Son dəqiqə
28-01-2020, 16:06
1 592

“Öz ananızın əlini öpməmisiniz...” - Məşhurdan öpüşən deputatlara sərt sözlər

“Öz ananızın əlini öpməmisiniz...” - Məşhurdan öpüşən deputatlara sərt sözlər

Tanınmış teleaparıcı, prodüsser Tarix Əliyev (Tolik) deputatlığa namizədlərin nənələrin əlini öpmə məsələsinə reaksiya verib.
Yenisabah.az xəbər verir ki, o, aparıcısı olduğu “Hər şey daxil” verilişində belə namizədləri “ağ yuyub, qara sərib”:

“Gəlin, hər kəs özünə bir az hörmət etsin. Bunu şouya döndərdilər. Millət vəkili seçilmək istəyən bəzi adamlar, camaatın ayağına düşüb niyə öpürsünüz? Onların şəkillərini “İnstagram”da yayırsınız. Ayıbdır, özünüzə hörmət edin. İndiyəcən etmədiyiniz şeyi bir deputatlıq mantadına görə edirsin, yıxılmısınız bir ananın ayağına, xanımın ayağını öpür. Yaxşı, öpmüsən, şəkil çəkib niyə yayırsan? Gedib əl öpür, qıraqdan şəkil çəkdirir ki, şəhid anasının əlini öpür. Bunu bundan qabaq edərdiniz. Bizə sizin əl öpməyiniz lazım deyil, siz o kresloya görə əl öpürsüzsə, öpməyin! Siz platformnızı bizə göstərin. Nə etmək istəyirsiniz, biz bunu bilək.

Bu nə oyundur? Bu nə maska şoudur? Artıq saytlar da ələ salır onları. Bu vaxtacan öz ananızın əlini öpməmisiniz, gedirsiz camaatın əlini öpürsünüz. Guya, bununla xal qazanacaqsınız. Ayıbdır, bir az özünüzə hörmət edin. Vallah, çox ayıbdır. Ermənilə bizə baxır, başqa ölkələr bizə baxır. Millət vəkili olmaq üçün çıxın danışıqedin, fikirlər irəli sürün. Qapı-qapı düşüb əl öpürlər. Gəlin, mənim də əlimi öpün. Biyabırçılıqdır, vallah”.

Qeyd edək ki, son günlərin ən çox müzakirə olunan məsələlərindən biri də deputatlığa namizədlərin öz dairələrində keçirdiyi görüşlərdə “həddən artıq səmimiyyət”dir. Daha doğrusu, namizədlərin yaşlıların, xüsusən, nənələrin əlini öpməsi və bu görüntüləri paylaşması birmənalı qarşılanmır. Bəziləri belə rəftarı səmimiyyətin göstəricisi kimi qəbul etsə də, bir qisim bunu namizədlərin “xal toplamaq cəhdi” kimi qiymətləndirir.(Yenisabah.az)



Digər xəbərlər

General Rüstəm Muradov haqqında 5 maraqlı FAKT
Bakıda kişi özünü 12-ci mərtəbədən atdı
2021-ci ilin əsas qlobal riskləri açıqlandı
Babasını bıçaqlayan 14 yaşlı qız hərəkətləri ilə təəccübləndirdi -
Ağsuda gənc ana intihar etdi
Bu tarixlərdə regiondan paytaxta geri qayıtmaq mümkün olacaq
Paşinyan özünü təcrid etdi
Nərimanov İcra Hakimiyyətinin şöbə müdiri ad günündə özünü asdı
Bakıda “Vor Mahir” saxlanıldı
Məşhur futbolçu həbs edildi
Vasif Talıbovdan gözlənilməz addım – Bunu niyə etdi?
On il əmisi arvadı ilə intim əlaqədə olan gənc hamamda... – Bakıda görünməmiş olay
Dəhşətli terror aktını törədən şəxs 46 il sonra saxlanıldı
“Yalnız Ermənistan və Rusiya vətəndaşları Laçından keçib Qarabağa gedə bilərlər...”
İlham Əliyev Milli Qəhrəman Şükür Həmidovun şəhid olması ilə bağlı atasına başsağlığı verdi
Oktay Əliyev vəfat edib
Sumqayıtda iki minik avtomobili toqquşub, yeddi nəfər xəsarət alıb
İlham Əliyev Meliorasiya və Su Təsərrüfatı ASC-yə 20 milyon manat ayırdı - SƏRƏNCAM
Azərbaycanlı kişi oriental rəqqas qadınlara meydan oxudu: şok
Bakı - Xırdalan - Sumqayıt qatarı yenidən xəttə buraxılır
“Azərtütün Aqrar Sənaye Kompleksi” MMC özəlləşdiriləcək
Vulkanizasiyaya çevrilən nəşriyyat...
İcra başçısının oğlunun üç şirkəti üzə çıxdı
Yarım milyonluq oğurluq: Əmisinin evindən oğurladıqlarını mərcdə uduzdu
Sabahdan birinci siniflərə şagird qəbulu başlayır
Prezident İlham Əliyev və Mehriban Əliyeva Füzuli rayonuna səfər ediblər
Son sutkada koronavirusdan 41 nəfər vəfat edib
Ziba Osmanova iki azyaşlını maşınla vurdu
DİN: Hökməlidə hər hansı bir şəxsə qarşı fiziki təzyiq göstərilməyib
Yaponiyanın yeni Baş naziri məlum oldu