Son dəqiqə
16-09-2021, 15:56
2338

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib


Sentyabrın 16-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin payız sessiyasında ilk onlayn iclası keçirilib.

İclası acan Milli Məclis sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli əvvəlcə Milli Məclisin 2021-ci il yaz və növbədənkənar sessiyalarında komitədə görülən işlər barədə məlumat verib.



Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XəbərTv.info-ya verilən məlumata görə, Əli Hüseynli bildirib ki, hesabat dövründə komitənin 39 iclası keçirilib, 128 məsələyə baxılıb. Komitədə sessiya dövründə 55 qanuna əlavə və dəyişikliklər edilib və 1 qərar layihəsi müzakirə olunub. Bu qərar layihəsi İntizam komissiyasının əsasnaməsidir. Bildirilib ki, hesabat müddətində komitənin ünvanına daxil olmuş 246 məktub, təklif, ərizə və şikayətin 99-u araşdırılmaq üçün müvafiq təşkilatlara göndərilib. Sessiya ərzində komitə sədri və üzvləri təmsil olduqları parlamentlərarası əlaqələr üzrə işçi qrupları ilə onlayn qaydada görüşlər keçirib, bir sıra beynəlxalq təşkilatların nümayəndələri ilə müzakirələr aparıblar, müharibədən sonrakı dövrdə ölkəmizin haqlı mövqeyini dünya ictimaiyyətinə çatdırıblar.

İclasda Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin 2021-ci ilin payız sessiyası üçün nəzərdə tutulmuş iş planı da müzakirə olunub. Milli Məclis Aparatının Dövlət quruculuğu, inzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Hacı Mirhəşim Seyid bildirib ki, iş planına 2022-ci ilin Milli Fəaliyyət Planından irəli gələn qanun layihələri, həmçinin QHT-lərin fəaliyyətini tənzimləyən qanunlara əlavə və dəyişiklik edilməsi haqqında bir sıra qanun layihələrinin müzakirəsi, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi və digər məsələlər daxil edilib.

Məlumat verilib ki, qarşıdakı sessiyada Azərbaycan Respublikası Prezidentinin, Ali Məhkəmənin, Baş prokurorun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri layihələrin, dövlət büdcəsi zərfinə daxil olan sənədlərin, komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi, onlara rəy və təkliflərin hazırlanması nəzərdə tutulub.

Məsələ ilə bağlı çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvləri Erkin Qədirli və Tahir Kərimli yaz və növbədənkənar sessiyaların yekunları və payız sessiyasının işlər planı barədə öz fikirlərini bildiriblər.

Sonra iclasda gündəliyin sonuncu məsələsi olan Azərbaycan Respublikasının Mülki Məcəlləsində, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə birinci oxunuşda baxılıb.

Əli Hüseynli bildirib ki, təklif olunan dəyişiklik səhiyyədə icbari tibbi sığortanın tətbiqi, eyni zamanda onun dayanıqlı maliyyə təminatını yaradan icbari tibbi sığorta haqlarının müəyyən olunması və toplanması ilə bağlıdır. Bununla bağlı Mülki Məcəlləyə düzəliş edilərək, onun 61-ci maddəsi yeni redaktədə verilir. Adları çəkilən digər qanunlarda da müvafiq dəyişikliklər edilir.

Sonra qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasında müzakirəyə tövsiyə olunub.
Onlayn iclasda komitə üzvləri Madər Musayev, Fəzail Ağamalı, Sabir Hacıyev, Vüqar İsgəndərov, Əminə Ağazadə, Kamal Cəfərov, Elşən Musayev, Cəbi Quliyev, Bəhruz Məhərrəmov və Nurlan Həsənov iştirak ediblər.


Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}