Son dəqiqə
Siyasət / Manset
26-10-2021, 14:55
445
Azərbaycan və Türkiyə Prezidentlərinin təkbətək görüşü keçirildi - Foto
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana rəsmi səfərə gəlib.
XəbərTv.info-nun məlumatına görə, Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimindən sonra Prezident İlham Əliyev türkiyəli həmkarı ilə təkbətək görüşüb.
Prezidentlər Azərbaycan–Türkiyə əlaqələrinin hazırkı durumunu müzakirə edib, iki ölkə arasındakı münasibətlərin daha da dərinləşdirilməsi istiqamətində atılacaq addımları nəzərdən keçiriblər.