Son dəqiqə
Manset
21-06-2023, 14:11
193
Ağalar müəllim deputatdır... hər halda məhkəmədə onun SÖZÜ KEÇƏR...
Bakı şəhərində boş torpaq sahəsi görən kimi bina inşa edən və haqqında yüzlərlə şikayət olan “Kristal Abşeron” MTK vətəndaşı evindən çıxarır.
Tribunainfo.az-ın əldə etdiyi məlumata görə, “Kristal Abşeron” vətəndaş Məmmədova Sevdaya qarşı məhkəmədə iddia qaldırıb. MTK-nın məqsədi vətəndaşı evindən didərgin salmaq, əmlakını əlindən almaqdır.
“Kristal Abşeron” vətəndaşla bağlanmış müqavilənin ləğvini və S.Məmmədovanın mənzildən çıxarılmasını tələb edir.
İşə hakim Günel Tanrıverdiyevanın sədrliyi ilə baxılacaq. Növbəti proses 7 iyul tarixinə təyin edilib.
XəbərTv.info xatırladır ki, sözügedən şirkət deputat Ağalar Vəliyevə məxsusdur. Ağalar Vəliyevin isə məhkəmədəki gücünə hər kəs şahiddir... Burası Azərbaycandır axı...