Son dəqiqə
Siyasət
3-10-2020, 12:58
729
Gürcüstan Ermənistan ərazisinə hərbi əhəmiyyətli yüklərin daşınmasına qadağa qoydu
Gürcüstan hökuməti Qarabağ ərazisində hərbi əməliyyatların yenidən başlaması səbəbindən Ermənistana və Azərbaycana hərbi əhəmiyyətli yüklərin daşınması ilə bağlı icazənin ləğv edilməsinə qərar verib.
Bu barədə Gürcüstan Milli Təhlükəsizlik Şurasının katibi, Daxili İşlər naziri Vaxtanq Qomelauri məlumat yayıb.
“Ermənistan və Azərbaycan arasındakı hərbi əməliyyatlar səbəbindən Gürcüstan hökuməti ərazisindən hərbi əhəmiyyətli yüklərin hər iki ölkə istiqamətində quru və hava yolları ilə daşınmasına icazə verilməsini müvəqqəti dayandırır.
Bu barədə artıq tərəflərə məlumat verilib”, - deyə Qomelauri bu gün keçirdiyi brifinqdə bildirib.
XeberTv.info