Son dəqiqə
22-01-2020, 16:15
1 352

Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (AMM) ölkəmizin ədəbiyyatına dair prioritet tərcümə və nəşr layihələrini elan edib.
Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzinin ədəbi layihələri davam edir
Mədəniyyət Mərkəzindən AZƏRTAC-a verilən məlumata görə, bu il dahi Azərbaycan şairi Məhəmməd Füzulinin əsərlərini özbək dilinə tanınmış füzulişünas alim Erqaş Açilovun, Seyid Əzim Şirvanini tanınmış tərcüməçi Tahir Qahharın, Mirzə Ələkbər Sabiri isə şair-tərcüməçi Karim Bahriyevin özbək dilinə tərcümə etməsi ilə bağlı razılıq əldə edilib.

Seyid Əzim Şirvaninin 185 illiyi ilə əlaqədar hər iki ölkə alimlərinin, ədəbiyyat nümayəndələrinin iştirakı ilə beynəlxalq konfransın keçirilməsi də nəzərdə tutulub.

AMM-in direktoru Samir Abbasov AZƏRTAC-ın müxbirinə bildirib ki, ötən il böyük Azərbaycan şairi Nizami Gəncəvinin “Xəmsə”si, Məhəmməd Füzuli, İmadəddin Nəsimi və Molla Pənah Vaqifin qəzəlləri, habelə XX əsr Azərbaycan ədəbiyyatı nümayəndələrinin çoxsaylı əsərləri özbək dilinə tərcümə olunaraq çap edilib.

S.Abbasov vurğulayıb ki, il ərzində “Azərbaycanı tanıyaq” və “Azərbaycan tarixi, ədəbiyyatı hər bir ölkədə” layihələri çərçivəsində həm Azərbaycana dair özbək dilində buraxılan nəşrlər, həm də Azərbaycan, ingilis və rus dillərində Azərbaycandan göndərilən yüzlərlə əsər Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanın aparıcı kitabxanalarına, elmi-tədqiqat, habelə təhsil ocaqlarının kitabxanalarına hədiyyə olunub və bu iş davam etdirilir.



Digər xəbərlər

Azərbaycanda hansı sahələrdə iş bərpa olunur?
Paşinyan: "Tutduğum bu postu yalnız xalqın qərarı ilə tərk edə bilərəm"
Bakıya avtobusun “baqaj”ında keçmək istəyənlər belə saxlanıldı - VÏDEO
Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi vəzifəsindən getdi
Nazir PUA-lara baxış keçirdi - FOTOLAR
Ermənistanın kamikadze-dronu dəqiq zərbə ilə məhv edildi
2 saylı İstintaq Təcridxanasının rəis müavini keyf edir-VİDEO
Xüsusi karantin rejimində KİV-in fəaliyyətinə icazə verilib
Ana və 8 aylıq qızının qətlinin təfərrüatı bəlli oldu -
İlham Əliyev “Zərifə Əliyeva” gəmi-bərəsinin istismara verilməsi mərasimində iştirak etdi
DİM sədrindən kolleclərə və rezidenturaya qəbulla bağlı AÇIQLAMA
Bank Respublika kredit faizlərini 15.9%-ə endirdi!
ABŞ İran silahlarını ələ keçirdi - Dənizdə gərginlik...
Tovuzun icra başçısı SAKİNLƏRƏ QARŞI... - VİDEO
Gəmi yanğınında yaralananlardan biri dünyasını dəyişdi
Vilayət Eyvazov keçmiş generala yüksək vəzifə verdi - FOTO
Zəngilanın Cahangirbəyli kəndindən görüntülər - VİDEO
7 yaşlı qızı avtomobil vurdu
Cəbrayılın Hovuslu kəndindən yeni görüntülər - VİDEO
Azərbaycan neftinin bu günə olan qiyməti AÇIQLANDI
İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri -
Binəqədidə “ayıq sürücü” müştərini döyüb, ona bıçaqla hucum edib
Düşmən qruplaşması mühasirəyə alındı - RƏSMİ
Səidə Sultan əsəbləşdi: "Siz kimsiniz?"
Bakı şəhərində bu ilin 9 ayı üzrə yol qəzalarında 131 nəfər ölüb
İsrail Prezidentinin Türkiyəyə gəldiyi təyyarədə diqqət çəkən detallar
Vətən müharibəsinin başlamasından bir il ötür
Əri döydüyü üçün polis şöbəsinə şikayətə gəlibmiş
Dünyanı şoka salan fırıldaqçılıq - Hamı bu rus qızdan danışır
Bakıda daha bir məktəb koronavirusa görə bağlandı
{sape_links}{sape_article}