Son dəqiqə
Ölkə
23-09-2021, 10:31
2369
"Təmiz Şəhər" də İnvestisiya Holdinqinin nəzarətinə keçib
Prezident İlham Əliyev "Təmiz Şəhər" ASC -nin Azərbaycan İnvestisiya Holdinqinin idarəçiliyinə verilməsi haqqında sərəncam imzalayıb. Eyni zamanda ASC-nin Müşahidə Şurasının tərkibi təsdiq edilib. Müşahidə Şurasının sədri ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təyin olunub.
Qeyd edək ki, "Təmiz Şəhər" ASC, prezidentin 6 avqust 2008 -ci il tarixli sərəncamı ilə yaradılmışdır. ASC Bakı ərazisində bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsinin, həmçinin tullantıları təkrar emala cəlb etməklə şəhərin ekoloji vəziyyətinin yaxşılaşdırılması işlərini həyata keçirir.
XəbərTv.info