Son dəqiqə
9-07-2021, 09:14
2420

Narkotik üçün maşın oğurlayan şəxs Fizuli İcra Hakimiyyətinin tenderində qalib oldu

Narkotik üçün maşın oğurlayan şəxs Fizuli İcra Hakimiyyətinin tenderində qalib oldu


Füzuli Rayon İcra Hakimiyyətinin mal-materialların satın alınması üzrə müsabiqəyə yekun vurulub.

XəbərTv.info Qaynarinfo-ya istinadən xəbər verir ki, müsabiqənin qalibi “Mantı LM Group” MMC-dir. İcra Hakimiyyəti ilə MMC arasında satınalma müqaviləsi imzalanacağı təqdirdə qurum şirkətə 130.777 AZN ödəyəcək.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, “Mantı LM Group” MMC 27 yanvar 2021-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 2 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu, E.İsakzadə küçəsi, ev. 10/8-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzaquliyev İrşad Elham oğludur.

Açıq mənbələrdə “Mantı LM Group” MMC haqqında hər hansı məlumat yoxdur. İrşad Rzaquliyevə gəlincə, o, ötən il avtomobil oğurluğuna görə həbs edilib. Həmin vaxt yayılan məlumatda deyilir ki, Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Bölməsinə Babayev Qəşəm Əliqəmən oğlu ərizə ilə müraciət edərək bildirib ki, yaşadığı Yəhya Bakuvi küçəsi 5 ünvanında avtomobili oğurlanıb.

Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində Sabunçu rayonu Ramana qəsəbəsində avtomobili oğurlayan əvvəllər məhkum olunmuş Sabunçu qəsəbə sakini Rzaquliyev İrşad Elham oğlu saxlanılıb. O, avtomobili ilə birlikdə 18-ci polis bölməsinə gətirilib. Saxlanılan şəxsin üzərindən narkotik maddə sayılan “kakos” aşkar edilib. Məlum olub ki, İrşad Rzaquliyev əlvan metal toplayırmış və avtomobilin qapılarının açıq olduğunu görüb.

Saxlanılan şəxs avtomobili oğurlamayacağını, sadəcə maqnitafonunu satıb özü üçün narkotik vasitə alacağını bildirib.

Bundan başqa, məlum olur ki, İrşad Rzaquliyevin adına daha 4 şirkət var: “Lalende FM Group” MMC, “Semra SNG” MMC, “Madagar RF” MMC və “NGN Group” MMC-dir. Adıçəkilən şirkətlərin hamısı 27 yanvar 2021-ci il tarixdə qeydiyyata alınıb.

İrşad Rzaquliyevin adının cinayət xarakterli əməllərdə hallanması, eyni gündə adına 5 şirkətin qeydiyyatdan keçirilməsi onun “proxy” şəxs olması ehtimalını artırır. Digər tərəfdən, “Mantı LM Group” MMC cəmi 6 aydır fəaliyyət göstərir. Bu baxımdan, şirkətin maddi-texniki bazasının, maliyyə imkanlarının lazımi səviyyədə olması şübhə doğurur.

Füzuli Rayon İcra Hakimiyyətinin baş mühasibi Cəmşid Əmirov məsələ ilə bağlı açıqlamasında bildirib ki, onlar həmin şirkəti qalib elan etməyib: “Biz tenderlə bağlı sənədləri Satınalmalar üzrə Dövlət Agentliyinə veririk. Onlar elektron formada tenderi elan edirlər. Qeyd olunan “Mantı LM Group” MMC tenderi udan 7 qalib şirkətdən biridir. Seçimi biz etməmişik, elektron qaydada təşkil olunub. Amma biz hələ onlarla tanış olmamışıq, həmin şəxs barədə də heç nə bilmirik. Əgər həmin şirkətin vergidən yayındığı sübut olunsa, hansısa cinayət işi olsa, borcu olsa o şirkət qalib elan edilməyəcək. Agentliyin onları qalib elan edib-etməyəcəyi hələ bilinmir. Biz hələ müqavilə imzalamamışıq. Əgər bizim şərtlərimizə uyğun gələrsə, o zaman müqavilə bağlayacağıq”.

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}