Son dəqiqə
14-06-2023, 11:26
243

Sabunçu İcra şöbəsi məhkəmə qərarlarını vecinə almır - Zəngilanlı məcburi köçkün Əlövsət Həsənov nazir Fikrət Məmmədovdan kömək istəyir...

Sabunçu İcra şöbəsi məhkəmə qərarlarını vecinə almır -
Qanunları, dövlət qurumlarını saymayan Ülviyyə Səlimovanın arxasında kim dayanır..?

Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 ünvanda yaşayan, Zəngilandan olan məcburi köçkün, müharibə veteranı Həsənov Əlövsət Qabil oğlu cavabdeh, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 59 ünvanda yaşayan Səlimova Ülviyyə Kərim qızı barəsində iddia ərzisəi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət edib: “Mən ailəm ilə birlikdə Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 ünvanda yaşayıram. Qonşumuz Səlimova Ülviyyə Kərim qızı həyətimin giriş qapısına mişar daşları ...tökdürmüş və bunun nəticəsində mənim həyətə giriş çıxışım demək olar ki, mümkünsüz olmuşdur, bir sözlə bizə maneə yaratmışdır. Bu hadisə hətta bir dəfə də olmuş və xəbərdarlıqdan sonra o bu maneəni aradan qaldırmış, lakin yenə də öz qanunsuz hərəkətlərini davam etdirmiş, indi isə maneəni aradan qaldırmaq istəmir.
Mən bu barədə Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə də müraciət etmişdim və oradan mənə məhkəməyə müraciət etməyi bildirdilər. Mən bu barədə polisə də müraciət etmişəm. Oradan da gəlib akt tərtib ediblər. Lakin o öz hərəkətini davam etdirir. Mən bu işin sülhlə qurtarmasını ona təklif etsəm də cavabdeh heç cürə hərəkətlərindən əl çəkmir. Ona görə də məcbur olub məhkəməyə müraciət etdim. Məhkəmədə pozulmuş hüquqlarım məhkəmə tərəfindən qorundu və bərpa olundu. Azərbaycan Respublikası MPM-nin 39.1-ci maddəsinə əsasən tikintiyə, qurğuya, torpaq sahəsinə başqasının qeyri-qanuni sahibliyindən götürülməsi, mülkiyyət hüququndan məhrum etmə ilə əlaqədar olmayan sahibkarın və yaxud başqa qanuni sahibin hüquqlarının pozulmasını aradan qaldırmaq haqqında iddialar tikintinin, qurğunun, torpaq sahəsinin olduğu yerə verilir. Bildirirəm ki, Dövlət rüsumu barədə qanuna əsasən məcburi köçkünlər dövlət rüsumundan azaddırlar.
Yuxarıda göstərilənləri nəzərə alaraq AR İPM-nin müvafiq maddələrini nəzərə alaraq XAHİŞ EDİRƏM: Cavabdeh Səlimova Ülviyyə Kərim qızı tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən, ev 29/1 həyətinə gətirilib qoyduğu mişar daşlarının onun tərəfindən götürülməsi və ona bu qanunsuz hərəkətlərinin gələcəkdə də davam etdirməməsi üçün qadağan edilməsi barədə qərar qəbul etməyinizi xahiş edirəm”. Tarix : 19.08.2022 Şikayətçi Həsənov Əlövsət Qabil oğlunun iddia ərizəsində qeyd etdikləri təqdim etdiyi sənədlərlə təsdiqlənir. Belə ki, Sabunçu RİH Başçısının Ramana qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsi A.M.Qasımovun imza və möhürlə təsdiq elədiyi sənəddən ( N 128, 21.07. 2022) görünür ki, Səlimova Ülviyyə Kərim qızının qanunsuz hərəkəti bir dəfə də olmuşdur və nümayəndəliyin əməkdaşları yaşayış evinin giriş qapısındakı mişar daşlarını təmizləyiblər.
Şikayətçinin polisə müraciəti də aktlaşdırılmışdır. Bütün bunlara baxmayaraq Səlimova Ülviyyə Kərim qızı öz qanunsuz əməlini təkrar olaraq davam etdirmişdir. Və iddia ərizəsi Sabunçu Rayon Məhkəməsində icraata qəbul edilmişdir. Sabunçu Rayon Məhkəməsinin 25 avqust 2022-ci il tarixli bildirişindən görünür ki, Səlimova Ülviyyə Kərim qızının nə özü, nə də nümayəndəsi məhkəmədə iştirak etməyib və gəlməməyin səbəbi barədə məhkəməyə sübut təqdim etməmişdir. Nəticədə Sabunçu Rayon Məhkəməsi 31 yanvar 2023-cü il tarixdə qiyabi qətnamə ( 2(008)-5955/2022)) qəbul etmişdir ( hakim Həqiqət Mahmudova ).
Qətnamədə qeyd olunur: İddia tələbi təmin edilsin. Cavabdeh Səlimova Ülviyyə Kərim qızı tərəfindən giriş-çıxışı məhdudlaşdırmaqla Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, 9-cu mədən ünvanında Həsənov Əlövsət Qabil oğlunu faktiki sahibliyi və istifadəsində olan 29/1 a saylı evin həyətinə ( həyətyanı sahəsinə ) yerləşdirilmiş mişar daşlarının götürülməsi öhdəliyi Səlimova Ülviyyə Kərim qızının üzərinə qoyulsun. Cavabdeh Səlimova Ülviyyə Kərim qızından 100 ( bir yüz ) manat dövlət rüsumu tutularaq AR-nın Dövlət Büdcəsinə ödənilsin.
Sabunçu İcra və Probasiya şöbəsi isə məhkəmənin Azərbaycan Respublikası adından qəbul etdiyi qətnaməni icra etmək istəmir. Şikayətçi Həsənov Əlövsət Qabil oğlu bildirir ki, qətnamənin icra olunması üçün dəfələrlə Sabunçu rayonu İcra və Probasiya şəbəsində olmuşam. İcraçı Vüqar Alıyev məni süründürür, hər dəfə məni aldadır, faktiki olaraq qətnaməni icra etmək istəmir. Həsənov Əlövsət Qabil oğlu Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovdan xahiş edir ki, qətnamənin icra olunması üçün göstəriş versin.
(gundelik baki.com)

XəbərTv.info

Digər xəbərlər

Kəlbəcər əhalisinin sayı açıqlanıb
İlk olaraq Şuşaya sərnişin daşınması təşkil ediləcək
Rafael Dadaşov reanimasiyadadır
Girov götürülən 15 türkiyəli dənizçi xilas edildi
"Dərman qiymətləri həddindən artıq yüksəkdir" -
Qəhvənin bu xeyri yeni aşkarlanıb - İki fincan, iki il artıq yaşamaq...
"Evə gedirəm" portalı fəaliyyətə başladı
Taksi ilə bağlı yeni qaydalar avtomobil idxalına necə təsir edəcək? - AÇIQLAMA
Səlimov işində Ramiz Mehdiyevin İNCƏ MÜDAXİLƏSİ...
“Formula-1” üzrə Çin Qran-Prisi virusa görə ləğv olundu
Nofəl Süleymanovun onu öldürən oğlu haqqında dediyi SON SÖZLƏRİ — VİDEO
İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi (VİDEO)
Deputatdan yaşlı qadınların Bakı küçələrini qardan təmizləməsinə REAKSİYA
Çavuşoğlu ilə Ceyhun Bayramov arasında olan telefon danışığının detalları məlum olub
Azərbaycanda ən varlı məmurlardan biri DİM (TQDK) rəhbəri Məleykə Abbaszadədir…
Yoxlanışdan sonra qadına mesaj yazan polis işdən çıxarıldı
Azərbaycanda Qələbə paradının vaxtı və yeri bilindi
Həyətlərdəki quyuların suyu pullu olacaq?
Rövnəq Abdullayev “SOCAR Türkiyə”nin İdarə Heyətinin sədri oldu
DİN-dən polislə mübahisə edən sürücü ilə bağlı - AÇIQLAMA
Deputat: “Ali Baş Komandana “Ordu Marşalı” adı verilsin”
“Əsrin müqaviləsi”nin bağlanmasından 26 il ötür
Aprelin 24-nə manatın məzənnəsi
İlham Əliyev MHP sədrinin müavinini qəbul edib
Fatih Terimin Bakıda keçirəcəyi mətbuat konfransının vaxtı açıqlandı
Mingəçevirdə “Kalaşnikov”la gəzən şəxs tutuldu
Kremldən Dağlıq Qarabağdakı vəziyyətlə bağlı AÇIQLAMA
Hövsanda güzəştli mənzillərin satışına başlanıldı
Məcburi köçkünlərin binasında yanğın: 17 mənzilə ziyan dəydi, 1 nəfər xəsarət aldı
“20 ilin cərrahı istəsə, nələr qazanmazdı?!”
{sape_links}{sape_article}