Son dəqiqə
İdman
17-04-2024, 18:05
179
AFFA bu vacib postu əcnəbəyə tapşırır – SON DƏQİQƏ
AFFA Hakimlər Komitəsinin yeni sədrinin yerli funksioner olması gözlənilmir.
Saytımız bu barədə AFFA-dan məlumat əldə edib.
Federasiyadan redaksiyamıza verilən informasiyaya görə, Barış Şimşekin müqaviləsi iyunda başa çatır və onunla sözləşmənin müddətinin artırılması nəzərdə tutulmur.
İki il öncə bu vəzifəyə təyin olunmuş türkiyəliyə yeni kontrakt təklif edilmyib. Onun bir başqa əcnəbi ilə əvəzlənməsi planlaşdırılır.
İndi mümkün namizədlərin siyahısı hazırlanır. İcraiyyə Komitəsinin mayda keçiriləcək növbəti toplantısında bu məsələ müzakirəyə çıxarılacaq və yekun qərar veriləcək.
Xebertv.info