Son dəqiqə
9-05-2021, 16:53
3842

Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?

Sumqayıt Texniki Kollecdə Mətanət Pirquliyeva ilə xalası Raya Nəcəfova arasında maliyyə davası- Təhsil naziri Əmrullayev və SDU-nin rektoru Hüseynov hara baxır ?


Mətanət Pirquliyeva bəzi saytlarda özü barəsində tərif yazdırır.

Belə bir kollecin məzununu hansı şirkət yüksək maaşla işə götürər?

Qısa məlumat üçün qeyd edək ki, Sumqayıt Texnologiya Texnikumu 1959-cu ildən fəaliyyət göstərir. Sonradan texnikumun adı Kimya Texnologiya texnikumu olmuşdur. 1992–ci ildən yenidən Sumqayıt Texnologiya Texnikumu adlandırılmışdır.

Azərbaycan Respubikası Nazirlər Kabinetinin 26 avqust 2002-ci il tarixli, 140 saylı qərarı və Azərbaycan Respublikası Təhsil Nazirliyinin 3 sentyabr 2002-ci il tarixli 878 sayli əmri ilə Sumqayıt Texnologiya Texnikumunun adı dəyişdirilib
Sumqayıt Dövlət Texniki Kolleci adlandırılmışdır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 3 fevral 2016-cı il tarixli, 30 nömrəli qərarının icrası barədə Azərbaycan Respublikası Təhsil nazirinin 04.03.2016-cı il tarixli, 130 nömrəli əmrinə əsasən Sumqayıt Dövlət Texniki Kolleci Sumqayıt Dövlət Universitetinin nəzdinə verilmişdir.
Kollec orta ixtisas təhsil müəssisəsidir və kollecdə istehsalat təcrübələri bağlanmış müqavilələrə əsasən ARDNŞ “Azərkimya“ İstehsalat Birliyinin Etilen Polietilen zavodu, AMEA Polimer Materialları İnstitutunda keçirlir.

Bütün bunları nə üçün qeyd edirik ?

Çünki bu kollecin ixtisaslarına ciddi ehtiyac var. Bəzən deyirlər ki, əcnəbi gəlib ARDNŞ-də ( SOCAR ) işləyib 5000 dollar maaş alır, bizimkilər isə 600-700 manat.
Biz başa düşməliyik ki, XXI əsrdə ixtisaslı-peşəkar şəxslərə ehtiyac var. Sumqayıt Texniki kolleci isə yuxarıda sadaladığımız zavodlar üçün peşəkar kadr hazırlaya bilmir. Kolleci qurtaran məzunları hansı şirkət işə qəbul edər ? Özü də yüksək əmək haqqı ilə…
Çünki Kollecin direktoru Mətanət Pirquliyevanın başı rüşvətə, korrupsiyaya qarışıb.

Bir məsələni də qeyd edək ki, Mətanət Pirquliyeva özü barəsində tənqidi məqalələrə cavab olaraq bəzi saytlarda tərif dolu cızma-qaralar yazdırır.
Bircə onu deyirik ki, vəsf zamanı deyil, Mətanət Pirquliyeva, öz işinlə məşğul ol, media mənsublarına ağıl vermə.
Kollecdə öz ətrafına yığıdığın rüşvət şəbəkəsindən hamının xəbəri var.

Görəsən hamının xəbəri olan neqativ əməllərdən cənab təhsil naziri Emin Əmrullayevin və Sumqayıt Dövlət Universitetinin rektoru Elxan Hüseynovun niyə xəbəri yoxdur ?

Cənab Elxan Hüseynov, bu kollec NK-nin qərarı ilə SDU-nun tabeçiliyinə verilib. Əgər sizin kollecdə baş verənlərdən xəbəriniz yoxdursa, bu necə tabeçilikdir ?

Əgər xəbəriniz varsa, deməli baş verənlərə görə, məsuliyyət daşıyırsınız.

Görəsən təhsil nazirinin niyə kollecdə baş verənlərdən xəbəri yoxdur ?

Cənab nazir ! Bəs sizin nədən xəbəriniz var ?

Cənab nazir ! Sizin Mətanət Pirquliyeva ilə Raya Nəcəfova arasında baş verənlərdən də xəbəriniz yoxdur ?

Söhbət 2001-2015-ci illərdə Azərbaycan Müəllimlər İnstitutunun Sumqayıt filialının direktoru olmuş Raya Nəcəfovadan gedir. Onu da qeyd edək ki, Raya Nəcəfova kollecin direktoru Mətanət Pirquliyeva dost-doğma xalasıdır. Raya Nəcəfova isə 1995-ci ildən 2000-ci ilədək Azərbaycan Respublikası Baş Prokurorunun birinci müavini, sonra Konstitusiya Məhkəməsinin hakimi olan İsa Nəcəfovun bacısıdır.

Bizim ağsaqqal hüquq alimi ilə heç bir problemimiz yoxdur, sadəcə qohumlarının problemini yoluna qoya bilsə, daha doğru olar.

Bir məsələni də qeyd edək ki, AXC hakimiyyəti dövründə Azad Həmkarlar İttifaqı yaradan Raya Nəcəfova, son illər daha məsul vəzifələrdə çalışır.
Bu barədə növbəti yazıda.

XəbərTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}