Son dəqiqə
7-05-2021, 18:26
1604

Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur

Hacı İbrahimin layihəsi satışa çıxarıldı - “Xəzər adaları”nda təmir işləri bərpa olunur


İş adamı Hacı İbrahim Nehrəmlinin rəhbəri olduğu "Avesta" şirkəti tərəfindən tikintisinə başlanan, adı bank qalmaqallarında səslənən "Xəzər Adaları” kompleksinin inşası davam etdiriləcək. İndi bu kompleksin inşasının kim tərəfindən aparılacağı maraq doğurur.

Xatırladaq ki, Xəzər dənizində, Bakıdan 25 km cənubda yerləşən, 41 adadan ibarət, 3000 hektar sahəni əhatə edən süni arxipelaq şəhər olaraq nəzərdə tutulan layiihə ilə bağlı tikinti işlərinə 2011-ci ildə başlanılıb.

Layihənin dəyərinin 100 mlrd. dollar təşkil etdiyi açıqlanıb. 1 milyon əhalinin yaşaması nəzərdə tutulan 150 məktəb, 50 xəstəxana, bir neçə park, ticarət, mədəniyyət mərkəzləri, institut kampusları, Formula-1 trası və dünyanın ən hündür binası olacaq "Azerbaijan Tower”-in tikintisi nəzərdə tutulurdu.

Əvvəllər layihənin 2020-2025-ci illərdə başa çatması gözlənilirdi. Lakin 2015-ci ildə Beynəlxalq Bankın İdarə heyyətinin keçmiş sədri Cahangir Hacıyevin mənimsəmələri ilə bağlı faktlar üzə çıxan zaman layihə dayandırıldı. Hacı İbrahim Nehrəmlinin bankdan 850 milyon manat kredit götürərək qaytarmadığı bildirilirdi. "Xəzər adaları” isə kredit müqaviləsində girov olaraq qoyulmuşdu.

2019-cu ildə gözləntilər özünü doğrultdu və layihə müsadirə olundu. Layihənin adı isə dəyişdirilərək "Yeni şəhər” oldu. Həmin vaxt əvvəllər 750 milyon manat dəyərində qiymətləndirilən layihə 570 milyon manata "düşmüşdü”.

Mətbuata açıqlama verən Hacı İbrahim Nehrəmli isə bildirmişdi ki, kreditin faiz hissəsi tutulmadığından əmlakın qiyməti düşüb:

"Mənə 150 milyonu qaytarmalı idilər. Mən də dedim ki, istəmirəm, dövlətə bağışlayıram. Bütün borclarım bağlandı. İndi mənim bir manat da olsun borcum yoxdur. Nə alacağım var, nə də verəcəyim. Mən bütün kreditlərimi 100 faiz ödəməli oldum".

Həmin ərəfədə Rusiyanın "RBK” kanalında "Xəzər adaları” layihəsinin 2022-ci ildə başa çatacağı ilə bağlı süjetin verilməsi də maraq doğurdu.

Yeri gəlmişkən qeyd edək ki, bu yaxınlarda İbrahim Nehrəmli, eləcə də Diaporla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Nazim İbahimovun qardaşı "STS" şirkəti, "Sahil-D Kompani" MMC-nin təsisçisi Sahib İbrahimovla bağlı dələduzluq faktlarına görə cinayət işinin başlandığı açıqlanıb.

Bunun ardınca isə "Xəzər adaları”nin inşasının yenidən davam edəcəyi ilə bağlı xəbər yayılıb.

Xəbərə görə, "Azərbaycan Sənaye Korporasiyası” ASC Bakı şəhəri, Qaradağ rayonu, Sahil qəsəbəsinin şimal-şərq hissəsində, Bakı-Salyan şossesinin 27-29-cu kilometrliyində yerləşən "Yeni şəhər” kompleksində müxtəlif adda təmir işlərinin satın alınması ilə əlaqədar elektron tender keçirir. İddiaçılar 31 may 2021-ci il tarixinə qədər tender təkliflərini "Azərbaycan Sənaye Korporasiyası”na təqdim etməlidirlər.

XəbərTv.info

Digər xəbərlər

Maklerlər büdcəni milyonlarla manatdan məhrum edir – Ekspert (VİDEO)
Bakıda onlarla əməkdaşın maaş kartlarını ələ keçirən vəzifəli şəxsə cinayət işi açıldı - RƏSMİ
Evlər ucuzlaşmağa başlayıb
Azərbaycanda Ermənistan siqareti satılır? - Gömrük Komitəsindən AÇIQLAMA
Sərvəti 200 mlrd dolları ötən ilk milyarder oldu
Ermənilər öz çirkin məqsədləri naminə Rusiya sülhməramlılarını öldürməyi təklif edirlər - ŞƏRH
İlham Əliyev bir sıra açılışlarda iştirak edib - VİDEO
Rusiyada gəmi batıb, 17 nəfər itkin düşüb
Şirvanda yataqxanada yanğın olub: iki azyaşlı ölüb
Tovuzda piyadanı öldürən sürücü hadisə yerindən qaçdı
DİN: Açıq havada siqaret çəkənlər 100 manat cərimələnəcək
İlham Əliyev büdcə təşkilatlarında işləyənlərin və təhsil işçilərinin maaşlarını artırdı
ANAMA-nın əməkdaşı minaya düşdü
Ukraynada müharibə bu il bitə bilər? - RƏY
28 il öncə əsir düşmüş hərbçimiz tapılıb? - AÇIQLAMA
Milyarder Fərhad Əhmədov: “Rusiya ancaq Azərbaycanı dəstəkləyərək Cənubi Qafqazda möhkəmlənə bilər”
Putin Əliyev və Paşinyana zəng edib
ANAMA: Tovuz və Qazaxda 14 əməliyyat keçirilib
Bakıda havada tozun miqdarı normadan artıqdır
`İslahatçı` icra başçısı əlilə MÜHARİBƏ ELAN EDİB -
Yardım aparıb, şəkil çəkənlər artistlik edir, bu, adamları sındırmaqdır... (SORĞU)
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Əli Həsənovun biznes imperiyası: Vəzifədən getsə də...
Rus bölməsi üzrə 1-ci sinfə qəbul olmaq istəyənlərin onlayn müsahibə imkanları müzakirə edilir
Əmrə tabe olmayan sərhəd pozucularına atəş açıldı: Saxlanılanlar var
Telefona gələn bu SMS-lər dərhal silinməlidir
Məşhur generalın qudası həbs edildi
Ermənistan yolayrıcında: Yeni baş nazir kim olsun?
Xalqın sevgisini hər şeydən üstün tutan bizim Mehriban xanım - FOTO
Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalının ilk konserti Şuşada keçiriləcək
{sape_links}{sape_article}