Son dəqiqə
20-04-2022, 21:21
306

Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalı ilə bağlı RƏSMİ AÇIQLAMA

Azərbaycanda yüksək keyfiyyətli benzin istehsalı ilə bağlı

SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun (NEZ) istehsal gücünün artırılması, Respublikanın AVRO-5 standartına uyğun olan yüksək keyfiyyətli yanacaqla təmin edilməsi və neft məhsullarının ixrac potensialının yüksəldilməsi məqsədi ilə həyata keçirilən modernizasiya və yenidənqurma işləri (Layihə) davam edir.

Bu barədə XəbərTv.info-a SOCAR-ın İctimaiyyətlə əlaqələr və kommunikasiya xidmətindən məlumat verilib.

Bildirilib ki, əsaslı təmir işləri bitdikdən sonra Layihə çərçivəsində tikintisi bitmiş qurğuların Baş Podratçılar tərəfindən planlı şəkildə istismara buraxılması həyata keçirilir. Bununla əlaqədar, Layihəyə cəlb edilmiş tikinti şirkətlərinin iş həcmində azalmalar başlamışdır. Bu isə öz növbəsində tikinti şirkətləri tərəfindən layihəyə cəlb edilmiş işçi heyətinin zamanla azalması ilə müşahidə olunur:

“Qeyd olunmalıdır ki, bu cür layihələrdə podratçılar və tikinti şirkətləri tərəfindən cəlb edilən işçi qüvvəsi ilə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əsasən müddətli əmək müqavilələri imzalanır. Belə ki, işin həcminin və davamiyyətinin qısamüddətli olduğu təmir-tikinti, quraşdırma, yeni texnologiyanın tətbiqi və mənimsənilməsi, təcrübə-sınaq işlərinin aparılması və bu qəbildən olan digər işlərin görüldüyü hallarda müddətli əmək müqaviləsi imzalan bilər. Müddətli əmək müqavilələrinin şərt və müddəalarına, o cümlədən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələblərinə əsasən müddət bitdikdə layihəyə cəlb olunmuş işçi qüvvəsinin azalması baş verir.

SOCAR olaraq bildirmək istərdik ki, tikinti şirkətləri ilə onların sabiq işçiləri arasında olan münasibətlər mövcud qanunvericiliyə əsasən SOCAR-ın və onun istənilən törəmə müəssisəsinin məsuliyyət dairəsinə aid deyildir. Eyni zamanda bu kimi halların olmaması və aradan qaldırılması üçün SOCAR tərəfindən qanunvericilik çərçivəsində müəyyən işlər görülür.

Son olaraq vurğulamaq istərdik ki, Modernizasiya Layihəsinin icra qrafikinə uyğun olaraq hazırda zavodda icra olunan əsaslı təmir işləri tamamlandıqdan sonra, 2022-ci ilin ortalarından etibarən ölkədə ilk öncə Avro 5 Dizel istehsalının, daha sonra digər yeni qurğuların mütəmadi olaraq istismara verilməsi nəticəsinə 2023-cü ilin ortalarından etibarən Avro 5 Benzin istehsalının təmin olunması planlaşdırılır”.

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}