Son dəqiqə
18-05-2021, 09:18
3639

Əli Həsənovun həbsxanadan çıxan nəvəsi hansı ölkəyə qaçıb?



Baş nazirin sabiq müavini Əli Həsənovun şərti cəza ilə azadlığa çıxan nəvəsi Nail Allahverdiyev hazırda sərbəst şəkildə Avstryada yaşayır və bizneslə məşğuldur.

Bu barədə Bizim.Media-ya açıqlamasında qəzada ağır xəsarət alaraq həm özü, həm də həyat yoldaşı əlil olan, Türkiyə vətəndaşı Mutallib Tekiş deyib.

O bildirib ki, Ə.Həsənovun nəvəsi heç bir məsuliyyət hiss etmədən həyatını davam etdirir: "Ən son eşitdiyimə görə, Nail Allahverdiyev Avstriyada öz kefində idi, əylənirdi. İki nəfərin qatili və daha iki nəfərin həyatını məhv edən şəxs heç nə olmamış kimi öz əyləncələrinə davam edir. Ata, baba pulu ilə kef edir. Bildiyim qədər, Əli Həsənovun Almaniyanın müxtəlif şəhərlərində bir neçə otelləri və klinikaları var. Bundan başqa onun Avropanın digər ölkələrində də otelləri, klinikaları və digər obyektləri fəaliyyət göstərir”.

Onun sözlərinə görə, qəzada ağır yaralanan həyat yoldaşı Söngül Tekişin bədəninin 80 faizi işləmir. Əvvəllər müalicələnin xərclərini Həsənov ailəsi qarşılasa da, bir müddətdən sonra söz vermələrinə baxmayaraq, bundan boyun qaçırıb. Onlar Mutallib bəyin təkidlərinə baxmayaraq, məsuliyyətdən tam boyun qaçırıblar. Hər yerdən əli üzülən cənab Tekiş bütün bu şikayətlərini toplayaraq, yoldaşı Söngül Tekişin adından 2020-ci ildə Nərimanov Rayon məhkəməsinə müraciət edib.

Şikayətçi Söngül Tekiş indiyə qədər və bundan sonra olunacaq müalicəsinin ödənişini və maddi təzminat tələb edir. İlk məhkəmə iclası sabah 18 mayda baş tutacaq: "Sabahkı məhkəmədən ədalət gözləyirəm. Mən hüquqi tərəfdən bu insanlardan etdikləri əməllərə görə, məsuliyyət tələb edirəm. Biz bu insanlara inandıq, etibar etdik, nəvəsindən şikayət etmədik. Qarşılığında isə onlar bizə dəyən maddi və mənəvi ziyanı ödəyəcəklərinə söz verdilər. Lakin biz lazımı sənədlərə imza atdıqdan sonra, öz məsuliyyətlərindən boyun qaçırdılar. Əlil olan yoldaşımın müalicəsi davam edir. Biz artıq deyil, haqqımız olanı onlardan tələb edirik”.

Zərərçəkən söyləyib ki, bütün bunlara baxmayaraq, Əli Həsənovun ailəsi onlara biganə yanaşıb və onlarla əlaqə qurmayıblar. Mütallib bəy qeyd edib ki, bu prosesi Avropa məhkəməsinə qədər davam etdirəcək: "Mən özümün və həyat yoldaşımın haqqını, Nail Allahverdiyevin yenidən məhkəmə qarşısına çıxana, həqiqətin bərqərar olacağına qədər mübarizə aparacam”.

2017-ci il 3 avqustunda Baş nazirin keçmiş müavini Əli Həsənovun nəvəsi Nail Allahverdiyev Heydər Əliyev prospektində "Gelandewagen” markalı avtomobillə törətdiyi qəza nəticəsində piyada Vaqif Əsədov və onun yanında olan Mehdi Əliyev dünyasını dəyişib.

Türkiyə vətəndaşları olan Tekiş cütlüyünə dəymiş ziyanı ödəmək qarşılığında şikayət etməməkləri haqqında saziş imzalayan Həsənov ailəsi, bir müddət onların müalicəsini ödədikdən sonra məsuliyyətdən boyun qaçırıb. Bundan başqa işadamı olan Mutallib Tekiş uzun müddət xəstəxanada müalicə aldığı üçün, bütün işləri ləğv edilib. Bundan sonra o, müflis olub.

XəbərTv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}