayıb. Ancaq ortada yaralı yox idi, sadəcə, bir qadının adı çəkilirdi. Daha sonra bəlli oldu ki, balta qadını ciddi yaralamayıb, eləcə, sapı qadının ayağına toxunub. Videoların birində görünürdü ki, bir qadın qıvraq hərəkətlə baltanı yerdən götürüb gizlətməyə aparır.

Lap axırda mühafizəçinin 67 yaşlı müğənnini idman fəndi ilə yerə çırpdığını, ona lazım olduğundan artıq zor tətbiq etdiyini əks etdirən görüntülər meydana çıxdı.

Bütün bunları “Medera” klinikası edirdi. Onun şəfa ocağı, yoxsa piar mərkəzi, montaj studiyası olması bəlli deyildi.

O zaman bir çox jurnalistlər məhz bu məqama vurğu edir, klinikanın sönükən ocağa benzin çilədiyini yazırdılar. Amma hamının başı tərəf tutmağa qarışmışdı, bir tirə xalq artistini yamanlayırdı, bir tirə onu müdafiə edir, mühafizəçini haqlı elan edirdi.

Budur, indi yayılmış istintaq materiallarına, həssas məlumatlara, məhkəmənin hökmü olmadan bir insanın cinayətkar adlandırılmasına görə cavab vermək lazımdır.

Maraqlıdır, “Medera” klinikasının rəhbərliyi nəyə görə həm özünü, həm də məşhur sənətçini dilə-dişə salmaq yolu seçib və bu işi belə canfəşanlıqla, hay-küylə, nyu-media fəndləri ilə həyata keçirirdi?

Buna səhih cavabı klinika rəhbərliyi verə bilər. Amma güman ki, onlar zeytun yağı kimi üzə çıxmaq səciyyəsi daşıyan hərəkətlərin qanun pozuntusu və özlərinin ziyanına olduğunu anlamayıblar.

Hazırda ölkədə hamı “Medera”nı Ağadadaş Ağayevin başına gələn hadisəyə görə tanıyır.

Elə Ağadadaş Ağayevin adı çəkiləndə də yada düşən ilk şey onun son 43 ildə oxuduğu mahnılar olmur, əlinə balta götürüb klinikaya hücum etməsi olur.

Bu hadisənin ölkədəki ictimai-siyasi ortamı nə qədər gərginləşdirdiyi, sinfi ziddiyyətləri üzə çıxardığını nəzərə alsaq, bu qovğanı bu şəkildə ictimailəşdirənlərin nə boyda qəbahətə yol verdikləri anlaşılar.

Gerçəkdən də bu hadisəyə görə insanlar cəbhələşmişdilər: orta təbəqədən aşağıda yaşayan insanlar kütləvi şəkildə müğənnini döyən mühafizəçinin tərəfindəydilər və bir “ağ adam”ın cəzalandırılması onlara ləzzət eləmişdi. Eyni zamanda özünü orta təbəqədən yuxarıda sayan adamlar da sənətçini bir proletar tərəfindən incidilən ağa rolunda görür, onun tərəfini tuturdular.

Qoy “Medera”nın cavabdehləri məhkəmədə desinlər, görək, niyə belə hərəkət ediblər../musavatcom

Xebertv.info

Digər xəbərlər

FHN Akademiyasına sənəd qəbulu müvəqqəti dayandırılır
Separatçıların "lideri": “Hərbçilərimiz təşviş və ixtilaf içində idilər”
“AZAL Dövlət Konserni beşinci və yeddinci qrup “hava azadlığı”nın tətbiqinə icazə verməlidir"
Azərbaycana bu ölkələrdən ət məhsullarının gətirilməsi dayandırıldı
Bakıda bu körpü sökülür? - AÇIQLAMA/VİDEO
İcra başçısı: "Tərtərə 16.277 raket, top, minaatan mərmisi, 21 ədəd “Smerç” raketi atılıb”
Daha bir ölkə Ermənistana silah veribmiş - SENSASSİON FAKT
“Banditizm”dən əməliyyat: “Qeydiyyatsız dərman satan “Zəfəran” aptekləri kimindir”
“ASAN xidmət” və “ASAN Kommunal” 7 gün işləməyəcək
İlham Əliyev “Signify” şirkətinin baş icraçı direktorunu qəbul etdi
Ermənilər meyitlərimizin qızıl dişlərini də çıxarıblar - VİDEO
Ermənistan ordusu döyüş bölgəsində hərbçi çatışmazlığına görə manekenlərdən istifadə edir
Günün qoroskopu -  26.12.2019
Baba Rzayev bir gündə 3 şirkəti qalib elan etdi  - 1.9 milyon manat…
Bakıda 300-ə qədər insan seroloji testdən keçirilib
Prezident bir qrup hərbçini təltif etdi - SİYAHI
Azərbaycanda bankda yarım milyonluq mənimsəmə
Bakıda tanınmış klinika fəaliyətini dayandırıb
Kredit adı ilə dələduzluq edənlər saxlanıldı -
Düşmən növbəti itkilərini açıqladı
Bakıda şirkətin gözətçi otağına basqın edildi
Qələbədən bir gün öncə əsir düşən Yəhya... - VİDEO
Yoluxanların sayı azaldı
Azərbaycanda “Aİ-95” premium markalı benzinin qiymətində dəyişiklik edilib
İctimai nəqliyyat 2 gün işləməyəcək
“Düşmənə zərbə endirməyə yetərincə zirehli texnikamız var”
Azərbaycanda mətbuata yardım ayrıldı - SƏRƏNCAM
 İnternat məzunları üçün inşa edilən mənzillər kimlərə və necə satılır? - İTTİHAM
Xəstəxananın şöbə müdiri pandemiyada klinikaya ayaq basmadı? - ATU-dan işdən çıxarılma xəbərlərinə reaksiya
"Bir gün hiss etdim ki, həyat yoldaşım mənə xəyanət edir"