Son dəqiqə
7-06-2023, 14:02
183

Küçələrdə açıq satışda olan qidaları istifadə etməyin

Küçələrdə açıq satışda olan qidaları istifadə etməyin
Yaz və yay aylarında bəzi infeksiyaların yayılması daha çox müşahidə olunur. Bu səbəbdən vətəndaşlar viruslardan qorunmaq üçün bəzi qaydalara riayət etməlidir.

XəbərTv.info xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin həkim-infeksionisti Aişə Kərimova deyib. Onun sözlərinə görə, yaz aylarında havaların isinməsi ilə əlaqədar əsasən qidalar vasitəsilə yayılan mikroorqanizmlər ishala səbəb ola bilir: “Bu aylarda mümkün qədər ev qidalarına üstünlük vermək lazımdır. Çünki havalar isindikdən sonra qidaların tez xarab olması, onların hazırlanma qaydalarına riayət edilmədikdə daha tez sıradan çıxması və mikroorqanizmlərdən təmizlənməməsi ishala səbəb olur. Yaz aylarında əhali arasında təkcə bakterial infeksiyalara yox, eyni zamanda virus mənşəli ishala da sıx rast gəlinir. Virus mənşəli ishallarda adətən biz çox temperatur görmürük, ishal bir həftəyə qədər davam edə bilir.
Qeyd etmək lazımdır ki, boğaz ağrıları ilə müşahidə olunan adenovirus mənşəli viral infeksialara da sadəcə qış aylarında deyil, yaz aylarında da, xüsusən mayın sonu, iyunun əvvələrində rast gəlmək olur. Bu zaman yüngül temperatur, baş ağrısı, boğaz ağrısı, burun ağrısı, qusma, ishal müşahidə oluna bilər”.

Həkim sözügedən aylarda daha çox lifli qidalara, evdə bişmiş qidalara üstünlük verilməlidir: “Az bişmiş ətdən və ət məhsullarından, xüsusən suşi kimi az bişmiş və bişməmiş balıq məhsullarından, kremli, mayonezli salatlardan isti aylarda çox istifadə etməmək məsləhətdir. Çirkli ərazilərdən tutulan və az bişmiş dəniz məhsullarından uzaq durmaq məqsədəuyğundur. Süd məhsullarından istifadə edərkən diqqətli olmaq lazımdır”.

Həkim bildirib ki, isti aylarda bölgələrə və ya xarici ölkələrə səyahət zamanı təmizliyindən əmin olmadığımız sulardan içməmək, yeməklərdə istifadə etməmək və bu sularla çimməmək məsləhət görülür. Küçələrdə açıq satışda olan qidaları istifadə etməmək lazımdır.

Digər xəbərlər

Həyat yoldaşı və qızı Kürdə batan qadın danışdı - VİDEO
Nərminin qətli ilə bağlı sensasion SƏS YAZISI YAYILDI - Qatil ODUR (AUDİO)
Məşhur generalın qudası həbs edildi
Bakıda Çanaqqala restoranında karantin rejimi belə pozuldu - VİDEO
Ərdoğan Azərbaycana gəlir: Səfər proqramı açıqlandı
Ön cəbhədə döyüşən əsgərin xəyalını gərçəkləşdirən iş adamı onunla görüşdü - FOTO
Azərbaycanda COVİD-19-a bu gün yoluxmuş şəxslərin sayı açıqlandı
Millimiz növbəti matçını Xorvatiyada keçirəcək
"Bu da Sahil Babayevin camaata verdiyi zülüm..." -  VIDEO
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan qarşıdakı həftələrdə Azərbaycana səfər edəcək.
Şuşanın UNESCO-nun siyahısına salınması ilə bağlı işlər görülür
Şuşada düşmənin dərsini verən müəllimimiz
ABŞ altıncı nəsil qırıcı təyyarəsini nümayiş etdirdi
Siqaret çəkməyənlər niyə ağ ciyər xərçənginə tutulur?
Dərmanların qiymətlərində fərqi kim yaradır? - NARAZILIQ...
Mərkəzi Bankın valyuta ehtiyatları artıb
Şuşada “İsgəndər-M”in qalıqlarının tapılması dünya mediasında
Düşmənin hərbi avtomobil korteji məhv edilib - VİDEO
Maradonanın ölüm səbəbi məlum oldu
Cəbhə xəttində erməni təxribatı davam edir
“Netflix” ilk dəfə Azərbaycanda film çəkdi - FOTO
Ermənistan atəşkəsin birinci günü 5 rayona 229 mərmi atıb
İraq məhkəməsi Süleymaninin qətli ilə bağlı Donald Trampın həbsinə qərar verdi
Bazar gününün hava proqnozu açıqlandı
Milli Məclisin İntizam komissiyasında Cavanşir Feyziyevin məsələsinə baxıla bilər
Nazir Ramiz Mehdiyevin qardaşı oğluna yeni vəzifə verdi
Polşada yaşayan soydaşımızı ermənilər qətlə yetirib?
Teymur Rəcəbov Aronyanla heç-heçə oynadı
II Qaregin: “Ermənilərin ruhu sarsılıb”
Polşa Belarusla sərhəddə hasar çəkir
{sape_links}{sape_article}