Son dəqiqə
18-12-2019, 09:29
826

Azərbaycan hər zaman Türkiyənin yanında olub və dəstəyini heç bir zaman əsirgəməyib - TBMM Sədri (ÖZƏL)

Azərbaycan hər zaman Türkiyənin yanında olub və dəstəyini heç bir zaman əsirgəməyib - TBMM Sədri (ÖZƏL)

Azərbaycan hər zaman Türkiyənin yanında olub və dəstəyini heç bir zaman əsirgəməyib.

Bunu Trend-ə özəl müsahibəsində Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentop bildirib.

O qeyd edib ki, Türkiyə və Azərbaycan iki qardaş ölkədir və biz bu hissi “Bir millət, iki dövlət” ifadəsi ilə hər zaman dilə gətiririk. Ölkələrimiz demək olar ki, hər sahədə qarşılıqlı əməkdaşlıq edirlər.

M.Şentop əlavə edib ki, müstəqilliyini elan etdikdən sonra Azərbaycanı ilk tanıyan və qardaş hesab etdiyi ölkə kimi ticari, siyasi, hərbi və digər sahələrdə əməkdaşlığı gücləndirmək Türkiyənin əsas prioritetlərindən biri olub:

“Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövründən bəri münasibətlərimiz bu şəkildə davam edib və hər zaman daha da irəli gedib. Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi və dəstəyi sayəsində ölkələrimiz arasında münasibətlər getdikcə inkişaf edir”.

M.Şentop qeyd edib ki, iki ölkənin parlamentləri və müvafiq komissiyaları münasibətlərimizin inkişafına böyük dəstək verir:

“Həm rəsmi münasibətlər, həm əməkdaşlıq üçün yeni imkanlar yaratmaq, həm də iş adamlarımızı bir araya gətirmək üçün birlikdə çalışırıq”.

TBMM sədri vurğulayıb ki, kritik dövrlərdə ölkələrimiz beynəlxalq platformalarda birlikdə hərəkət edir və bir-birlərini dəstəkləyirlər:

"Heç şübhəsiz Azərbaycan da eyni şəkildə Türkiyəni dəstəkləməkdədir və bunun bariz nümunəsi ölkələrimiz arasında olan iqtisadi və digər münasibətlərin səviyyəsidir. Azərbaycan və Türkiyə beynəlxalq əhəmiyyətli enerji layihələri üzrə əməkdaşlıq edir. Azərbaycan da hər zaman Türkiyənin yanında olub və bu sahədə dəstəyini heç bir zaman əsirgəməyib”.

XeberTv.info

Digər xəbərlər

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Babasını bıçaqlayan 14 yaşlı qız hərəkətləri ilə təəccübləndirdi -
Ağsuda gənc ana intihar etdi
Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
Paşinyan özünü təcrid etdi
Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı
Bakıda “Vor Mahir” saxlanıldı
Məşhur futbolçu həbs edildi
Vasif Talıbovdan gözlənilməz addım – Bunu niyə etdi?
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Oktay Əliyev vəfat edib
Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycanlı kişi oriental rəqqas qadınlara meydan oxudu: şok
Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək
Vulkanizasiyaya çevrilən nəşriyyat...
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
Yarım milyonluq oğurluq: Əmisinin evindən oğurladıqlarını mərcdə uduzdu
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Ziba Osmanova iki azyaşlını maşınla vurdu
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
Yaponiyanın yeni Baş naziri məlum oldu