Son dəqiqə
14-06-2023, 10:48
204

Bəxtiyar Sadıqovun DAVASI - "Pulumu verin!" - Baş redaktor BİTDİ

Bəxtiyar Sadıqovun DAVASI -
Həşəmətli və qalmaqallı baş redaktor Bəxtiyar Sadıqov yenə “gül vurub”. 22 ildən çoxdur ki, “Azərbaycan” qəzetinə rəhbərlik edən deputat bildirib ki, hər il qəzetə ən azı 1,5 milyon manat sistemli maliyyə yardımı edilməlidir.

Sosial şəbəkələrdə həmkarlarım Sadıqovun bu açıqlamasını təəccüblə qarşılayıblar. Çünki artıq neçə ildir ki, mətbuatda ən çox tənqid olunan baş redaktor ən azından Konkret.Az-ın tutarlı faktlarla araşdırdığı materialdan sonra istefa verməli idi. O həmin məqalədir ki, “Azərbaycan” qəzetinin illərdir copy-paste yazıları verdiyini dəlillərlə sübut edib. Bəxtiyar Sadıqov isə istefa vermək əvəzinə hələ də dirəniş göstərir, bu azmış kimi maliyyə yardımı üçün Milli Məclislə davaya çıxıb. Amma aldığı cavab onu qane etmədiyi üçün əsl şantaja keçib: “Qəzetin maliyyə və texniki təminatı Milli Məclis tərəfindən edilməlidir. Artıq qəzetimiz öz əməkdaşlarının əməkhaqqını ödəyə bilmir”.

Belə yerdə əlimiz üzümüzdə qalmasın, neyləsin?! Ənənəvi sovet qəzetçiliyi tərzini israrla davam etdirən Sadıqov hansı məntiqlə belə danışır. Sən nə vaxt maraqlı qəzet buraxdın ki, “Azərbaycan” qəzetinə abunə azalmaq əvəzinə çoxaldı? Özün də etiraf edirsən ki, “Hazırda abunə təxminən 5 minə yaxındır. Halbuki 12 mindən yuxarı olduqda səmərə verir”.

Cənab Sadıqov nə tez yadından çıxardı ki, rəhbərlik etdiyi bu illər ərzində “Azərbaycan” qəzetinin nüfuzunu necə yerlə yeksan edib. Altında dövlət məmurlarının, siyasi xadimlərin, ölkənin tanınmış şəxslərinin imzası olan məqalələrin əksəriyyəti plagiat, oğurluq olub. Belə bir qəzetə abunə sayı necə arta bilər, cənab Sadıqov?

Maraqlıdır, abunə sayını artıra, qəzetin müstəqil maliyyələşməsini təmin edə bilmirsinizsə, guya 1,5 milyon manat əldə etsəniz, regional səviyyəli mətbu orqanmı buraxacaqsınız? Ay-hay, inanan daşa dönsün.

Sosial şəbəkələrdə həmkarlarımdan birinin yazdığı kimi, deyəsən, siz ya yarımçıq qalan tikilinizi başa çatdıra bilmirsiniz, ya da milyon yarım maliyyəni əldə edib başqa istiqamətə yönəldəcəksiniz. Sizin öz cavabınız isə bəllidir: bu pula müxtəlif başlıq altında və ya müxtəlif şəxslərin imzası ilə yenidən çap olunan məqalə üçün “qonorar verəcəksiniz”. Çox mötəbər həmkarımın dediyi söz yadıma düşdü. Artıq Bəxtiyar Sadıqovu və ona oxşar qələm adamlarını Allaha tapşırmışam. Çünki belələrinin plagiatçılıq missiyası artıq heç kimə lazım deyil.

XXI əsrdə sovet düşüncəli qəzet buraxmağa davam edən, 22 ilin əbədi baş redaktoru Bəxtiyar Sadıqovun sözü çoxdan qurtarıb. Elə sözü qurtardığına görə də şantaja keçir, qəzetinin çapının dayanacağını bildirir. Bir qədər də irəli gedərək qəzetdə işləyən 65 yaradıcı və texniki işçinin “halına ağlayır”.

Sözün düzü, mən bu açıqlamada baş redaktorun payızını gördüm. Son nəfəsini hiss etdim, bitib-tükəndiyini, saralıb-solduğunu fərq etdim. Çünki o batmaqda olan adını qəzetlə birgə dəfn etmək istəyir. Buna da nail olur. Görəsən, Milli Məclis rəhbərliyi Sadıqovun son nəfəsində “Azərbaycan” qəzetini bağlanmaqdan qoruya, onu “bəxtiyarizm”dən xilas edə biləcəkmi?

Yazının sonunu Bəxtiyar Sadıqov haqqında yazdığım bir məqalə ilə bitirmək istəyirəm: “Həqiqəti hər hansı bir rəngdə deyil, çalarlarda axtarmaq lazımdır”. Bu qədim Şərq məsəli istənilən mövzuda həqiqəti axtaranlar üçün bir düstur ola bilər. Əgər söhbət hansısa şəxsdən gedirsə, onda burada digər qəliblər də əhəmiyyətli rol oynayır. O qəlib sözlərdən biri XVII əsr ispan yazıçısı Baltasar Qrasianın insan şəxsiyyətinin mahiyyətini düppədüz təyin edən qızıl kəlamlarıdır: “İnsanın dəyəri başqalarının onu qiymətləndirdiyi dəyərindədir”.

Media cameəsində də belədir. Uzun illər çalışan qələm adamlarına, jurnalistlərə verəcəyimiz qiymət onun əməlləri ilə bağlıdır. Bir də ki, başqalarının ona verdiyi dəyərlərdən gələn qənaət. Belələrindən biri də Bəxtiyar Sadıqovdur. O Bəxtiyar ki, birdəfəlik getmək əvəzinə hələ də pul davası döyür.

XəbərTv.info

Digər xəbərlər

Kəlbəcər əhalisinin sayı açıqlanıb
İlk olaraq Şuşaya sərnişin daşınması təşkil ediləcək
Rafael Dadaşov reanimasiyadadır
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
"Dərman qiymətləri həddindən artıq yüksəkdir" -
Qəhvənin bu xeyri yeni aşkarlanıb - İki fincan, iki il artıq yaşamaq...
"Evə gedirəm" portalı fəaliyyətə başladı
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Səlimov işində Ramiz Mehdiyevin İNCƏ MÜDAXİLƏSİ...
“Formula-1” üzrə Çin Qran-Prisi virusa görə ləğv olundu
Nofəl Süleymanovun onu öldürən oğlu haqqında dediyi SON SÖZLƏRİ — VİDEO
İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi (VİDEO)
Deputatdan yaşlı qadınların Bakı küçələrini qardan təmizləməsinə REAKSİYA
Çavuşoğlu ilə Ceyhun Bayramov arasında olan telefon danışığının detalları məlum olub
Azərbaycanda ən varlı məmurlardan biri DİM (TQDK) rəhbəri Məleykə Abbaszadədir…
Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Həyətlərdəki quyuların suyu pullu olacaq?
Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı - AÇIQLAMA
Deputat: “Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Aprelin 24-nə manatın məzənnəsi
İlham Əliyev MHP sədrinin müavinini qəbul edib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
Hövsanda güzəştli mənzillərin satışına başlanıldı
Məcburi köçkünlərin binasında yanğın: 17 mənzilə ziyan dəydi, 1 nəfər xəsarət aldı
“20 ilin cərrahı istəsə, nələr qazanmazdı?!”
{sape_links}{sape_article}