Son dəqiqə
İqtisadiyyat
23-09-2021, 15:26
2375
Prezident avtomobil yollarının yenidən qurulmasına 6 milyon manat ayırdı
Prezident İlham Əliyev Bakı şəhərinin Suraxanı rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında
sərəncam imzalayıb.
Sənədə əsasən, Bakı şəhəri Suraxanı rayonunun Qaraçuxur və Hövsan qəsəbələri ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 2021-ci il dövlət büdcəsindən 6,0 (altı) milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni, Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etməlidir.
XəbərTv.info