Son dəqiqə
19-03-2022, 15:13
301

"Zelenskinin çıxışına biabırçı susqunluq" - Almaniyada Bundestaq tənqid atəşinə tutulub

"Zelenskinin çıxışına biabırçı susqunluq" -

Vladimir Zelenskinin Bundestaqdakı çıxışı alqışlarla qarşılanıb, lakin bundan sonra deputatlar dərhal başqa məsələlərə keçiblər.

Bu məqam siyasətçilər və medianın kəskin tənqidinə səbəb olub.

Hər gün Rusiya bombaları ilə bombalanan Kiyevdən Ukrayna prezidenti Vladimir Zelenskinin Bundestaq qarşısında videomüraciəti heç də sıradan bir müraciət olmadı. Dinləyicilərin əksəriyyətinin fikrincə, onun çıxışı açıq, səmimi və emosional idi. Belə bir çıxışdan sonra müxalifətin adi gündəmdən uzaqlaşaraq Ukraynaya başqa necə kömək edə biləcəyi ilə bağlı müzakirələr aparmaq təkliflərinə Almaniyada koalisiya hökumətini təşkil edən üç fraksiyanın üzvləri - Sosial Demokratlar, Yaşıllar və Liberallar əleyhinə səs verib.

Almaniya parlamentarilərinin əksəriyyətinin əvvəlcədən planlaşdırılan iş qrafikini dəyişməkdən imtina etməsi Almaniyada geniş rezonans doğurub. İclasdan sonra gündəliyə uyğun davam etdirilməsi qərarını yalnız sosial demokratlar açıq şəkildə müdafiə edib. Onların hökümətdəki partnyorları isə daha çox özünü tənqidi ilə seçiliblər. "Biz hamımız bu günü özümüzə tənqidi qiymət verməliyik və bunun bir daha təkrarlanmamasına əmin olmalıyıq”, - "Birlik-90/Yaşıllar” fraksiyasının lideri Britta Haselmann bildirib. Oxşar reaksiya liberallardan gəlib. Fraksiyasının üzvü və müdafiə komitəsinin rəhbəri Mari-Agnes Ştrack-Zimmermann, "Parlament bu gün özünü yaxşı tərəfdən göstərmədi. Bu tənqidi hamımıza aid etməliyik" deyib.



Müxalifət: "Bundestaqda ən ütanverici hal"

Müxalifətin reaksiyası daha sərt olub. Xristian Demokrat İttifaqının (XDİ) xarici siyasət üzrə eksperti Norbert Röttgen Twitter-də belə yazıb: "Bu gün Bundestaqda indiyə qədər gördüyüm ən nalayiq an idi". XDİ-nin sədri Fridrix Mertz parlamentdəki həmkarlarını gündəliyə dəyişiklik etməsi üçün səs verməyə çağırsa da onun bu cəhdi uğursuz olub.

"Zelenski Avropanı ikiyə bölən - öz komfort zonasında yaxşı yaşayanlarla öz həyatları və azadlıqları üçün ümidsiz şəkildə mübarizə aparanlar arasında mental "divardan” danışır. Bundestaqın isə daha sonra adi gündəliyə keçməsini anlamaq mümkün deyil", - "Liberal Müasirlik Mərkəzi” QHT-nin həmtəsisçilərindən olan Ralf Füks öz Twitter səhifəsində yazıb.

Zelenskinin çıxışından sonra Bundestaq dərhal heç nə olmamış kimi "ad günü münasibətilə təbriklər və parlament komitələrinin üzvlərinin təyin olunması ilə” davam etdi, Solçular Partiyasından (bu partiya da gündəmin dəyişdirilməsinin tərəfdarı idi) olan keçmiş deputat Matias Hön vəziyyəti Tvitterdə şərh etdi. "Əgər gündəmi dəyişmək mümkün deyildisə, o zaman heç olmasa fasilə verilə bilərdi”, - deyə o əlavə edib.

Digərləri isə hakim partiyalar arasında özünütənqidin olmadığını qeyd ediblər. "Kimsə "işıqfor” koalisiyasından (hökumət belə adlanır. - Red.) ayağa qalxıb: "Belə olmaz. Parlamentin də ləyaqəti var. Biz səhv etmişik” kimi bəyanat verməli idi – Die Welt-in jurnalisti Robin Aleksandr yazıb.



Mətbuat qəzəblənib: Bundestaq üçün "utanc saatı"

Bild nəşrinin "hökmü” də birmənalı olaraq mənfi olub: "Ürəksiz hökumət” - nəşr hökumətin və Bundestaqın reaksiyasından bəhs edən məqaləsini belə adlandırıb: "Bu, gözəl imkan əvəzinə, Bundestaq üçün bir utanc saatı oldu." Qəzet qəzəblə yazır ki, Almaniyanın aparıcı siyasətçiləri və hər şeydən əvvəl kansler Olaf Şoltz Zelenskinin "tarixi çıxışına” cavab olaraq söz tapmayıb və sadəcə olaraq susub. Digər jurnalistlərin bu dəfəki reaksiyaları təəccüblü şəkildə bir-birinə bənzəyir - əksər nəşrlər vəziyyəti "biabırçı" kimi qələmə verirlər.

"Vladimir Zelenskinin çıxışı ilə Bundestaq parlamentarizmin ən yüksək nöqtəsinə çata bilərdi. Bunun əvəzində isə deputatlar və hökumət üzvləri tamamilə rüsvay oldu", - "Spiegel”-in jurnalisti Ralf Noykirh yazıb. Koalisiya hökuməti və müxalifət Ukraynada müharibənin davam etməsi fonunda "ləyaqətsiz oyun” nümayiş etdirib, "Tagesspiegel” qəzeti belə nəticəyə gəlib.

Bundestaqın "biabırçı reaksiyası" haqqında "Taz” qəzetinin əməkdaşı Sabine am Orde də yazıb. "Təsirli nitqində Zelenski almanların iç üzünü göstərdi” deyə o, Zelenskinin Berlini Kremlin aqressiv siyasətinə "göz bağlaması” tənqidinə istinad edərək yazıb. Bu çıxışa cavab tapmaq çətin olardı, amma nə kanslerin, nə də nazirlərin ümumiyyətlə söz deməməsi biabırçılıqdır, - "Taz” şərhçisi deyir.

"FAZ” qəzeti də Bundestaq və hökumətin reaksiyasını "utancverici” adlandırıb. Qəzetin şərhçisi Saymon Ştrausun fikrincə Zelenskinin videomüraciətindən sonra Almaniya kansleri ən azı qısa bir replika ilə çıxış etməli idi. "İclası ən azı 15 dəqiqəlik kəsmək olardı, bəyəm bu belə çətin məsələ idi? Bu, parlamentin şərəfinə uyğun gələrdi. Nəticədə isə bütün dünya kanslerin susqunluğunu ölümlə üz-üzə olan prezidentin çıxışına cavab kimi qiymətləndir. Bu isə şərəflə uyğun gəlmir”, - "FAZ” şərhçisi yekunlaşdırıb.//qaynarinfo.az

XəbərTv.info

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}