Son dəqiqə
14-07-2021, 19:11
2369

"Oğlum şəhid olan gündən rayon rəhbərliyindən qapımızı açan olmayıb" - VIDEO

"Oğlum şəhid olan gündən rayon rəhbərliyindən qapımızı açan olmayıb" - VIDEO


Vətən müharibəsində şəhid olan Elbrus Yusifovun atası Şəmsi Yusifov 1992-ci ildə Birinci Qarabağ müharibəsi zamanı erməni ordusu tərəfindən açılan artilleriya atəşi nəticəsində dağılan evinin bərpa edilməməsindən şikayətçidir.

“Qafqazinfo”ya müraciət edən Şəmsi Yusifov bildirib ki, Tovuz rayonunun Ağdam kəndindəki evləri yararsız hala düşüb və 2015-ci ilə qədər qəzalı evdə yaşayıblar: “Fövqəladə Hallar Nazirliyinin tabeliyində olan Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi evi tikib təmirli təhvil verməli olsa da, 2015-ci ildə işi yarımçıq qoyub getdilər. Onlar bunun əvəzində bizə bir neçə tikinti materialı verdilər. Biz də öz imkanlarımızın daxilində evi müəyyən qədər təmir edə bildik. Sonra mənə sənədə gətirib qol çəkdirdilər ki, evi guya bizə tam hazır vəziyyətdə təhvil veriblər.

Sonradan Agentliyin sədr müavini Təyyar Hüseynliyə müraciət etdim. O da cavab göndərdi ki, evin qalan hissəsini təmir etmək üçün Tovuz Rayon İcra Hakimiyyətinə məlumat verilib. Dəfələrlə icra hakimiyyətindən baxış keçirilib, amma ortada bir nəticə yoxdur. Ümumiyyətlə, oğlum şəhid olan gündən rayon rəhbərliyindən qapımızı açan olmayıb”.

Şəhid atasının iddiası ilə bağlı Fövqəladə Hallar Nazirliyindən “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, Tovuz rayonu, Ağdam kəndinin sakini Şəmsi Yusifov 2021-ci ilin fevral ayında nazirliyə müraciət edərək tikintisi yarımçıq qalmış fərdi yaşayış evinin tamamlanması üçün köməklik göstərilməsini xahiş edib: “Müraciətdə göstərilən məsələ nazirliyin səlahiyyətlərinə aid olmadığından baxılması üçün aidiyyəti üzrə Tovuz Rayon İcra hakimiyyətinə göndərilib və bu barədə vətəndaşa müvafiq qaydada məlumat verilib. Məsələ nazirliyin səlahiyyətləri çərçivəsində olmadığından vətəndaşın evində Fövqəladə Hallar Nazirliyi tərəfindən hər hansı təmir-tikinti işi görülməyib və bu məqsədlə tikinti materialları verilməyib".

Tovuz Rayon İcra başçısının müavini Fərman Qurbanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, şəhidin evinin tikilməsi üçün materiallar verilib:

“Şəmsi müəllimi mənzil növbəsinə götürmüşük. Şəhidin özünün Tovuzun Qazıqulu kəndində ikimərtəbəli evi də var. 2025-ci ilə qədər şəhid ailələrinin hamısı mənzillə təmin olunacaq. Şəmsi müəllimin ailəsinə ev öz məhəllələrindən veriləcək. Məsələ bizim diqqətimizdədir”.

Qeyd edək ki, ailənin oğlu, 1985-ci il təvəllüdlü MAXE Elbrus Yusifov Vətən müharibəsi zamanı Murov yüksəkliyinin azad olunmasında iştirak edib və həmin ərazidə qəhrəmancasına şəhid olub. O, bundan öncə Tovuz döyüşlərində də iştirak edib, ailəli idi, iki azyaşlı oğlu vətənə yadigar qalıb.

Elbrus Yusifov Tovuz döyüşlərində şəhid olan Elşad Məmmədovun xalası oğludur.



XəbərTv.info

Digər xəbərlər

Necə olur ki, yardım ala bilməyənlərin sayı əhalinin sayından çox olur? (TƏHLİL)
BDYPİ- də rüşvət tüğyan edir
Prezidentin çağırışından sonra minlərlə gənc səfərbərlik üçün qeydiyyata alınır
TƏBİB: Karantin rejimi yenidən sərtləşdirilə bilər
Cəbrayıl şəhərində komendant rejimini pozanlar saxlanıldı
Vətən müharibəsinin ilk günü itkin düşən Orxan...
Türkiyədə iki ailənin qan davası 6 nəfərin ölümünə səbəb oldu
Nuşirəvan Səfərovun yerinə yeni rəis təyin edildi
Çində otel çökdü: Ölənlər və dağıntılar altında qalanlar var
Minlərlə şəhid ailələri üzvlərinə təqaüd, pensiya və müavinət təyin edildi - RƏSMİ
Ermənistan növbəti dəfə razılaşmanı kobud surətdə pozdu
Günün qoroskopu -  20.12.2019
Hikmət Hacıyev Paşinyanın "Münaqişənin diplomatik həlli yoxdur” fikrinə münasibət bildirdi
Əhmədlə bağlı yekun ekspertiza rəyi açıqlandı
Gömrük ölkəyə avtomobil gətirənləri belə soyur - Talan mexanizminin izahı
Azərbaycanda koronavirusa yoluxma sayı artır
Lavrovun Bakıdan aparacağı əsas mesaj – “İtinizə yiyə durun!..”
Zəngilan rayonundan görüntülər - VİDEO
Azərbaycanda son sutkada 4211 nəfər COVID-19-dan sağalıb, 2372 nəfər yoluxub
Putindən dünyaya mesaj: '' Virusun yayılmasını dayandırdıq! ''
Rasim Məmmədovun vəkilindən açıqlama
Prokurorluq Azərbaycanda xəstəxana direktorunun cinayət əməlləri barədə məlumat yayıb
Məhkəmə Qubad İbadoğlu barəsində qərar verdi
Toy günü RƏZALƏT YAŞANDI - VIDEO
Azərbaycan nefti bahalaşdı
Baş Prokurorluqdan Eldar Həsənovun cinayət işi ilə bağlı AÇIQLAMA
İstanbulda saxlanılan “Mübariz İbrahimov” gəmisinin heyət üzvlərinin qida ehtiyatı tükənir
Hüseyin Altınalan: 1918-ci ilin martında azərbaycanlılara qarşı şüurlu şəkildə törədilən etnik soyqırıma görə erməni qatilləri lənətləyirik
Əli Həsənovun “qumar çetesi” – QUMARBAZLAR ARASINDA TANINMIŞ GENERALLAR KİMLƏRDİR?(ŞOK GƏLİŞMƏ)
Nazir özünə yeni müşavir təyin etdi - FOTO
{sape_links}{sape_article}