Son dəqiqə
3-08-2023, 14:12
221

Roza Zərgərlidən “German Hospital”la bağlı ŞİKAYƏT – “Adam öldürəndirlər”

Roza Zərgərlidən “German Hospital”la bağlı ŞİKAYƏT –
“Arıqlamaq istəyirdim. Araşdırdıqdan sonra gördüm ki, mədəyə balon qoyaraq xeyli çəki atmaq olur. Tanıdığım həkimə müraciət etdim. “Balon ziyanlıdır, sizin ayağınızda problem var, sizə olmaz”-dedi. Məsləhət gördü ki, “mədəqatlama əməliyyatı” edək. Mən də razılaşdım. Bariatrik -cərrah cərrah Aslan Abdullayevlə danışdım və “German Hospital”a getdim. Analiz etdirdim, dedilər ürəyinizdə su yığıntısı var. Amma bunun əməliyyata təsiri yoxdur”.

XəbərTv.info Bizim.Media-ya istinadla xəbər verir ki, bu sözləri müğənni Roza Zərgərli sosial şəbəkə hesabında açdığı canlı yayımda deyib.

Sənətçi bildirib ki, həkim səhvi nəticəsində onun səhhətində ciddi problemlər yaranıb:

"Mayın 2-də məni və yaxınımı əməliyyata saldılar. Əməliyyatdan əvvəl klinikanın “reception”una girib, ödənişimizi etdik. O an baş həkim gəlib, əlini-əlinə çırpıb pulu istəyirdi. Pulu tam ödədim və əməliyyata girdim. Sən demə, yaxınım əməliyyatın ortasında narkozdan ayılıb, həkimlərə əl atıb. Mən isə iki gündən sonra reanimasiyadan çıxdım.

Mayın 7-də konsertə getdim. 20 dəqiqə orada əyləşəndən sonra çadır başıma fırlandı. Sən demə, əməliyyatdan sonra maye yığılan vasitə tez çıxarılıb, maye qarnıma dolub.

Əgər mən dar paltar geyinməsəydim, ağrım olmasaydı çirk, maye qarnıma yığılıb, bir gecədə həyatıma son qoyacaqdı. Sonra da hamı deyəcəkdi ki, plastik əməliyyatdan ölüb. Konsertdə vəziyyətim pisləşdi, təcili yardım maşını məni evə gətirdi. Aslan həkimlə əlaqə yaradıldı. O isə “heç nə olmayıb” dedi.

Yenidən özümdən getdim, 20 dəqiqə sonra ayıldım. Həmin gün bir neçə dəfə belə vəziyyətə düşdüm. Rəfiqəm məcbur həkimə aparılmalı olduğumu bildirdi. Məlum oldu ki, əməliyyat vaxtı dalaq və mədəaltı vəzimi zədələyiblər. Aslan Abdullayev və klinikanın rəhbəri İlham Əliyev insan öldürənlərdir.

Hər iki həkim sağlamlığıma xətər yetirdikləri üçün təzminat ödəmlidir. Xəstəxana heyəti kasıb, başı çıxmayan adamların pulunu yeyə bilər. Klinika bağlanmamış, həkimlərin lisenziyası alınmamış mən bu işi yarıda qoyan deyiləm”, - deyə müğənni od püskürüb.

Məsələ ilə bağlı “German Hospital”la əlaqə yaratdıq. Xəstəxanadan rəhbər şəxslərin yerində olmadığı bildirilərək, “daha sonra əlaqə yaradın”, - deyə bildirilib.

Cərrah Aslan Abdullayevin köməkçisi isə həkimin əməliyyatda olduğunu əsas gətirərək, 2 saat sonra onunla əlaqə yaratmağın mümkün olacağını deyib.

Digər xəbərlər

Milli Məclisin sədri Sahibə Qafarova  Qazaxıstan Parlamentinin nümayəndə heyəti ilə görüşüb
Göyçayda sahibkar intihar etdi
Ceyhun Bayramovun kənd məktəblərində yandırdığı odunların tüstüsü... - Kimləri kor edəcək?
Flora Kərimova məşhur həkimi MƏHKƏMƏYƏ VERDİ - FOTO
Klublarımızın yay transfer siyahısı
Nazirlər Kabinetinin xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə qərarı qüvvəyə minib
Daha altı şəhər və dörd rayonda həftəsonları ictimai nəqliyyatın hərəkəti dayandırılır
Alimentə görə axtarışda olanların sayı açıqlandı - RƏSMİ
“Tuğ” Dövlət Tarix-Memarlıq və Təbiət Qoruğu yaradılır -
Ermənistanın dini rəhbəri öz xalqını ölümə göndərir
Ağdamın Xıdırlı kəndindən görüntülər - VİDEO
Kəramət Böyükçöl sərbəst buraxıldı
Bu şəxslər də güzəştli ipoteka krediti ala biləcəklər
Litva Ukraynaya dəyəri on milyonlarla avro olan silah göndərdi
Cəlilabadda bələdiyyəyə sığınan ÖZBAŞINALIQ -
lham Əliyev: “Azərbaycan Ermənistanla Moskvada və ya başqa bir yerdə danışıqlar aparmağa hazırdır”
Ceyhun Əli vəzifəsindən azad olundu - Yeni təyinat
Bir sövdələşmənin izi ilə.... - Qos qoca limanı Fərhad Əliyevə kim və necə "atdı" - FOTO
Gələn il Azərbaycan “Cip” istehsalına başlayacaq
Erməni ordusunun alayı məhv edildi
İcra başçısının 800 min dollarlıq “Fayton” qalmaqalı — VİDEO
Yoluxanlarla bağlı bu günə olan statistika
MN “Düşmən yalan məlumatlar yaymaqla öz xalqını sakitləşdirir”
Zeynəb Xanlarovanın axtarışda olan bacısı oğlu həbs edildi
Bu ərzaq məhsullarının qiyməti bahalaşıb
Erməni təcavüzü nəticəsində zərər görmüş evlərin sayı açıqlandı - FOTO
Kasilyas "Real Madrid"ə qayıtdı
Bakıda sərnişin avtobusu dəhşətli qəza törətdi – ÖLƏN VAR- Xəbər yeniləndi
Şəhid polkovnikimiz 200 erməni əsgərini məhv edibmiş
Prezident Şuşa uğrunda döyüşdən danışdı
{sape_links}{sape_article}