Son dəqiqə
21-08-2021, 11:22
2238

Bolqarıstan mətbuatı İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb

Bolqarıstan mətbuatı İlham Əliyevin “CNN Türk” telekanalına müsahibəsini geniş işıqlandırıb

Azərbaycan Prezidenti İlham Əliyevin “CNN Türk” televiziya kanalına müsahibəsi Bolqarıstanın aparıcı kütləvi informasiya vasitələrində, o cümlədən “24 Çasa”, “Trud”, “Standart”, “Duma”, “Kircaali Haber” qəzetləri, Novini 24/7 xəbər portalı, həmçinin “Fokus” və “Cross” xəbər agentlikləri tərəfindən geniş işıqlandırılıb.

“Prezident İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmiş, ərazi bütövlüyünü və ədaləti bərpa etmişdir”, “İlham Əliyev: Zəngəzur koridoru vasitəsilə Ermənistan İran və Rusiya ilə dəmir yolu əlaqələri əldə edəcəkdir”, “İlham Əliyev mina xəritələrinə görə İrəvanı tənqid edir”, “İlham Əliyev: Azərbaycan öz tarixi torpaqlarını azad etmişdir” sərlövhəli məqalələrdə Azərbaycan Prezidentinin Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını ədalətsizlik və beynəlxalq hüququn norma və prinsiplərinin pozuntusu kimi qiymətləndirdiyi bildirilir.

44 günlük müharibədə Azərbaycanın öz tarixi torpaqlarını işğaldan azad etdiyi və ərazi bütövlüyünü bərpa etdiyi barədə məlumat verilir. Qeyd olunur ki, Ermənistanın əvvəllər işğal altında olan Azərbaycan ərazilərində kütləvi şəkildə minaları yerləşdirməsi nəticəsində 150-dən çox mülki şəxs və hərbçi həlak olub və ya yaralanıb. Əlavə olunur ki, Ermənistan mina xəritələrini Azərbaycana təqdim etməkdən imtina edir və indiyədək təqdim etdiyi xəritələrin yalnız 25 faizi həqiqəti əks etdirir.
Məqalələrdə Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpası və reabilitasiyası üçün kifayət qədər maliyyə vəsaitinin səfərbər olunması, real vəziyyətlə yerində tanış olmaq üçün yerli və xarici media nümayəndələrinin, rəsmi şəxslərin və ictimai xadimlərin həmin bölgələrə səfərlərinin getdikcə artması qeyd olunur.

Yazılarda dövlətimizin başçısının müsahibəsində Cənubi Qafqazda davamlı sülh, təhlükəsizlik və rifaha nail olmaq, eləcə də iqtisadi münasibətləri bərpa etmək üçün regionda yolların və kommunikasiyaların açılmasının bütün tərəflərin marağında olması bildirilir.

Məqalələrdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngəzur koridorunun yaradılmasının region ölkələrinə yeni imkanlar yaratması barədə fikirlərinə ətraflı yer verilir. Bildirilir ki, bu koridor Avropadan Asiya və geriyə yüklərin daşınmasını sürətləndirəcək və bu baxımdan Avrasiyanın yeni bir nəqliyyat layihəsinə çevriləcək.

Dövlətimizin başçısına istinad olunaraq qeyd edilir ki, Azərbaycan yeni müharibə arzulamır və Qarabağ regionunda yaşayan, Azərbaycan cəmiyyətinə inteqrə olunmalı erməniləri öz vətəndaşları olaraq görür. Həmçinin, Azərbaycan çoxmillətli, çoxkonfessiyalı ölkə olduğundan, burada ermənilər də daxil olmaqla bir çox xalqların bir ailə kimi yaşadığı əlavə olunub.

Xəbərtv.info

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}