Son dəqiqə
3-07-2023, 10:59
194

Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?

Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?
Bakının Binəqədi rayonu, Biləcəri qəsəbəsində bazar və iaşə kompleksinin tikintisi üçün dövlət büdcəsindən ayrılan pulları mənimsəməkdə ittiham olunan vəzifəli şəxsə hökm oxunub.

Cinayət işi 27 avqust 1956-cı ildə Masallı rayonu, Köçəkli kəndində anadan olmuş, "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri Lokomotiv deposunda mühəndis vəzifəsində işləmiş Ağabalaya və 2020-ci ilin 2 dekabrında koronavirusdan vəfat Biləcəri bələdiyyəsinin sədri İlham Xəlilova açılıb. Sabiq bələdiyyə sədri vəfat etdiyi üçün təqsirləndirilən şəxs qismində onun yaxın dostu Ağabala cəlb edilib.

Aparılan araşdırma zamanı bəlli olub ki, Ağabala müəhiddis vəzifəsində işləyə-işləyə bizneslə məşğul olmağa da imkan tapıb. Belə ki, o, arvadının, oğlunun və yaxın qohumlarının adına açdığı 9 şirkət - "Korpus” MMC, "Kontora-60” MMC, "Soltan 96” MMC, "Kontora-60” MMC, "Nur-FD” MMC və digər MMC-lər vasitəsi ilə dövlət büdcəsindən Biləcəri bələdiyyəsinə ayrılan 171.649,89 manat vəsaiti mənimsəməkdə ittiham edilərək saxlanılıb və cinayət işi açılıb.

Cinayət işi Binəqədi rayonu Biləcəri bələdiyyəsinin sifarişi əsasında bələdiyyə bazarı və iaşə kompleksinin tikintisi məqsədi ilə 2020-ci ildə dövlət büdcəsindən ayrılmış 250 min manat məbləğində subvensiyanın xərclənməsi ilə əlaqədar aparılmış araşdırmanın nəticələrinə əsasən açılıb.

Belə ki, Ağabala İlham Xəlilovla qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifə səlahiyyətlərindən sui-istifadə edib, sonuncu ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində vəzifəli şəxs kimi rəsmi sənədlərin məzmununa tamah niyyətilə bilə-bilə yalan məlumatları vahid niyyətlə daxil edərək, vəzifə saxtakarlığı törədiblər.
Biləcəri bazarının tikintisi niyə yarımçıq qalıb: Mərhum bələdiyyə sədri pulları kiminlə mənimsəyib?


Mərhum bələdiyyə sədri İlham Xəlilov

Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Ağabala ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək deyib ki, bir neçə şirkət təsis edib və əsas fəaliyyəti mal-materialların alqı-satqısı ilə məşğul olmaq olub: "Biləcəri bələdiyyəsinin keçmiş sədri İlhamla 40 il müddətində tanışlıq münasibətlərimiz olub. 2020-ci ildə İlham mənə müraciət edərək, bələdiyyəyə məxsus bazarın tikintisinə başlanılması ilə əlaqədar ucuz qiymətə tikinti materiallarının lazım olduğunu bildirdi. Bu məqsədlə müqavilə bağladıq və həmin müqavilə ilə tikinti üçün lazım olan materialların onlara satış qiymətini müəyyənləşdirdik. Müqaviləyə uyğun olaraq onları tikinti materialları ilə təmin etməli idik".

Aparılan araşdırma zamanı o da məlum olub ki, dövlət büdcəsindən ayrılan külli miqdarda vəsait hesabına Biləcəri bazarının yalnız divarı tikilib.

Məhkəmənin qərarı ilə Ağabala Cinayət Məcəlləsinin 179.3.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlinin törədilməsində təqsirli bilinib, 7 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 308.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsə də, cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə ona qeyd olunan maddə ilə cəza təyin edilməyib.

Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə Ağabalaya təyin edilmiş azadlıqdan məhrum edilmə cəzasının 2 il sınaq müddəti ilə şərti hesab edilməsinə, sınaq müddətinin hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmasına qərar verilib. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb. Onun yaxın qohumlarının adına açdığı 9 ayrı-ayrı MMC isə ləğv edilib.

Xatırladaq ki, "Əlincə A" MMC-yə məxsus köhnə Biləcəri bazarı dəmir yol stansiyasının ərazisində yerləşdiyindən fəaliyyəti hələ də sual altındadır. Biləcərindəki keçmiş bazarın sahibinin "Hafka" ləqəbli iş adamı Hafiz Məmmədov olduğu deyilir. Sözügedən bazara onun qardaşı rəhbərlik edib.(Qaynarinfo)

XəbərTv.info

Digər xəbərlər

Sülhməramlıların bütün xərclərini Rusiya qarşılayacaq
Metroda xüsusi karantin rejiminin tələbləri pozuldu
Daha bir icra başçısının ağlasığmaz sərvəti ortaya çıxdı
“Biz əsgərlərimizin canı, qanı bahasına torpaqlarımızı işğalçılardan azad edirik”
Şirəliyev və nazirlik nədən mürgüləyir?.. - Ölkəboyu koronavirus mərəkəsi
Uşaqlara dair Strategiyanın 5 illik Fəaliyyət Planı təsdiqləndi
Bakıda YAP-ın binası kirayə verildi
Dünyanın ən bahalı qoyunu hərracda fantastik qiymətə satıldı
Laçına növbəti köç başladı -
Məktəb direktoru koronavirusdan vəfat etdi
Səddam Hüseynin sağ qolu öldü
“Lider” TV-nin “payızı”: Verilişlər bağlanıb, maaşlar ödənilmir, kütləvi ixtisar gedir
Bu yollarda istiqamət dəyişdi
Goranboyda 18 yaşlı oğlan özünü asıb
Tanınmış həkim COVID-19-dan tez sağalmağın yolunu göstərdi: Çoxlu qarpız yeyin...
İlham Əliyev Sumqayıtda bir sıra tədbirlərdə iştirak edib
Bakıda ər arvadını moteldə qətlə yetirdi
ABŞ-da ümumi seçkilər başa çatdı
Liviyada həbsdə olan Azərbaycan vətəndaşları Bakıya gətirildi
"Kreml anlayır ki, Qarabağda “Gürcüstan ssenarisi” mümkün deyil” - Rinat Kovbasyuk
Rusiyada da plastik qablardan istifadə qadağan ediləcək
Livandan Ermənistana terrorçu daşıyan təyyarə ifşa olundu
Azərbaycanda hərbi xidmətə çağırış müddəti uzadılır
Ölkəmizdə yoluxma və ölüm sayında yeni rekord
Dünya bazarında neft qiymətləri
Röya Dubayda belə əyləndi
ABŞ-da ermənilər azərbaycanlılara qarşı təxribat hazırlayır
Sabir Rüstəmxanlı AZAL rəhbərliyinə: “Belə qanunsuzluq olar?”
“Daşaltı azad edilib, döyüşlər Şuşa yaxınlığında gedir” - Markov
Ali Baş Komandan xalqa müraciət edib - TAM MƏTN
{sape_links}{sape_article}