Son dəqiqə
Dünya
30-10-2021, 09:16
451
Türkiyə ordusu daha 4 terrorçunu məhv edib
Türkiyə Silahlı Qüvvələri "Barış Pinarı" və “Pençe-Yıldırım” əməliyyat zonalarında PKK/YPG-nin 4 terrorçusunu zərərsizləşdirib. Bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
"Barış Pinarı" antiterror əməliyyatında 1, "Pençe-Yıldırım"da isə 3 PKK terrorçusu məhv edilib.
Terrorçuların zərərsizləşdirilməsi əməliyyatı xüsusi təyinatlılar tərəfindən həyata keçirilib.
Məlumata görə, terrorçular bölgədə terror aktları planlaşdırırmış.
XəbərTv.info