Son dəqiqə
15-09-2021, 19:40
2545

Azərbaycanda universitet yataqxanalarında qiymətlər necədir?

Azərbaycanda universitet yataqxanalarında qiymətlər necədir?


Sentyabr ayının 29-dan etibarən ali təhsil müəssisələrində tədris prosesinə start verilməsi ilə əlaqədar universitetlərin nəzdindəki tələbə evlərində (tələbə yataqxanalarında) məişət şəraiti və ödənişlərin həcminin hansı səviyyədə olması məsələsi aktuallaşıb.

XəbərTv.info bildirir ki, bununla əlaqədar Oxu.Az ölkənin aparıcı ali təhsil müəssisələrində tələbə evlərindəki məişət şəraitini və ödəniş şərtlərini araşdırıb.

Bakı Dövlət Universitetindən bildirilib ki, bu ildən tələbələrin istifadəsinə veriləcək tələbə evi 220 nəfər tələbə üçün nəzərdə tutulub. Bir otaqda 2-3 tələbənin yerləşməsi mümkündür.

Hazırda tələbə evində bütün lazımi şərait yaradılıb və müasir avadanlıqlarla, çamaşırxana, fasiləsiz “wi-fi”, oxu zalı, məişət otaqları və s. ilə təmin olunub. Oğlan və qız tələbələr ayrı-ayrı mərtəbələrdə yerləşdiriləcək. Ödənişlərə gəldikdə, universitetdən bildirilib ki, yataqxananın yalnız saxlanma xərcləri ödəniş qismində nəzərdə tutulub.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində isə tələbə evində bir otaq üçün ödəniş 100 manatdır və burada 2-3 tələbənin yerləşməsi mümkündür. Ümumi ödəniş bir otaqda qalan tələbələr arasında bölüşdürülür. Orta aylıq ödəniş 30 manat civarındadır. Ümumilikdə universitetin 320 nəfərlik yataqxanası mövcuddur ki, burada adətən əcnəbi tələbələr qalır.

Bununla yanaşı, maddi sıxıntısı olan yerli tələbələrə xüsusi güzəşt edilir. Tələbə müraciət etdiyi təqdirdə Tələbə Həmkarlar İttifaqı Komitəsi tərəfindən onun ödənişi təmir edilir. Tələbə evindəki mətbəxlər ümumidir və təmir orta səviyyədədir.

Azərbaycan Tibb Universitetində isə qiymətlər tələbənin təhsil aldığı kursdan, neçə nəfərlik otaqda və hansı yataqxanada qalacağından asılı olaraq dəyişir. Hər bir tələbənin aylıq yataqxana ödənişi orta hesabla 30 manatdan 90 manata qədər dəyişir.

Əlavə edilib ki, tələbənin normal yaşayışı, istirahəti, oxuması üçün bütün şərait yaradılıb. Onların yerləşdirilməsi zamanı şəhid ailələrindən olan tələbələrə güzəşt edilir. Hazırda universitetdə dörd yataqxana fəaliyyət göstərir. Onların ümumi tutumu 975 nəfərdir.

Azərbaycan Texniki Universitetindən isə bildirilib ki, AzTU tələbə şəhərciyi 1965-70-ci illərdə inşa olunmuş 5 mərtəbəli, daş konstruksiyalı 6 binadan və həmin ərazidə tikintisi 1991-ci ildən yarımçıq qalmış 546 yerlik 2 ədəd 14 mərtəbəli yataqxanadan ibarətdir. Bu binalarda 1988-90-cı illərdə qaçqın və məcburi köçkün ailələri məskunlaşıb. Yataqxanalarda ümumilikdə 900-dək qaçqın və məcburi köçkün ailəsi yaşayırdı. Hazırda binalarda 124 ailə qalıb.
“Yataqxana kompleksi tamamilə aşınıb. Binaların vəziyyəti hər hansı yaşayış standartlarına cavab vermir. Su, elektrik və qaz xətləri, habelə kanalizasiyasistemi məcburi köçkünlər tərəfindən öz məişətlərinə uyğun dəyişdirilib. Yataqxana kompleksindəki ərazidə vaxtilə mövcud olmuş idman, sağlamlıq və ictimai iaşə obyektləri, habelə ətraf yollar və yaşıllıqlar tamamilə yarasız hala düşüb. Qaçqın və məcburi köçkünlər köçürüldüyü təqdirdə bina əsaslı təmir edilmədən öz təyinatı üzrə istifadə edilə bilməz.

Hazırda müvafiq qurumlar tərəfindən universitetin yataqxanalarında məskunlaşan qaçqın və məcburi köçkünlərin köçürülmə prosesi davam edir. Köçürülmə prosesi tam yekunlaşdıqdan sonra yataqxana əsaslı şəkildə təmir olunacaq və tələbələrin istifadəsinə veriləcək” - deyə, məlumat verilib.

Qeyd edək ki, ali təhsil ocaqlarında tələbə evlərində otaqların sayının təhsil alan tələbələrin sayına uyğun olmaması və ya ümumiyyətlə tələbənin yataqxanadan istifadə edə bilməməsi, eləcə də otaqlarda şəraitin minimum standartlara cavab verməməsi qiymətin münasib olmasına baxmayaraq tələbələrin yataqxanalardan imtina etməsi ilə nəticələnir. Belə olduğu halda tələbə daha yüksək ödəniş etməklə təhsil ocağından uzaqda hər hansı bir mənzil və ya fərdi ev icarəyə götürməli olur.

Digər xəbərlər

Ağdaşda qardaşını öldürməkdə şübhəli bilinən qadın həbs edildi
Türkiyədə həbs edilən NTV əməkdaşları azadlığa buraxıldı
Son sutkada vaksin olunanların sayı açıqlandı
Bakıda qardaş qardaşını öldürdü
Belçika şirkəti Fikrət Əmirova edilən hərəkətə görə üzr istədi
Masallı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru işdən çıxarılıb
İlham Əliyev və Mehriban Əliyeva Teymur Rəcəbovu təbrik etdilər
Hərb tarixində bir ilk
Avtovağzalda və ətrafında niyə hamı narazıdır?
“Bir oğlumu dəfn edib gələndən sonra digərinin nəşini gətirdilər” - VİDEO
Sərt karantin daha 2 həftə uzadılacaq - Prezidentin köməkçisi
Sürücülərin nəzərinə! Bu ərazilərdə hərəkət məhdudlaşdırılıb
Azərbaycanlı müğənni gecə klubunda görüntüləndi
Gənc başçı üçün də HƏBS YOLU GÖRÜNÜR... - Belə davam edərsə...
Faktiki hava açıqlandı
Mingəçevirdə erməni təxribatı zamanı yaralananların sayı açıqlandı
Bakının məşhur ticarət mərkəzindən qızıl oğurlandı -
Zakir Həsənov Monitorinq Mərkəzindən danışdı
Deputatlığa namizədlərin nəzərinə: hesabatlar bu gündən təqdim edilməlidir
Prezident Arif Məmmədovla bağlı sərəncam verdi
Bakıda 28 yaşlı oğlanı qatar vurması ilə bağlı cinayət işi başlanılıb
Məhv olmağa doğru gedən erməni ordusu yeni itkilərini açıqladı
Prezident: “Biz nəinki XXI əsrin müharibəsini nümayiş etdirmişik, biz dünyada heç vaxt olmayan qələbəni qazanmışıq”
Bakıda bu avtobusların hərəkət istiqamətləri dəyişdirildi
Biləsuvarda şəhid dəfn edilib
İbrahim Məmmədov sərt karantin rejiminin uzadılmasından danışdı
Avtoşluq edən əsgər qaçıb gizlənibmiş - Yenidən həbs edildi
İl yarım əvvəl Paşinyan və Arutunyanın gizli toplantısı... - Qarabağdakı bizneslərini satıblar
Azərbaycanda bir gündə 167 nəfər COVID-19-dan sağalıb, 124 nəfər yoluxub, 2 nəfər vəfat edib
1 həftə vaxtı olan Muxtar müəllim özünü doğrulda biləcəkmi?
{sape_links}{sape_article}