Son dəqiqə
23-04-2024, 10:33
153

Nailə İslamzadə efirdən yığışdırılacaq verilişlərdən DANIŞDI: "Kiminsə dava-dalaşı mənə maraqlı deyil"

Nailə İslamzadə efirdən yığışdırılacaq verilişlərdən DANIŞDI: "Kiminsə dava-dalaşı mənə maraqlı deyil"
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə mediada “Təsir dairəsi” verilişinin sentyabrdan tam bağlanacağı barədə xəbər yayılıb.

Xəzər telekanalından açıqlamada bildirilib ki, artıq bu cür layihələrin dövrü başa çatıb. May ayının ortalarından “Təsir dairəsi” verilişinin efir vaxtının yarım saat azaldılması planlaşdırılır. Növbəti televiziya ilindən isə sözügedən verilişin əvəzinə daha sanballı, insanların problemlərini daha çox həll etməyə qadir, milli mentalitetimizə, milli dəyərlərimizə daha uyğun layihələrlə efirə gəlmək planlaşdırılır.

Daha sonra ATV-nin məsul əməkdaşlarından biri Zaur Bəxşəliyevin “Bizimləsən”, ARB-də Xoşqədəm Hidayətqızının “Səni axtarıram”, Elgiz Əkbərin “Elgizlə izlə”, Zaur Kamalın “Həmin Zaur” verilişlərinin bağlanması ilə bağlı artıq yekun qərarın verildiyini bildirib.

Məlumatlı şəxs iddia edib ki, teleməkandakı islahatlar gələn aydan başlayacaq. Sıraya ilk növbədə verilişlərin vaxtının qısaldılması daxildir. Bununla paralel olaraq, mövzu seçimi, studiyaya qonaqların dəvət edilməsinə də nəzarət olunacaq.

Mənbə adıçəkilən verilişlərin efirdən tamamilə qaldırılacağı tarixi də açıqlayaraq, iyun ayının sonunda belə verilişlərin tam bağlanacağını, sentyabr ayından isə efir məkanında daha səviyyəli verilişlərin yayımlanacağını açıqlayıb.

Mövzu ilə bağlı məşhur teleaparıcı Nailə İslamzadə danışıb.

"Mən televiziya rəhbərlərinin, aparıcıların Prezident Administrasiyasına çağırılmasından əvvəl bununla bağlı "Künc-Bucaq" verilişində ətraflı məlumat vermişdim. Yəni bu məsələni yuxarılarla müzakirə eləməmişdən qabaq biz bunu müzakirə etmişdik. Hətta, demişdim ki, mənim deməyimin nə xeyri var ki?! Sosial proqramlara baxanlar eyni səviyyədə deyil ki. Bildirim ki, bu cür proqramlar bütün dünyada var. O verilişlərin aparıcıları da çox əziyyət çəkirlər. Hər gün verilişə çıxmaq asan məsələ deyil. Sadəcə nədə səhvləri var, nəyə görə onlara belə münasibət var, bunu aydınlaşdırmaq lazımdır".
Nailə İslamzadənin iştirak etdiyi "Künc- bucaq verilişindən sitat: "Efirdə savadlı, sözünü deyən kifayət qədər aparıcılarımız var. Bəzi sosial verilişlərə çağırılan qonaqlar sanballı deyil. Verilişin ssenarisi yoxdur, mövzu bəlli deyil. Bu da tamaşaçıda qıcıq yaradır. Aparıcı düşünməlidir ki, televizor qarşısında ona baxan kifayət qədər ağıllı adamlar var, biz nə gəldi deyə bilmərik. Özünü sərbəst aparmağın yeri var. İnsanları güldürmək çətindir, ağlatmağa nə var ki?! Hərə bir acı taleyini danışsın, qarşısında əyləşəni ağladacaq. Verilişlərə girəndə görürəm ki, ora gələnlərin heç bir-birilərindən xəbərləri yoxdur.
Dayanmadan efirdə danışmaq yaxşı danışmaq demək deyil. Hazırlaşıb efirə çıxmaq lazımdır. Sosial tipli bəzi verilişlərə baxmıram, inciməsinlər. Xoşqədəm Hidayətqızının verilişinə də baxmamışam. Mən iş adamıyam. Kiminsə məişət problemləri, dava- dalaşı mənimçün maraqlı deyil. Açıq-aydın deyirəm. Belə verilişlər evdə oturan evdar xanımlarçündür. Televiziyaya müraciət edənlərin problemlərinin düzgün həll yolları axtarılmalıdır. Verilişin səviyyəsinin aşağı düşməyinin səbəbi problemlərin doğru həll olunmamısıdır".

Xebertv.info

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}