Son dəqiqə
6-04-2024, 11:05
112

Xətai RPİ-nin rəisi Vaqif Müslümov yerli sakinlərin rəğbət hissini qazanan vəzifə sahibidir

Xətai RPİ-nin rəisi Vaqif Müslümov yerli sakinlərin rəğbət hissini qazanan vəzifə sahibidir
Məlumdur ki, ictimai həyatımızda Azərbaycan polisinin oynadığı rolun əhəmiyyəti hər zaman böyük olmuşdur. Belə bir səbəbdəndir ki, Daxili İşlər Nazirliyi ölkəmizin əsas sütunlarından biri hesab olunur və bu dövlət qurumunda çalışan hər kəsin əməyi, məhz zaman-zaman lazımınca dəyərləndirilib. Bundan əlavə, 1991-ci ildə ikinci dəfə müstəqil yaşamaq hüququmuzu bütün dünyaya bəyan etdikdən sonra, polis əməkdaşları dövlətmizin ərazi bütövlüyünün müdafiə olunmasında, dövlətçiliyimizin möhkəmləndirilməsində və s. daha yaxından iştirak etdilər. Bir sözlə, Azərbaycanın dövlətçilik tarixində polis əməkdaşlarının xüsusi rolu və əvəzsiz zəhməti olmuşdur.

Onu da qeyd edək ki, bu gün ölkəmizdə hər bir vətəndaşın hüquq və azadlıqlarının, şərəf və ləyaqətinin müdafiə olunması, baş verən, yaxud da baş verəbiləcək xoşagəlməz hadisələr zamanı hər kəsin həyatının və əmlakının müda­fiə olunması, təhlükə­sizliyinin təmin edilməsi və s. kimi məsələ və problemlərin həlli, dövlətimizin qarşısında duran ali məqsədlərdir. Bu kimi məsələ və problemlərin öz həllini tapmasında, məhz polis əməkdaşlarının xüsusi rola malik olmaları hər kəsə güntəki aydındır. Faktdır ki, bu gün Azərbaycan polisi cəmiyyətdəki rolu­nu, mövqeyini və səlahiyyətini, ərazilərdə təhlükəsizliyin və ictimai qaydanın müha­fizəsi ilə bağlı məsuliyyət hissini lazımi səviyyədə dərk edir və üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirir. Ötən illər ərzində daxili işlər orqanı əməkdaşlarının xidməti fəaliyyətlərinin cəmiyyətimizin maraqlarına tam şəkildə cavab verməsi, qabaqcıl beynəlxalq təcrübəyə uyğun qurulması məqsədilə Prezident İlham Əliyev tərəfindən müxtəlif fərman və sərəncamlar imzalanmışdır. Qeyd edək ki, indiyə kimi həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi yöndə lazımi addımlar atılmışdır. Bəli, Prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində davam edən inkişaf və modernləşmə, polis əməkdaşlarının hər kəsin qanunla qorunan və müdafiə olunan hüquqlarını, azadlıqlarını etibarlı şəkildə müdafiə etməyə imkan verir. Belə bir səbəblərdəndir ki, yerlərdə vətəndaş-polis münasibəti xoş macəraya yönəlir, vətəndaş məmnunluğu getdikcə artır. Hətta elə hallar da olur ki, polis əməkdaşlarının atdıqları addımlar, ortaya qoyduqları yanaşmalar və s. hər kəs tərəfindən yüksək səviyyədə alqışlanır, lazımınca da dəyərləndirilir. Məsələn, bu günlərdə Bakı şəhərinin Xətai rayonu ərazisində yaşayan bəzi sakinlər tərəfindən redaksiyamızın elektron poçtuna göndərilən məktubların məzmunu ilə tanış olduqda, sanki daxilən rahatlıq hissi tapırıq, özözlüyümüzdə sevinirik. Çünki, göndərilən məktubların bəzilərində Xətai polisinin işgüzarlığından, peşəkarlığından və s. bəhs olunur. Bir sözlə, redaksiyamızın elektron poçtuna göndərilən məktublarda hansısa məsələ və problemlərdən deyil, daha çox 21 fevral 2023-cü il tarixdə Daxili İşlər naziri, polis general-polkovniki cənab Vilayət Eyvazovun imzaladığı əmr əsasında Bakı şəhəri, Xətai Rayon Polis İdarəsinə rəis təyin olunan polis polkovniki Vaqif Müslümovun peşəkarlığa söykənən fəaliyyətindən bəhs olunur. Yəni, məktub müəllifləri qeyd edirlər ki, “Vaqif Müslümov Xətai RPİ-nə rəis təyin olunduqdan sonra, çox keçmədi ki, rayonumuzun ərazisində fərqli ab-hava formalaşmağa başladı. Belə ki, ötən on üç ay ərzində narkotiklərdən istifadə edənlərə, oğurluq əməllərinə qol qoyanlara, yol-hərəkəti qaydalarını pozanlara və s. kimi əməl sahiblərinə qarşı elə bir formada mübarizə aparıldı ki, ümumi vəziyyəti görən hər kəs gördüklərindən sanki şoka düşür. Yəni, Xətai rayonun mərkəzi ərazilərində, iri yaşayış massivlərində, ayrı-ayrı küçələrində və digər ərazilərində post-patrul xidməti əməkdaşlarının gecə-gündüz xidmət aparmaları, hər cür neqativ halların qarşısının alınması yöndə lazımi tədbirlərini görmələri, bu gün də sakinlər tərəfindən rəğbət hissi ilə qarşılanmaqdadır. Bəli, bütün bunlar Xətai RPİ-nin rəisi, polis polkovniki Vaqif Müslümovun həyata keçirdiyi idarəçiliyə lazımi qiyməti verməyə imkan verir. Bu da onu söyləməyə əsas verir ki, cənab Nazir belə bir göstəriciləri özündə cəmləşdirən peşəkar kadrları strateji vəzifələrə təyin etməklə, məhz xalqın Azərbaycan polisinə olan inam və etibarını daha da artırır. Bəli, əvvəlki illərdən fərqli olaraq bu gün Xətai rayonu ərazisində elə bir mühit formalaşıb ki, hər kəs polisə aid olan məsələ və problemləri qısa zaman kəsiyində həll etməyə müvəffəq olur. Bundan əlavə, bu rayonun ərazisində ictimai asayişin qorunub-saxlanması, vətəndaş təhlükəsizliyinin təmin olunması və s. yöndə atılan addımlar da ürəkaçandır. Bir sözlə, hal-hazırda Xətai polisi sakinlərin inam və güvənc mənbəyinə çevrilib. Söz yox ki, bütün bunların kökündə RPİ-nin rəisi vəzifəsini daşıyan Vaqif Müslümovun olduqca peşəkar vəzifə sahibi olması, eyni zamanda bu şəxsin xalqının və dövlətinin mənafeyini hər şeydən üstün tutması durur.

Qeyd edə ki, Xətai polisinə rəhbərlik edən bu şəxsin rəhbərliyi altında polis əməkdaşlarının atdıqları addımları gördükcə, yaxud da eşitdikcə, sanki hər kəs atılan addımlara heyran qalır. Bütün bunları əsas tutaraq peşəkar addımları, tələbkar iş üslubu, xalqına-dövlətinə bağlı olması ilə ad-san çıxaran, eyni zamanda lazımi göstəriciləri özündə cəmləşdirməklə üzərinə düşən vəzifə borcunu şərəflə yerinə yetirən Vaqif Müslümovu, Xətai RPİ-nə rəis təyin etdiyinə görə DİN-i, polis general-polkovniki cənab Vilayət Eyvazova, bir çox sakinlər şəxsən təşkkürlərini çatdırırlar. Bir sözlə, hər kəs ümid edir ki, bu cür göstəriciləri özündə cəmləşdirən kadrların önə çəkilmələri, onların bacarığından və peşəkarlığından, təcrübəli idarəçiliyindən və s. istifadə etmək, məhz ümimi maraqlarımızın həlli yöndə atılmış addımlar olur. Bəli, hər kəs təsdiq edə bilər ki, Azərbaycan polisi ümumilli maraqlarımızın öl həllini tapmasında əvəzsiz rola malik olur. Bütün bunlar gəlişi xoş sözlər deyil, əsl həqiqətlərdir. Yaşasın Azərbaycan polisi!


Rafael Şəkixanov
Azərbaycan Jurnalistlər Birliyinin üzvü


Xebertv.info

Digər xəbərlər

Məşhur bəstəkarın idarə rəisi olan oğlu işdən çıxarıldı
Büdcəni dağıdan saxta tender şirkətləri kimlərin adınadır? - İLGİNC SİYAHI
Psixoloji müalicə alan müğənni səhnəyə qayıtmayacaq
İlham Əliyev Dövlət Agentliyinə 1,6 milyon manat ayırdı - SƏRƏNCAM
Əfv Komissiyası yeni müraciətlərə baxacaq
Universitet yataqxanasında yanğın: 45 nəfər təxliyə edilib - YENİLƏNİB
190 manat üçün müraciət edən subaylara evli olduğu barədə SMS niyə gəlir? (RƏSMİ)
Ermənistan ərazisindən Azərbaycanın dörd rayonu atəşə tutulub
Rodrigonun üstünə tarakan çıxıb
Polietilen torba və plastik stəkan satanlar cərimələnəcək
Suriyada avtobus partladıldı - 28 dinc sakin öldü
İcra başçısının maşını "protiv" getdi: Yol polisi görüb "çest" verdi (VİDEO)
Ərindən boşanmasını oynayaraq qeyd etdi, havaya şar uçurdu - VİDEO
Kaliforniyadakı azərbaycanlılara dəyən ziyan ödənildi
Rüşvət, süründürməçilik və elektron sistemdən gözlənti: Diqqət bağçalara
Qəbul imtahanında Vətən müharibəsi ilə bağlı suallar olacaq
Sülhməramlılar bayrağımıza hörmətsizlik etdilər -
BakuBus" MMC 10 manatlıq şirkətə - Milyonları həvalə etdi
20 dollarlıq əsginasın üzərində afroamerikalı fəalın şəkli ola bilər
İlham Əliyevin Göygöl, Kəlbəcər və Laçın rayonlarına səfəri -
"Zelenskinin çıxışına biabırçı susqunluq" -
Kəbə ziyarəti nəhayət bərpa olunur: Tarix bəlli oldu
Sədərəkdə maşın suda batdı - FOTOLAR
Göygöldə dəhşətli qəza: Ölü sayı səkkizə çatdı - YENİLƏNİB + FOTO
Pakistanda atışma zamanı azı 11 nəfər həlak olub, yaralılar var
Çində ağır yol qəzası baş verib: 12 ölü, 11 yaralı
Sabah Bakıya qar yağacaq - PROQNOZ
Sahibə Qafarova: Zəngəzur dəhlizi türk dövlətləri arasında əməkdaşlığın güclənməsi üçün yeni perspektivlər açacaq
Azərbaycanda bu günə neçə nəfər koronavirusa yoluxub?
Təhsil işçilərinin vaksinasiyasının ikinci mərhələsi başlayıb
{sape_links}{sape_article}