Son dəqiqə
3-09-2021, 12:39
2491

“Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu

“Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu

Paytaxtın Yeni Günəşli ərazisində yaşayış binası tikən “Sahil - S İnşaat” MTK-nın rəhbəri Allahverdiyev Taley Şamil oğlunun fırıldaqçılığı, sakinləri aldatması azmış kimi, indi də vergidən necə yayınması üzə çıxıb. Şirkətin payçılara satdığı mənzilləri geri almağa, ya da müqaviləyə əsası olmadan düzəliş edərək qiymətləri dəyişməyə çalışdığını xəbər vermişdik. İndisə T.Allahverdiyevin rəhbəri olduğu “Sahil - S İnşaat” MTK-nın vergi dələduzluğu məlum olub.

Anaxeber.info binadan mənzil alan sakinlərə istinadən məlumat verir ki, şirkət evlərin əksəriyyətini artıq satıb. Sakinlərin sözlərinə görə, mənzillərin təxminən 97 faizinin sahibi var. Onlar bildirirlər ki, az sayda satılmamış mənzillər qalıb. Lakin T.Allahverdiyev mənzillərin çoxunun satılmadığını deməklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini aldadır və vergidən yayınır. Payçıları aldatmağı azmış, dövlətə də kələk gəlmək istəyən şirkət rəhbərinin bu əməlinin ciddi şəkildə təftiş olunmasına zərurət var. Sakinlər deyirlər ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun Dövlət Vergi Xidmətinə “Sahil - S İnşaat” MTK-nın vergi fırıldağını araşdırmaq üçün göstəriş verməsi lazımdır. Bu zaman əksər mənzillərin satıldığı halda, MTK-nın vergidən necə yayındığı aşkar olunacaq. Təbii ki, bunun da cərimə sanksiyası az deyil. . Bu baxımdan “Sahil - S İnşaat” MTK-nın və rəhbərinin fəaliyyətinin vergi xidməti tərəfindən araşdırılması tələb olunur. Sakinlər deyirlər ki, şirkət onlarla imzaladığı müqaviləni qanunsuzluq edərək pozur, xitam verir, yeni müqavilə tərtib edir və mənzillərin qiymətini qaldırır. Bununla razılaşmayanlar isə şirkət tərəfindən məhkəmə ilə hədələnir və evinin əlindən alınacağı bildirilir. Paralel olaraq isə vergi fırıldağına yol verilir və faktiki bu şirkətin işi hüquq-mühafizə orqanlarının diqqət mərkəzi gəlməlidir. Əgər vergidən yayınma faktı aşkarlanarsa, T.Allahverdiyevə vergi cinayəti açıla bilər. Sakinlər qeyd edirlər ki, mənzillərin 97 faizi satıldığı halda şirkət rəhbəri qırmızı yalanlar danışa bilir. Bu minvalla vergidən yayındırdığı vəsait mənimsənilir. Halbuki binanın sonuncu mərtəbəsinin tikintisi yarımçıq qalıb. Şirkət ən azı tikintini yekunlaşdıra bilərdi. Amma nə sakinlərə hesabat verilir, nə tikintinin dayanmasının səbəbi izah olunur, nə də normal söhbət aparılır. Bəs bu işi təhvil verə bilməyəcəkdilərsə, yüzlərlə ailənin niyə hissləri ilə oynanılıb və verdikləri pullar hara gedib? Şirkət bir neçə il qabaq telekanallarda və internet mediasında özünü reklam edir, vətəndaşları bu binadan mənzil almağa çağırırdı. Bu da nəticəsi... Ona görə də sakinlər İqtisadiyyat naziri Mikayıl Cabbarovdan xahiş edirlər ki, “Sahil - S İnşaat” MTK-nın vergidən yayınmasının araşdırılması haqda tapşırıq versin. Eyni zamanda, sakinlər Baş Prokuror Kamran Əliyevə də müraciət ediblər. Bir kvadrat metrini 900 manatdan alan sakinlərə deyilir ki, müqaviləyə xitam verilir, yenisi imzalanır və kvadratı 1050 manatdan hesablanır. Bir sözlə, tam qanunsuzluq, dərəbəylik, anarxiya... Sakinlərin üzləşdiyi problemlə bağlı Baş Prokurorluqdan xahiş edir ki, təcili şəkildə araşdırma aparılsın və “Sahil - S İnşaat” MTK-nin bu fəaliyyəti təftiş olunsun. “Cənab Baş Prokuror, biz alnımızın təri, zəhməti ilə pul yığıb ev-eşik sahibi olmaq istəmişik. Bu şirkətlə müqavilə bağlayıb ev sahibi olanda sevinmişdik ki, nəhayət, kirayələrdən canımız qurtarır. Amma çox çəkmədi ki, sevincimizi ürəyimizdə qoydular. Bir müddət sonra şirkət tikintini dayandırdı, sonuncu mərtəbəni indiyə qədər inşa edib təhvil verməyiblər. Biz dəfələrlə müraciət etdik, tikintinin davam etdirilməsini tələb elədik, amma maliyyə problemi ilə əlaqələndirib iş görmədilər. İndisə yeni problemlə üzləşmişik, şirkət nəinki tikinti aparmır, mənzilləri təhvil vermir, üstəlik, müqavilələrə xitam verir, yeni qiymətlər irəli sürür. Bununla kim razı olmursa, məhkəməyə verilir və mənzilinin əlindən alınacağı ilə təhdid olunur. Bu nə özbaşınalıqdır?”, - müraciətdə deyilir.

XəbərTv.info

Digər xəbərlər

Aytən Səfərova ilə bağlı yeni xəbər
Ermənistan dövlət sərhədində atəşkəs rejimini pozub
Gecə süd verib səhər deyiblərki gəl ölüsünü apar.
Bakıda itkin düşən yeniyetmə oğlan axtarılır - FOTO
Nazir müavini Azad Rəhimovun səhhətindən danışdı
Qondarma rejimin “Müdafiə naziri” döyüşlərdə yaralandı
Bu gün Azadlıq meydanında Qələbə paradı keçiriləcək
Anım günü Şəkidə böyük izdihamla qeyd olunub
Ödənişli təhsil alanlara güzəşt ediləcək?
Bu həftə temperatur 40 dərəcəyə çatacaq - XƏBƏRDARLIQ
Çempionlar liqasında 5-ci tura yekun vuruldu: Nəticələr
Duma prezidentlik müddətinin ləğv olunmasını qəbul etdi
Ağdaşda azyaşlıya qarşı seksual hərəkətlər edildi — TƏFƏRRÜAT
İlham Əliyev Bakıda yenidən tikilən məktəblərdə yaradılan şəraitlə tanış olub
Türkiyə və Rusiya prezidentlərinin görüşü nə vaxt keçiriləcək?
Günün qoroskopu - 22.03.2020
Saatlıda toy edənlər saxlanılıb
“Hraparak”: “Aksiyaları dağıdan maskalılar polis yox, oliqarxların mühafizəçiləri idi”
Şabrandakı eybəcərlik elə ilk addımdaca GÖZƏ GİRİR... -
Azərbaycan neftinin qiyməti 86 dolları keçib
Düşmən yaşayış məntəqələrimizi atəşə tutur
Sabiq icra başçısının oğlunu öldürən ömürlük məhkumun apelyasiya şikayəti təmin edilməyib
Ermənilər Ordumuzun mövqelərini atəşə tutublar -
“Turan”ın sabiq prezidenti vəfat etdi
Qarabağlı ermənilərin "ordu"su ləğv edilir
Səhiyyə nazirinin birinci müavini vəzifəsi təsis edilib
Nazirlər Kabinetindən koronavirusa görə 65 yaşdan yuxarı şəxslərlə bağlı QƏRAR
Zaur Hüseynovdan şübhəli tender əməliyyatı
Prezident düşmənin məhv edilən texnikasının siyahısını açıqladı
Eldəniz Səlimov YAP-dan çıxarıldı
{sape_links}{sape_article}