Son dəqiqə
23-04-2024, 10:44
143

İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı

İnfarktın qulaqda üzə çıxan əlaməti – Həkim açıqladı
Kardioloq, Prof. Dr. Kevser Gülcihan Balcı bəzi insanların qulağında rast gəlinən cizginin ürək-damar xəstəliklərinin əlaməti ola biləcəyini açıqlayıb.

Bilkent Şəhər Xəstəxanasının kardioloqu Prof. Dr. Kevser Gülcihan Balcı qulaq məməsindəki “Frank xətti” adlanan diaqonal cizginin ürək-damar xəstəlikləri riskinə işarə edə biləcəyinə diqqət çəkib.

“Bu xətt qulaq məməsində adətən diaqonal 45 dərəcə bucaq altında olur və adı 1973-cü ildə bu nəzəriyyəni inkişaf etdirən Sanders T.Frankın şərəfinə qoyulub. Ürək tomoqrafiyası, EKQ kimi üsulların yetərincə inkişaf etmədiyi dövrdə bəzi fiziki dəyişikliklərə baxılaraq ürək xəstəlikləri təsbit edilirdi. Bunlardan biri də “Frank xətti” idi. Ola bilsin ki, gündəlik həyatımızda bu xətt diqqətimizi çəkmir, amma keçmişdə bununla bağlı araşdırmalar aparılıb. Bəzi tədqiqatlar “Frank xətti”nə sahib insanlarda ürək-damar xəstəlikləri və insult riskinin daha yüksək olduğunu göstərib”, – deyə kardioloq qeyd edib.

Onun sözlərinə görə, “Frank xətti” ilə bağlı nəzəriyyə ondan ibarətdir ki, qulaq dibinin struktur bütövlüyünü təşkil edən toxumalar aorta və ürək qapaqları ilə oxşar quruluşdadır:

“Buna görə də qulaq məməsindəki deformasiyanın əslində ürək toxumalarındakı problemin göstəricisi ola biləcəyi ifadə edilir. Ancaq bununla bağlı dəqiq elmi əlaqə qurulmayıb”.

Xəstələrin tək fiziki göstəriciyə görə deyil, digər müşayiət olunan simptomlar nəzərə alınaraq qiymətləndirildiyinə işarə edən Balcı sözlərinə belə davam edib:

“Yəni, bu xəttin mövcudluğu tək başına narahatlıq doğurmamalıdır. Yoxluğu isə rahatlıq səbəbi kimi qəbul edilməməlidir. Ürək-damar xəstəlikləri riskini qiymətləndirərkən biz bir çox amili nəzərə alırıq. Bunların başında hipertoniya, şəkərli diabet, siqaret çəkmə, birinci dərəcəli qohumlarda erkən yaşlarda baş verən ürək-damar xəstəlikləri, xolesterin, irəli yaş və aktiv həyat tərzi keçirməmək daxildir. Ona görə də sadəcə qulaq məməsindəki xətt insanda ürək-damar xəstəliyinin olub-olmadığını dəqiq göstərə bilməz. Bu cür xəttə sahib olanlar təlaşlanmadan öncə mütəxəssis həkimə müraciət etsinlər”.

Xebertv.info

Digər xəbərlər

Zakir Qaralovla bağlı ŞOK İDDİALAR...
Müğənni Aygün Mirzəyevanı oteldə öldürmək istəyən kişiyə hökm oxundu
Bu il Azərbaycanın ən çox məhsul ixrac etdiyi ölkələr açıqlanıb - FOTO
Dünya bazarında neft qiymətləri necə dəyişib?
Müdafiə Nazirliyinin rəsmisi: “Azərbaycan Ordusu qələbə əzmi ilə döyüşləri davam etdirir”
Popkorn satan gənc özünə yeni iş tapdı
Erməni işğalçılarının Qarabağda hava hücumundan müdafiə sisteminin 80 faizi məhv edilib
Ələt-Astara yolunun bu hissəsi pullu olacaq
Azərbaycanda çörəyin və unun bahalaşması gözlənilirmi? - ŞƏRH
Korovanirusa görə Azərbaycan basketbol liqası da dayandırıldı
Ermənilər ölkəni tərk etmək üçün aclıq aksiyasına başladı
Azərbaycanda yüksək vəzifəli şəxsdə koronavirus aşkarlandı
Məşhur model tualetdə özünü asdı - Son mesajı ÜZƏ ÇIXDI - VİDEO - FOTO
Əhalinin yarıdan çoxu məhkəmələrə və icra başçılarına etibar etmir – RƏSMİ
“The Middle East Monitor”: “İnqilab Keşikçiləri Korpusu Azərbaycanda “Hüseynçilər” hərəkatı yaradıb...”
DYP-dən sürücülərə XƏBƏRDARLIQ - VİDEO
Xankəndidə separatçılığı təbliğ edən erməniəsilli şəxslə bağlı cinayət işi başlanılıb
Anar: "İradəni şou-biznesə mən gətirmişəm"
Xocavəndin işğaldan azad olunan Domi kəndindən VİDEOREPORTAJ
Müharibə veteranlarının müavinətləri BU QƏDƏR olacaq! - VİDEO
Türkiyədə son sutkada koronavirusdan 95 nəfər ölüb
Tələbəsiylə eşq yaşadığı deyilən Elman Nəsirov: “Qadın yazmışdı ki, çoxdan ayrılıblar”  - VİDEO
Beynəlxalq səyahətçiləri Qarabağa aparan təyyarə Füzuli aeroportuna endi
Azərbaycan Ordusu Xankəndi və Xocavənd rayonlarını atəşə tutmur
Bakıda müəllimə intihar edib - FOTO
Düşmənin daha bir PUA-sı Ağcabədi istiqamətində məhv edildi
Kütləvi yoluxmaya görə bağlanan bazar yenidən açıldı
Hafiz Hacıyev icra başçısı olan qohumu haqda: "Qələt edib deyir ki, guya kirayədə qalır..."
Bakıdakı dəhşətli qətlin təfərrüatı: Valideynləri qızlarının Türkiyədə yaşadığını düşünüblər
Serj Sarkisyanın arvadı koronavirusdan öldü
{sape_links}{sape_article}