Son dəqiqə
24-01-2020, 14:38
694

Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

Prezident İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda İsveçrənin Montrö şəhərinin meri, Azərbaycan-İsveçrə Dostluq Qrupunun həmsədri Loran Verli ilə görüşü olub.

AZƏRTAC-ın xüsusi müxbiri xəbər verir ki, görüşdə Azərbaycan ilə İsveçrə arasında ikitərəfli əlaqələrin yüksələn xətlə inkişaf etdiyi bildirildi. İki ay əvvəl İsveçrə parlamentində Azərbaycan ilə dostluq qrupunun həmsədri təyin olunduğunu deyən Loran Verli bu qrupa rəhbərlik etməkdən məmnunluğunu bildirdi. O, fəaliyyəti dövründə Azərbaycan ilə İsveçrə, o cümlədən iki ölkənin qanunverici orqanları arasında əlaqələrin daha da sürətlə inkişaf etməsi üçün səylərini əsirgəməyəcəyini diqqətə çatdırdı.

Söhbət zamanı Azərbaycan ilə İsveçrənin şəhərləri arasında əməkdaşlıq münasibətlərinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı, bir müddət əvvəl Montrö şəhəri ilə Bakının Səbail rayonunun qardaşlaşdığı bildirildi.

Görüşdə Azərbaycan şirkətlərinin İsveçrədə aktiv fəaliyyəti qeyd edildi və iki ölkənin şirkətləri arasında münasibətlərin daha da genişləndirilməsinin əhəmiyyəti vurğulandı.

Digər xəbərlər

Baş prokuror Vilyam Hacıyevin oğlunu yenidən vəzifəyə təyin edib
İlham Əliyev: “Mən hər gün özümə bu sualı verirəm”
Məktəb direktoru Vətən müharibəsində şəhid olub
Bu ölkə Azərbaycana pulsuz vaksin göndərir
Coğrafiya İnstitutunun baş direktoru Zakir Eminov bəzi rayonların ləğv edilməsini təklif edib
Bakı metrosunda işçilərin əməkhaqları azaldılır?.. (AÇIQLAMA)
Nazir əmr imzaladı: Azərbaycanda yeni peyvənd...
Bu ərazilərdə işıq olmayacaq
Bu gündən Azərbaycanda koronavirusa qarşı vaksinasiya başlayır
Əhməd Vəliyevin bankı 72 yaşlı qadının depozitini ələ keçirib
Çin alimlərinin koronavirusa qarşı hazırladıqları peyvənd nəticə verib
Siyəzəndə 6 saylı Litsey qəzalı vəziyyətdədir - VİDEO
DƏHŞƏT! Azərbaycanlı yeniyetmə 10 yaşlı uşağı GÜLLƏLƏDİ
Hikmət Hacıyev bu iki təşkilatı Azərbaycana dəvət etdi
Murad Muradov vəfat etdi
Azərbaycan Ermənistanı Avropa Məhkəməsinə verdi
Azərbaycanda yanvarın 18-dən bu günədək vaksin vurulan şəxslərin sayı açıqlandı
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
MN: “Su-25 təyyarəmiz vurulmayıb”
İlham Əliyev Xocalıda - VİDEO
Paşinyan: “Qarabağ məsələsinin diplomatik yolla həlli mümkün deyil”
Daha bir məşhur idmançı zorlamada ittiham olunur
Kəlbəcərin Zar kəndinin görüntüləri
Türkiyə və Azərbaycan birgə hərbi təlimləri keçiriləcək
Azərbaycanda və Ermənistanda əsirlikdə olan şəxslərin sayı açıqlandı
Nemət Pənahlının avtomobilini cərimə meydançasına apardılar -
Deputatlığa namizəd Prezidentə müraciət etdi - "Bizim dairəni şəxsi nəzarətinizə götürün"
Azərbaycan Özbəkistana 50 min doza vaksin göndərib - FOTO - VIDEO
Ramzan Kadırov 21 yaşlı qızını nazir müavini təyin etdi
Stolbenberqin Kalininqradla bağlı Rusiyaya xəbərdarlığı