Son dəqiqə
26-12-2019, 05:51
829

İlham Əliyev Formula 1-in Azərbaycana gətirdiyi iqtisadi dividendlər haqda

İlham Əliyev Formula 1-in Azərbaycana gətirdiyi iqtisadi dividendlər haqda

Formula 1 yarışının ölkəmiz üçün çox böyük faydası var.

Virtualaz.org bildirir ki, bu sözləri Prezident İlham Əliyev Milli Olimpiya Komitəsində 2019-cu ilin idman yekunlarına həsr olunan mərasimdəki çıxışı zamanı deyib.

Dövlət başçısı qeyd edib ki, Formula 1 yarışını keçirən şəhərlər inkişaf etmiş ölkələrin ya paytaxt şəhərləri, ya da ki, böyük şəhərləridir: “Onların arasında Bakı şəhərinin mövcudluğu bizim üçün böyük hadisədir.

İkincisi, Formula 1 yarışı ölkəmizə böyük iqtisadi dividendlər gətirir, necə ki, bütün başqa şəhərlərə. Əgər kimsə deyirsə, bu, bizə ziyan vurur, o ya bilmir, ya da ki, qəsdən işləri təhrif etmək istəyir. Əgər bu bizə ziyan vurursa, onda yaxşı, bizimlə bərabər bu yarışı keçirən 20-yə yaxın şəhərə də ziyan vurur, onlar da ziyana işləyirlər? Əlbəttə ki, yox.

Formula 1 yarışının multiplikativ effekti çox böyükdür. Xaricdən gələn minlərlə qonaq burada pul xərcləyir. Bunun iqtisadi cəhətdən çox böyük səmərəsi var. Birinci Formula 1-dən sonra Azərbaycana kütləvi turist axını başlamışdır. Mən bu tarixləri dəqiq xatırlayıram. Çünki hər ay, yaxud da ki, hər rüb mənə turistlərin gəlişi ilə bağlı məlumat verilib.

Beləliklə, birinci yarış keçiriləndən sonra turistlərin sayı 24 faiz artmışdır. Ondan sonrakı il daha 22 faiz, ondan sonrakı il isə daha 5 faiz. Nəhayət, bu il, artıq on bir ayda 11 faiz artmışdır. Tarixdə ilk dəfədir ki, Azərbaycana 3 milyondan çox turist səfər etmişdir. Mən tapşırıq vermişəm, aidiyyəti qurumlar hesablayırlar ki, bu turistlər nə qədər pul xərcləyiblər.

Əlbəttə ki, biz bunu həm ödəmə kartları vasitəsilə dəqiq biləcəyik, eyni zamanda, ehtimal olunan pul sərfiyyatını da, - bunun da hesablama metodologiyası var, - hər halda bu, milyardlarla manat səviyyəsindədir.

Budur turistlərin gəlişinin ölkə iqtisadiyyatına verdiyi töhfə. İş yerlərinin yaradılması, xidmət və nəqliyyat sektorlarının inkişafı - bütün bunlar turizmlə bağlıdır. İndi ən inkişaf etmiş ölkələr, hansıların ki, böyük sənaye, kənd təsərrüfatı potensialı var, onlar da hər turist uğrunda mübarizə aparırlar. İnkişaf etmiş ölkələrdə, xüsusilə mənzərəli yerləri çox olan ölkələrdə turistlərin sayı on milyonlarla ölçülür və bundan çox böyük fayda görürlər.

Bəzi ölkələrin turizm sektoru aparıcı iqtisadi sektordur. Əlbəttə, bizdə elə deyil. Ancaq bu sektorun inkişafı üçün Formula 1 yarışının xüsusi əhəmiyyəti vardır”.

XeberTv.info

Digər xəbərlər

“Yüz min manatdan çox olan pullar vergiyə cəlb edilməlidir” – Millət vəkili
Evinə gələn müdirini arvadına qısqandı, öldürdü -
Adı 100 milyonluq rüşvət işində hallanan Ziya Məmmədov Ucardan Bakıya çağırılıb
“Neftçi” “Qalatasaray”a qarşı - Start heyətlər
Parkda görüntüləri yayılan cütlük sərxoş vəziyyətdə imiş - VIDEO
Bu gün Soçidə üçtərəfli görüş keçiriləcək
Vilayət Eyvazov rəisi yeni vəzifəyə
Belarusda referendum keçiriləcək, ölüm cəzasının olub-olmamasına səs veriləcək
Türkiyədə koronavirus xəstəxanasında baş verən yanğın nəticəsində 12 nəfər həlak oldu
Suraxanı Rayon Prokurorluğunun əməkdaşları təltif olundu - Fotolar
Mikrofonun açıq qaldığını unudan sədr müavini deputatı təhqir etdi - VİDEO
Almaniya səfiri "Azərsu"nu şəffaflığa çağırır
Bakıda qanunsuz miqrasiyaya qarşı tədbirlər keçirilib, 25 Nepal vətəndaşı saxlanılıb -
Acunun klubu “Fənərbaxça”ya məğlub oldu
Naxçıvanda yenidən zəlzələ oldu
Narkotik satışı ilə məşğul olan və silahlı şəxslərə qarşı əməliyyat keçirilib -
Gecə ən aşağı temperatur bu bölgədə olub
56 günlük ödənişli yay məzuniyyəti qüvvədə qalırmı?
Prezident yarımstansiyanı işə saldı
İcra hakimiyyəti tanınmış vəkilin pulunu ödəmir
Bakı üzrə pensiyaların ödənilmə vaxtı AÇIQLAND
Türkiyədə səkkiz min adamın iştirakı ilə nəhəng iftar süfrəsi açılıb -
“Putinlə “İsgəndər-M”lə bağlı məsələni müzakirə etmişik”
İstanbulda orta məktəbdə partlayış-Yaralı var
Evdən çıxan iki koronavirus xəstəsi vəfat edib
Gülbəniz Əzimzadənin doğum günüdür.
Azərbaycanda peyvənd olunanların sayı açıqlandı
Gəlin qaynanasından belə İNTİQAM ALDI - Dəhşətli PLAN
Prezident "Facebook"da Heydər Əliyevə həsr edilmiş videoçarx PAYLAŞDI - VİDEO
Gəncə sakinləri yol problemindən əziyyət çəkirlər -
{sape_links}{sape_article}