Son dəqiqə
İdman / Manset
8-10-2021, 13:14
2412
“Onu MaHEROvski deyə çağırın” - Foto
Avropa Liqasının rəsmi tvitter səhifəsi “Legiya”nın azərbaycanlı hücumçusu Mahir Emrelinin “Lester”nin qapısına vurduğu qolun videosu paylaşılıb.
XəbərTv.info-nun məlumatına görə, Polşa təmsilçisinin tvitter səhifəsi də bu paylaşıma biganə qalmayıb.
Polşa klubunun mətbuat xidməti UEFA-nın paylaşımına “Onu MaHEROvski deyə çağırın” sözləri yazılmış tvitlə cavab verib.
Qeyd edək ki, “MaHEROvski” sözündə yer alan “Hero” ingilis dilindən “qəhrəman” kimi tərcümə olunur.